Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda
təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

 

Dekabrın 7-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür. Görüşdə Moskvadan və Rusiyanın regionlarından olan 500-dən çox tələbə iştirak etmişdir.

 Əvvəlcə RAGT-nin fəaliyyəti və onun keçirdiyi tədbirlər haqqında videoçarx nümayiş etdirilmişdir.

RAGT-nin sədri Leyla Əliyeva tələbələri ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik edərək, bu təşkilatın mövcud olduğu dörd il ərzində onun gördüyü işlər barədə məlumat vermişdir. Leyla xanım Əliyeva demişdir: "Bu gün cəsarətlə demək olar ki, bu müddətdə biz böyük uğurlar və yüksək nəticələr qazanmışıq". O, qeyd etmişdir ki, bu gün Rusiyanın 60 regionunda RAGT-nin regional bölmələri mövcuddur. Bu bölmələr fəal iş aparır və təşkilatın üzvlərinin sayı daim artmaqdadır. Leyla xanım Əliyeva vurğulamışdır: "RAGT həm Azərbaycan gənclərini birləşdirməyə, həm də onların Rusiya cəmiyyətinə inteqrasiyasına, Vətəndən uzaqlarda özlərini rahat hiss etmələrinə kömək göstərməyə çalışır. Sizin hər birinizin Azərbaycanın böyük mədəniyyətini, onun tarixini, ənənələrini irəlilətmək üçün çox iş görə biləcəyinizi başa düşməyiniz, hər birinizin Rusiyada öz vətəninizi ləyaqətlə təmsil etmək məsuliyyətini hiss etməyiniz çox vacibdir".

Gənclər hərəkatının lideri onu da qeyd etmişdir ki, 2011-ci ilin iyun ayında Sankt-Peterburqda RAGT-nin üçüncü konfransı keçirilmiş, təşkilatın gələcək planları, təşəbbüsləri və layihələri müzakirə edilmişdir.

Leyla Əliyeva RAGT-nin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi ən başlıca aksiyalardan biri 1992-ci ilin fevral ayında baş vermiş və dinc insanların həyatına son qoymuş faciə haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında söz açmışdır. RAGT-nin sədri demişdir: "RAGT səhiyyəyə, sağlam həyat tərzinin təbliğinə də böyük diqqət yetirir. Bizim "Qanın milləti yoxdur" devizi altında keçirdiyimiz təmənnasız qanvermə, habelə "Sağlam olduğunu yəqin et, xəstəliyə "yox" de" aksiyaları ilə yəqin ki, siz hamınız tanışsınız. Bu aksiyalar çərçivəsində xəstələr pulsuz müayinə və müalicə oluna bilərlər. Biz QİÇS, narkomaniya, alkoqolizm və siqaret çəkməyə qarşı mübarizə kampaniyasına da başlamışıq. Bizim fəallar müxtəlif ali və ümumtəhsil məktəblərində olur, mühazirələr oxuyur, təqdimatlar keçirir, gənclərin zərərli vərdişlərin mənfi nəticələrindən xəbər tutmasına, sağlam həyat tərzi keçirməsinə kömək edirlər. Əlbəttə, RAGT gənclərin idmanla əlaqədar bütün təşəbbüslərini dəstəkləyir. Hər il Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri keçirilir və bu yarışların iştirakçılarının sayının artması bizi sevindirir. Biz "Şən və Hazırcavablar Klubu" və "Nə? Harada? Nə vaxt?" intellektual oyunlarını da dəstəkləyirik. Əgər kim isə hələlik bu oyunlarda iştirak etmirsə, bizə qoşulsun, çox şad olarıq".

Leyla xanım Əliyeva bu ilin oktyabr ayında start götürmüş yeni kampaniya - Ətraf mühitin qorunması kampaniyası - İDEA barədə söhbət açaraq bildirmişdir ki, bu aksiyanın məqsədi ictimaiyyətin diqqətini mövcud ekoloji problemlərə cəlb etmək, ətraf mühiti, heyvanları müdafiə etmək, ağac əkməkdir. Təşkilatın rəhbəri vurğulamışdır: "Bu kampaniyada ən başlıca məqam ondan ibarətdir ki, biz gördüyümüz hər işə kreativ yanaşma tapmağa çalışırıq. Buna görə həmin kampaniyada gənclərin iştirak etməsi zəruridir. Bizim şüarımız belədir: "Bir Yer bir gələcək". Mən sizin hamınızı bu kampaniyaya qoşulmağa çağırıram. Biz birlikdə planetimizi xilas etmək üçün mümkün olan hər şeyi edəcəyik".

RAGT-nin nəşr etdiyi jurnal barədə də danışan Leyla Əliyeva bildirmişdir ki, bu jurnalda Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, xalq ənənələri, böyük şairləri, yazıçıları, bəstəkarları haqqında söhbət açılır, gəncləri maraqlandıran müxtəlif məsələlər qaldırılır. O qeyd etmişdir ki, jurnalın üçüncü nömrəsi artıq çapdan çıxmışdır. RAGT-nin saytı fəal işləyir. Bu saytda gənclərimiz ünsiyyət saxlaya, bir-birini tanıya və lazımlı informasiya əldə edə bilərlər.

RAGT sədri bildirmişdir ki, Heydər Əliyev Fondu bu yaxınlarda Moskvadakı Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi açmışdır. Bu Mərkəzdə Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri, çoxlu müxtəlif tədbirlər keçiriləcəkdir. Leyla Əliyeva demişdir: "Biz orada təkcə azərbaycanlıları deyil, ölkəmizlə, ənənələrimizlə, mədəniyyətimizlə maraqlanan hər kəsi görməyə şad olacağıq. Srağagün biz Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda olduq, orada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbir keçirilirdi. Tələbələrin Azərbaycan dilini yaxşı bilməsi məni heyrətləndirdi. Bu, həqiqətən çox böyük hədiyyə oldu".

Leyla xanım Əliyeva sonda vurğulamışdır ki, RAGT yaxşı nəticələr və uğurlar qazanmışdır. Bunlar gənclərin ümumi xidmətidir. O, gəncləri quruculuğa və yaradıcılığa çağıraraq demişdir: "Sözün düzü, RAGT yaradılan vaxt mən heç bilmirdim ki, bizim gənclər bu qədər fəaldır və öz ölkələrini bu qədər sevirlər. Demək olar ki, hər həftə müxtəlif ali məktəblərdə hansısa tədbir - Azərbaycan Mədəniyyəti Günləri, seminarlar, bayramlar keçirmək barədə təşəbbüslər irəli sürülür. Bu, bizim hamımızı sevindirir və ruhlandırır". Leyla Əliyeva RAGT adından tələbələrə vəd etmişdir ki, onlara kömək etmək, onları dəstəkləmək üçün mümkün olan hər şey ediləcəkdir.

Sonra Leyla Əliyeva qeyd etmişdir ki, 2009-cu ildə RAGT əlaçı mükafatı, bir il sonra isə aztəminatlı ailələrdən olan tələbələr üçün təqaüd təsis etmişdir. O demişdir: "Bu il biz təqaüd alan tələbələrin sayını artıracağıq. Ümid edirəm ki, əlaçıların da sayı artacaqdır".

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu qeyd etmişdir ki, Leyla Əliyeva artıq üçüncü ildir ki, birinci kurs tələbələri ilə görüşlər keçirir və bu, yaxşı bir ənənəyə çevrilmişdir. O, RAGT-nin apardığı böyük və xeyirxah işlərə görə təşkilatın rəhbərinə təşəkkür edərək vurğulamışdır ki, bu təşkilat yaradılandan sonra çox şey dəyişmiş və Azərbaycan gəncləri onun lideri Leyla Əliyevanın ətrafında sıx birləşmişlər. Səfir tələbələri yaxşı oxumağa və Vətənimizə layiq olmağa çağırmışdır.

Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar demişdir ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələr ölkələrimiz arasında dinamik inkişaf edən ikitərəfli əlaqələrin, o cümlədən təhsil sistemlərinin əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayırlar. O qeyd etmişdir ki, Rusiya burada yaxşı təhsil almağa çalışan Azərbaycan gənclərini qəbul etməyə və onları qayğı ilə əhatə etməyə həmişə hazırdır.

Moskva Sosial-Humanitar İnstitutunun rektoru Vaqif Bayramov Leyla Əliyevaya fiziki imkanları məhdud olan insanların təhsil aldığı bu ali məktəbə daimi diqqətinə görə təşəkkür etmişdir. O, xüsusi qeyd etmişdir ki, RAGT-nin yaradılması Azərbaycan gənclərini sıx birləşdirmişdir.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibinin müavini Nemət Nağdəliyev ÜAK-ın gənclər siyasəti barədə məlumat vermiş, gəncləri Konqresin həyatında daha fəal iştirak etməyə çağırmışdır. O, xüsusi vurğulamışdır ki, ÜAK-ın yaradılmasının və azərbaycanlı tələbələrin xaricdə təhsil alması siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyev həmvətənlərimizi dəstəkləyən bu siyasəti davam etdirir. O demişdir: "Heydər Əliyev Fondu və şəxsən vitse-prezident Leyla Əliyeva bu işə sanballı töhfə verir".

Sonra tələbələrin nümayəndələri çıxış edərək, Rusiyadakı Azərbaycan gənclərini dəstəklədiyinə görə Leyla xanım Əliyevaya təşəkkür etmişlər. Onlar qeyd etmişlər ki, RAGT-nin bütün tədbirlərində iştirak etməyə və gənclər təşkilatının sıralarını genişləndirməyə həmişə şaddırlar.

Tədbirin rəsmi hissəsindən sonra Leyla Əliyeva 34 tələbəyə "RAGT əlaçısı" sertifikatlarını və mükafatlarını təqdim etmişdir. 

 AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov