Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər

 

Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər. Çünki tarixçi alimlərin əlində bununla bağlı kifayət qədər faktlar vardır.

AzərTAc xəbər verir ki, bu fikir dekabrın 1-də Bakıda öz işinə başlamış "Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində yeri və rolu" adlı beynəlxalq elmi konfransda səsləndirilmişdir.

Milli Aviasiya Akademiyası, Memarlıq və İnşaat Universiteti və Prezident yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans üç gün davam etmişdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, bu konfrans Azərbaycanın tarixi reallıqlarının, Qafqaz Albaniyasının bir dövlət kimi Azərbaycanın və bütövlükdə Qafqazın tarixində yerinin və rolunun elmi əsaslandırılması üçün mühüm rol oynayacaqdır. Konfrans eramızdan əvvəl dördüncü minillikdən ərəb xilafətinin yürüşünə və ondan sonrakı dövrədək olan real tarixi ortaya qoyacaqdır. Bu tarixi mənbələr erməni iddialarının aradan qaldırılmasına kömək edəcəkdir.

Qafqaz Albaniyasına məxsus abidələrin Azərbaycan tərəfindən qorunub saxlandığını vurğulayan Əli Həsənov demişdir ki, erməni alimləri bu tarixi saxtalaşdırmaqla yanaşı, öz mövcudluqlarını qədimləşdirməyə çalışırlar. "Təəssüflər olsun ki, Azərbaycanın işğal olunmuş ərazilərində ölkəmizin tarixinin saxtalaşdırılması nümunələri vardır. Bu gün imkan yoxdur ki, o ərazilərdə Qafqaz Albaniyasına, orta əsrlərə aid abidələri qoruyaq. Bu abidələrin izləri qalmışdır", - deyə şöbə müdiri bildirmişdir.

Təhsil naziri Misir Mərdanov isə qeyd etmişdir ki, konfransın mövzusu Azərbaycan üçün həmişə aktualdır. Çünki bu gün Azərbaycan ərazisində mövcud olan tarixi abidələrin adlarının özünə qaytarılması istiqamətində çox böyük addımlar atılır. Etiraf edək ki, vaxtilə Azərbaycan ictimaiyyətinə çoxlu yalan vədlər verilmişdir. Amma tanınmış alimlərimizin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tarixi məbədlər kimə məxsusdur.

Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, Gürcüstan Əlyazmalar Fondunun baş elmi məsləhətçisi Zaza Aleksidze isə vurğulamışdır ki, Albaniyanın ərazisi qədim Azərbaycan torpaqlarıdır. Azərbaycandakı Alban kilsəsi tarixi erməni kilsəsinin tarixindən daha qədimdir, - deyən Z.Aleksidze qeyd etmişdir ki, bununla bağlı yanlışlığa yol verən ermənilər sonradan buna görə üzr istəməyə məcbur olurlar.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digər çıxış edənlər də Qafqaz Albaniyası tarixində Azərbaycanın mühüm rolundan danışmışlar.

Bildirilmişdir ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı həm Azərbaycan, həm də dünyanın bir çox ölkələrindən olan albanşünas alimlər növbəti araşdırmalara başlamışlar.

Konfransda Almaniya, Rusiya, Yaponiya, Polşa, İtaliya, Gürcüstan və Dağıstandan olan alimlərin Qafqaz Albaniyasının tarixi, arxeologiya və memarlığının müxtəlif problemlərinə dair məruzələri dinlənilmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov