Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

İlk peşə-ixtisas təhsili sahəsində islahatlar aparılır

 

Noyabrın 30-da 7 nömrəli Bakı Peşə Liseyində "Azərbaycan Respublikası kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin möhkəmləndirilməsi" Avropa İttifaqı - Tvinninq Layihəsi üzrə Rəhbər Komitənin birinci rüb üzrə fəaliyyətinin ilkin hesabatının iclası kecirildi.

İclasda Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Problemləri İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Aqro İnformasiya Mərkəzi, Avropa Təlim Fondu, "Azərsun" şirkəti və  Almaniya səfirliyinin nümayəndələri iştirak edirdi.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov iclas iştirakçılarını salamladı və Avropa İttifaqı - Tvinninq Layihəsi üzrə Rəhbər Komitənin ilkin hesabatını dinləməkdən və Sosial tərəfdaşların iclasda iştirakından məmnun olduğunu bildirdi. Hesabatdan sonra dinləyicilərə Almaniya və Azərbaycan mütəxəssislərinin həyata keçirdiyi işlərin irəliləyişinə köməklik məqsədilə öz təkliflərini vermələrini tövsiyə etdi.

Almaniya hökumətini təmsil edən layihə rəhbəri professor Herbert Ströbel Azərbaycanda peşə təhsilinin hazırki vəziyyəti və perspektivdə həll olunacaq məsələlər, gələcəkdə peşə təhsilinin strukturu, kənd təsərrüfatı sahəsində pilot məktəblərin seçilməsi, ixtisas standartlarının və kurikulumların hazırlanması üzrə konsepsiya sənədinin hazırlanması, müəllimlərin təliminin planlaşdırılması və digər məsələlər haqqında təqdimat etdi. Təqdimatdan sonra geniş müzakirə aparıldı.  Növbəti iclasa qədər iştirakçılara yeni tapşırıqlar verildi. 

Elxan CƏFƏROV,  
Təhsil Problemləri İnstitutu İlkin
Peşə Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru,
aparıcı elmi işçisi
 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov