Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

"Gəncə Dövlət Universiteti - AMİ  Zaqatala filialı: Əməkdaşlığın 5 ili" elmi-metodik konfransı

 

Gəncə Dövlət Universiteti ilə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı arasında elmi-metodik əməkdaşlıq əlaqələri ildən-ilə genişlənməkdədir.Universitetin qabaqcıl alimləri vaxtaşırı filialda olur, təcrübə mübadilələri keçirir, professor-müəllim heyətinin dərslərində iştirak edir, təhsilin aktual problemləri barədə mühazirələr oxuyur, eləcə də pedaqoji və tədris-köməkçi heyətin üzvlərinə dəyərli məsləhətlər verirlər.

Noyabrın 22-də GDU-nun bir qrup alimi AMİ-nin Zaqatala filialının tədris, maddi- texniki bazası ilə tanış olmuş, iki gün  davam edən qarşılıqlı təcrübə mübadiləsi zamanı "açıq dərs"ləri dinləmiş, metodik tövsiyə və fənn proqramlarının hazırlanmasında yerli alimlərə və gənc müəllimlərə lazımi köməklik göstərmişdir.

Sonra görüşün yekunlarına həsr olunmuş elmi-metodik konfrans keçirilmişdir. Professor-müəllim və tələbə heyətinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə tədris və elmi işlər üzrə filial direktorunun müavini, fəlsəfə doktoru Füzuli Səddinov açaraq bu əməkdaşlığın tarixinin artıq 5 ili adladığını bildirərək, elmi-əməli dəstəyə və dəyərli köməyə görə GDU-nun rektoru, professor Elman Məmmədova kollektivin dərin təşəkkürünü  çatdırmağı xahiş  etmişdir.

Tədbirdə Gəncə Dövlət Universitetinin  dosentləri, filologiya üzrə fəlsəfə doktorları, əməkdar müəllim Allahverdi Həmidov, Azərbaycan  Yazıçılar Birliyinin üzvü Sahib İbrahimli, folklorşünas Maqbet Əhmədov " Xarici dil dərslərinin proqram təminatı və müəllimlərin elmi-metodik yaradıcılığının inkişaf etdirilməsi", "Ədəbiyyat dərslərində problemli situasiya  yaradılması və cütlüklərlə iş", "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzularında məruzələrlə çıxışlar etmişlər. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yəhya Əliyev "Yaş və sosial pedaqogika" fənni üzrə filial əməkdaşları ilə birgə metodik vəsait hazırlanması təklifini vermiş, universitetin elmi katibi, dosent Teymur İsmayılov isə buraxılış kurs tələbələrinin diplomdansonrakı təhsilinin təşkilində təmsil etdiyi ali məktəb tərəfindən hər cür köməyə hazır olduqlarını bildirmişdir. Təkliflər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Konfransa dəvət olunmuş Gəncə şəhər təhsil veteranı, məktəbşünas-pedaqoq Bahadur Abdullayev filialda fəaliyyət göstərən ixtisasartırma kurslarında apardığı mühazirələrin onda xoş təəssürat oyatdığını bildirmiş, bu sahədə bir sıra tövsiyələrini vermişdir.                                                                             

Filial əməkdaşları adından pedaqoji  fakültənin  dekanı, GDU-nun dissertantı Xəzəngül Babayeva, kafedra müdiri, fəlsəfə doktoru Qüdrət Qırtımov, qocaman müəllim, fəlsəfə doktoru Qurban Orucov,  baş müəllim Sabir Qurbanov və II kurs tələbəsi Fərid Əzimov çıxış edərək belə görüşlərin tez-tez keçirilməsini arzulamış və qonaqlara dərin minnətdarlıq  ifadə etmişlər. 

Sonda qonaqlar özlərinin və GDU-nun  digər alimlərinin müəlliflikləri ilə nəşr olunmuş dərslik və metodik vəsaitlərini kitabxanaya təhvil vermiş, pedaqoji kollektivlə birgə şəkillər çəkdirmişlər. 

Ülkər BAYRAMOVA,
AMİ-nin Zaqatala filialının tədris-tələbə
şöbəsinin böyük mütəxəssisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov