Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - 47

 

Azərbaycanın təhsil nazirləri

Tofiq İsmayıl oğlu Hacıyev

 

Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Onun "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib.

Eyni zamanda "Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, "Satira dili" (1975), "Yazıçı dili və ideya-bədii təhlil" (1979), "Molla Nəsrəddin"in dili və üslubu" (1983), "Füzuli: dil sənətkarlığı" (1994) kitabları çap olunub. Orta məktəblər üçün "Türk dili" (IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), "Türk dili" (X-XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri də nəşr edilib.

O, mərhum professor Hadı Mirzəzadənin "Tarixi Qrammatika" dərsliyini yenidən çapa hazırlayarkən kitabda olmayan "Zərf" və "Ədat" bəhslərini yazıb. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr edib. Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Ankarada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.

Onun elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri "Dədə Qorqud" seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdı. Birinci seminarın materialları ADU-nun "Elmi əsərləri"nin (dil və ədəbiyyat seriyası) 1976-cı il 4-cü nömrəsində çap olunub (ikinci seminarın materialları isə həmin jurnalın müxtəlif nömrələrində dərc edilib). Bu tədqiqat onun "Dədə Qorqud"la bağlı gələcək axtarışlarında ilk addımı idi. "Azərbaycan ədəbi dili tarixi" (1976) kitabında "Kitabi-Dədə Qorqud"dakı hadisələrin, obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.

Professor Tofiq Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif kimi iştirak edib.

1993-cü ilin yayından payızına qədər Azərbaycan Respublikasının xalq maarifi naziri işləyib. Bu dövrdə orta ümumtəhsil məktəbləri üçün "Azərbaycan dili" dərsliklərinin tərtibi və redaktəsində səmərəli əmək sərf edib, müstəqil Azərbaycan maarifinin inkişafı naminə bir sıra layihələrin ideyasını irəli sürüb.

Lakin nazirliklərin yenidən birləşdirilməsi ilə əlaqədar olaraq BDU-nun türkologiya kafedrasına rəhbərliyə qayıdıb. Atatürk adına Dil Qurumunun həqiqi üzvü seçilən görkəmli professor Türkiyə Respublikasının "Ləyaqət" ordeni ilə təltif olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Tofiq Hacıyev elmi-pedaqoji yaradıcılığını bu gün də uğurla davam etdirir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov