Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

VI Respublika Spartakiadasının keçirilməsində xidmətləri olan təhsil işçiləri mükafatlandırıldı

 

Dekabrın 7-də Təhsil Nazirliyində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil edilmiş VI Respublika Spartakiadasında xidmətləri olan təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, spartakiada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Qulu Novruzov iştirakçıları salamlayaraq ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitdən, spartakiadanın keçirilməsi və nəticələrindən danışıb. Q.Novruzov qeyd edib ki, idmana maraq uşaq və gənclərin həyatında müsbət dönüş yaradır, onlar fiziki və mənəvi cəhətdən sağlam böyüyür, cəmiyyətdə öz yerini tutmağı bacarır, əxlaq qaydalarına əməl edirlər. Ölkəmizdə uşaq və gənclərlə işin bu gün möhkəm zəmin əsasında qurulduğunu vurğulayan nazir müavini belə tədbirlərin keçirilməsinin gənc nəslin fiziki və mənəvi inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Q.Novruzov cari ilin sentyabrında  spartakiada  qaliblərinin  artıq mükafatlandırıldığını  bildirib və bugünkü  tədbirin spartakiadanın keçirilməsində  xidmətləri  olan rəhbər  təhsil  işçilərinin,  metodist və  müəllimlərin mükafatlandırılmasına həsr olunduğunu qeyd edib.

Sonra nazir müavini spartakiadada yüksək nəticə göstərən komandaların təmsil etdiyi şəhər, rayon təhsil idarə və şöbələrinin rəhbər işçilərinə, eləcə də ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına hər üç kateqoriya üzrə kubok və diplomlar təqdim edib.

Qeyd edək ki, mükafat 3 kateqoriya üzrə verilib. Şəhərlər üzrə 1-ci kateqoriyada I yerə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, II yerə Sumqayıt Şəhər Təhsil Şöbəsi, III yerə isə Mingəçevir şəhər və Lənkəran rayon təhsil şöbələri layiq görülüblər.

Rayonlar üzrə 2-ci kateqoriyada I yerin qalibi Cəlilabad Rayon Təhsil Şöbəsi, II yerin qalibi Sabirabad Rayon Təhsil Şöbəsi, III yerin qalibləri isə Qazax və Qusar rayon təhsil şöbələri olub.

Peşə təhsili müəssisələri arasında keçirilən 3-cü kateqoriya üzrə I yerə 7 saylı Bakı Peşə Liseyi, II yerə 12 saylı Bakı Peşə Liseyi, III yerə isə 9 saylı Bakı Peşə Liseyi layiq görülüb.

Sonda spartakiadada fərqlənən rayon təhsil şöbələrinin müdirlərinə, məktəb direktorlarına, metodist və müəllimlərə fəxri fərmanlar verilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov