Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Dərsdə dialoq üsulundan istifadə

 

Fəal, interaktiv təlim metodlarından geniş istifadə edilməsi şagirdlərin fəallaşdırılmasında, yaradıcı axtarışlara qoşulmasında, bilikləri müstəqil mənimsəməsində, dərslərin maraqlı, səmərəli qurulmasında mühüm rol oynayır. Lakin onların hər birinin özünəməxsus cəhətləri də vardır ki, müəllimlər dərsə hazırlaşarkən  bunları nəzərə alır, metodları mövzunu, uşaqların marağını, sinfin səviyyəsini nəzərə  almaqla seçirlər.  Çoxillik təcrübəmdən bu qənaətə gəlmişəm ki, ibtidai siniflərdə kiçikyaşlı məktəblilərin inkişafına ən yaxşı təsir edən metodlardan biri də dialoqdur.

Məlumdur ki,  təhsilin sonrakı pillələrində şagirdlər üçün zəruri olan əqli qüvvənin inkişaf səviyyəsi, tədris-idrak fəallığı və tədqiqata maraq  ibtidai siniflərdə formalaşır.

Məktəbəqədər yaşlı uşaqlarda  məhz  təlimin bu pilləsində mühakimə yürütməkdə və fəaliyyətdə sərbəstlik yaranır. Bunlara nail olmaq üçünsə, ilk növbədə, sinifdə münbit təlim mühiti  yaradılmalıdır. Belə bir mühit  inkişafetdirici təlimin təşkilidir. İdrak fəaliyyətinin aparıcı motivləri olan   intellektual motivlər  hər bir dərsdə müəllim və şagirdin qarşılıqlı yaradıcı fəaliyyəti prosesində, müəyyən metod və üsulların köməyi ilə yaradılır. Belə üsullardan biri isə dialoqdur. Dərsdə dialoq təşkil etmək və aparmaq şagirdlərdə problemin qoyuluşu, axtarışı, onların həlli vasitələrinin tapılması kimi qabiliyyətlərini formalaşdırır, idrak prosesini yaradıcı axara yönəldir, öz gücünə inam hissləri aşılayır.

Mən öz fəaliyyətimdə tədris probleminin qoyuluşu və axtarışında dialoq metodundan  geniş istifadə edirəm.

Tədris probleminin qoyuluşu və onun həlli metodlarını, şagirdlərin idrak fəaliyyətini praktikada necə reallaşdırmasını nəzərdən keçirək.

Sövqedici, təhrikedici dialoq.

1. Problem situasiyadan doğan dialoq. 

Tədris probleminin qoyuluşunun bu metodu aşağıdakı pedaqoji fəaliyyətlərin həyata keçirilməsini tələb edir:

- problem situasiyanın yaradılması;

- problem situasiyanın ziddiyyətlərini dərk etməyə meyil;

- tədris probleminin ifadə edilməsinə meyil;

- tədris probleminin şagirdlər tərəfindən təklif olunmuş formulunun qəbulu.

2. Hipotezə sövqedici dialoq.

Həllin axtarılmasının bu metodu aşağıdakı pedaqoji fəaliyyətlərin həyata keçirilməsini tələb edir:

- hipotezin irəli sürülməsi arzusu;

- şagirdlər tərəfindən irəli sürülən hipotezin qəbulu;

- hipotezin yoxlanılmasına meyil;

- şagirdlər tərəfindən təklif olunan yoxlanma üsullarının qəbulu.

Tədris prosesində istifadə etdiyim problem situasiyanın yaradılması və ondan dialoqlarla çıxılması üsullarını təqdim edirəm.

I. Ziddiyyətli faktların eyni zamanda təqdim olunması.

I sinifdə riyaziyyatdan "Ədədlər və rəqəmlər. Rum rəqəmləri" mövzusunda dərs.

Yazı taxtasında bir, beş, doqquz həndəsi fiqur (məsələn, dairə) şəkli çəkilmiş plakat asılır. Onların hər birinin altından rum, ərəb və mayya xalqlarının rəqəmləri ilə əşyaların sayları yazılıb.

Problem situasiyanın yaradılması

Müəllim: Əli qədim bir kitabda şəkillər görüb. Şəkillərə baxın. Onları hansı əlamətlərinə görə qruplara bölmək olar? (fiqurların rənginə, ölçüsünə və sayına görə). Fiqurların sayına görə şəkillərin bölgüsünü aparaq (birinci faktın təqdimatı).

Şagirdlər şəkillərdəki fiqurların sayını hesablayırlar. Bölünməni yerinə yetirirlər.

Müəllim: Hər qrupdakı şəkillərin altındakı yazılara baxın (ikinci faktın təqdimatı), siz nə gördünüz?

Uşaqlar cavab verirlər ki, şəkillərin altındakı yazılar müxtəlifdir, fiqurların sayı isə eynidir.

Müəllim: Fikirləşin, şəkillərin altındakı yazılar nəyi göstərə bilər? (ziddiyyətlərin dərk olunmasına sövqetmə).

Müzakirə prosesində şagirdlər bu qənaətə gəlirlər ki, yazılar müxtəlif işarələrlə (rəqəmlərlə) yazılmış sayı göstərə bilər.

Müəllim: Bugünkü dərsimizin mövzusu nədir? (problemin yığcam ifadə olunmasına sövqetmə).

Uşaqlar cavab verirlər ki, dərsin mövzusu ədədlər və rəqəmlərin öyrənilməsidir.

Problem situasiyadan dialoqla çıxış.

Müəllim: Ədədlə rəqəmin arasında necə fərq var? (hipotezin irəli sürülməsinə sövqetmə).

Praktik yoxlama dərslikdəki tapşırıqların yerinə yetirilməsi gedişində həyata keçirilir. Sonra müəllim qısa tarixi məlumat verərək qeyd edir ki, adamlar saymağı çoxdan öyrəniblər, amma ədədlərin rəqəmlərlə yazılması çox sonralar olub. Sonra müəllim bir sıra rum rəqəmini misal gətirib uşaqları onlarla tanış edir. Bu zaman qeyd edir ki, uşaqlara məlum olan rəqəmlər ərəb rəqəmləridir, yazılışında nöqtələrdən və şaquli xətlərdən istifadə olunan rəqəmlər isə mayya xalqına məxsusdur.

Sonda onu qeyd edək ki, dərslərdə problem-dialoji təlim texnologiyasından istifadə kiçikyaşlı məktəblilərin şəxsiyyətinin aparıcı fəaliyyətlər əsasında inkişafına böyük kömək göstərir. 

Gülşən HACIYEVA, 
Bakıdakı 240 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov