Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının aparılması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Son illər respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu nəzərə alaraq  

ƏMR EDİRƏM: 

1. 2011/12-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.

2. Ümumi orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilsin.

3. Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2012-ci ilin 28 yanvar - 15 aprel tarixlərində keçirilsin.

3.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:

3.1.1. Bakı şəhərində 28-29 yanvar 2012-ci il tarixində;

3.1.2. Şirvan şəhəri, Hacıqabul, Ağcabədi, Beyləqan, Kürdəmir, İmişli, Xocavənd və Ağdaş rayonlarında 04-05 fevral 2012-ci il tarixində;

3.1.3. Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl,  Ağsu və Göyçay rayonlarında 11-12 fevral 2012-ci il tarixində;

3.1.4. Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 18-19 fevral 2012-ci il tarixində;

3.1.5. Gəncə, Mingəçevir, Naftalan şəhərlərində, Göygöl və Samux rayonlarında 03-04 mart 2012-ci il tarixində;

3.1.6. Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonlarında 10-11 mart 2012-ci il tarixində;

3.1.7. Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 31 mart - 01 aprel 2012-ci il tarixində;

3.1.8. Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında 08 aprel 2012-ci il tarixində;

3.1.9. Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında 14-15 aprel  2012-ci il tarixində;

3.1.10.Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə.

3.1.11. Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılsın və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılsın.

3.1.12. Peşə liseylərində 25 fevral 2012-ci il tarixində.

4. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:

4.1. Bakı şəhərində 23 iyun 2012-ci il tarixində;

4.2. Şirvan şəhəri, Hacıqabul, Ağcabədi, Beyləqan, Kürdəmir, İmişli, Xocavənd və Ağdaş rayonlarında 02 iyun 2012-ci il tarixində;

4.3. Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl,  Ağsu və Göyçay rayonlarında 04 iyun 2012-ci il tarixində;

4.4. Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 07 iyun 2012-ci il tarixində;

4.5. Gəncə, Mingəçevir, Naftalan şəhərlərində, Göygöl və Samux rayonlarında 09 iyun 2012-ci il tarixində;

4.6. Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonlarında 12 iyun 2012-ci il tarixində;

4.7. Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 16 iyun 2012-ci il tarixində;

4.8. Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında 18 iyun 2012-ci il tarixində;

4.9. Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında 21 iyun 2012-ci il tarixində;

4.10. məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə.

4.11. Peşə liseylərində 24 aprel 2012-ci il tarixində.

5. Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda  göstərilən tarixlərdə keçirilsin.

6. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat və müxtəlif səbəblərdən üzrlü olaraq buraxılış imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən 25 iyun 2012-ci il tarixində saat 10.00-da Bakı şəhərinin 202 nömrəli tam orta məktəbində keçirilsin.

7. Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın.

8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın.

9. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta və tam orta təhsil səviyyələri üzrə imtahan verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.

10. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təhlili əsasında zəruri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı müvafiq təkliflər hazırlasın.

11. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin və peşə liseylərinin direktorları:

11.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynləri arasında 2011-ci ilin noyabr-dekabr aylarında təlimati işlərin aparılmasını təşkil etsinlər;

11.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ilə razılaşdırsınlar;

11.3. buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin etsinlər;

11.4. ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin eksternat və payız imtahanlarında maksimum iştirakını təmin etsinlər;

11.5. tam orta təhsil səviyyəsi üzrə şagirdlərin təkrar və eksternat imtahanlarında maksimum iştirakını təmin etsinlər.

12. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə və peşə liseylərinə lazımi köməklik göstərsinlər.

13. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) imtahan rəhbərlərinin və imtahan materiallarının müvafiq imtahan mərkəzlərinə vaxtında və təhlükəsiz çatdırılması (daşınması) ilə bağlı müvafiq tədbirlərin görülməsini və bununla əlaqədar təsdiqedici sənədlər əlavə olunmaqla daşınmanın nəticələri barədə rəsmi hesabatın yoxlama və buraxılış imtahanları bitdikdən sonra 10 gün ərzində rəhbərliyə təqdim edilməsini təmin etsin.

14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təqdim olunacaq təsdiqedici sənədlər əsasında imtahan materiallarının çap olunması, imtahan rəhbərlərinin və materialların imtahan mərkəzlərinə çatdırılması xərclərinin ödənilməsini təmin etsin.

15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, yoxlama və buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin.

16. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
5 dekabr 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov