Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

"Tomson Reyters" Agentliyinin məlumat bazasından dünyanın 100-dən artıq ölkəsində istifadə edilir

 

Dekabrın 6-da təhsil naziri Misir Mərdanov "Tomson Reyters" Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki, satış üzrə meneceri Mətin Tunç ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra "Tomson Reyters" Agentliyinin fəaliyyətinə ölkəmizdə böyük maraq olduğunu vurğulayıb. Nazir bu agentliklə əməkdaşlığın yaradılmasının Azərbaycanda elmin inkişafı və onun beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyəti olacağına inamını ifadə edib. Misir Mərdanov mövcud istiqamətdə əlaqələrin yaradılması təklifini irəli sürərək bu işin müvafiq qurumlarla birgə aparılmasının məqsədəuyğunluğunu vurğulayıb.

"Tomson Reyters" Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Təmsil olunduğu agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən qonaq deyib ki, "Tomson Reyters" Agentliyinin məlumat bazasından dünyanın 100-dən artıq ölkəsində istifadə edilir. Devid Horki onu da əlavə edib ki, dünyanın nüfuzlu universitetlərinin reytinqinin müəyyənləşdirilməsində də məhz bu agentliyin məlumat bazasına istinad edilir. Qonaq bu bazada impakt faktoru olan elmi jurnalların, beynəlxalq konfranslar və patentlər barədə məlumatların yer aldığını diqqətə çatdırıb. Eyni zamanda Devid Horki birgə əməkdaşlığın yaradılması istiqamətində dəstək göstərməyə hazır olduqlarını bildirib.

"Tomson Reyters" Agentliyinin satış üzrə meneceri Mətin Tunç Türkiyə Respublikasında 2001-ci ildən başlayaraq bu sahədə müvafiq iş aparıldığını deyib və qeyd olunan agentliyin məlumat bazasından istifadənin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yüksək elmi potensialın olduğundan söz açan qonaq ölkəmizdə elm və texnologiyanın inkişafına verilən önəmdən danışıb.

Sonra təhsil naziri Misir Mərdanov "Tomson Reyters" Agentliyinin məlumat bazasından istifadə edilməsi hüququnun əldə olunması üçün müvafiq layihə sənədinin hazırlanmasının və bir sıra qurumlarla birgə həmin layihəyə baxılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə "Tomson Reyters" Agentliyinin məlumat bazasından gələcəkdə istifadə istiqaməti və imkanları barədə fikir mübadiləsi aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov