Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Təhsil alanlara vətən və dil sevgisinin aşılanmasında Heydər Əliyev irsindən istifadə

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazanmasında, onun elminin, mədəniyyətinin yüksəlməsində, dilimizin hərtərəfli inkişafında və zənginləşməsində qüdrətli dövlət başçısı, uzaqgörən siyasətçi, müdrik insan Heydər Əliyevin misilsiz xidmətləri vardır. Ulu öndərin olduqca zəngin, dəyərli, bugünkü və gələcək nəsillər üçün həddindən artıq əhəmiyyətli olan irsini öyrənmək və öyrətmək üçün müntəzəm iş aparılmalıdır.

Bu baxımdan təhsil müəssisələrində müxtəlif fənlərin tədrisi zamanı Heydər Əliyev irsinin öyrədilməsi ilə şagird və tələbələrdə Vətənə, millətə, dövlətçiliyimizə, dilimizə və mənəviyyat xəzinəmizə böyük məhəbbət və coşqun sevgi hissləri aşılamaq mümkündür.

Azərbaycan dilinin ali və orta məktəblərdə tədrisi məsələsi heç bir zaman indiki qədər diqqət mərkəzində olmamış və yüksək dəyərləndirilməmişdir. Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən biri də ana dilimizin dövlət dili kimi hakimliyini təmin etməsi, onun tədrisinin təkmilləşdirilməsi üçün əvəzsiz xidmət göstərməsi və   dünyada tanıtmasıdır.

Bütün bunlar ölkə Prezidentinin imzaladığı müvafiq qanun, fərman və sərəncamlarda öz əksini tapmışdır.

Dünya azərbaycanlılarının I qurultayının Bakıda çağırılması, Heydər Əliyevin müxtəlif beynəlxalq tədbirlərdə ana dilimizdəki çıxışları, Azərbaycan dilinin dünya arenasına çıxarılması, onun nüfuz dairəsinin genişlənməsi və tərəqqisi üçün ulu rəhbərin böyük xidmətləri danılmazdır.

Dilimizin inkişafı sahəsində dövlət rəhbərinin gördüyü işlərin və onun dəyərli çıxışlarının tədris prosesində hər hansı bir mövzu ilə əlaqəli öyrədilməsi imkanları olduqca genişdir. Tədris proqramlarında "Dil və Azərbaycan dili haqqında", "Azərbaycan dilinin ana dili kimi istifadə olunduğu ölkələr", "Azərbaycan xalqının böyük şəxsiyyətləri ana dili haqqında", "Azərbaycan dili tədrisi elminin keçdiyi inkişaf yolu", "Azərbaycan dilinin türk dilləri arasında yeri" və s. onlarla mövzunun tədrisində nəinki imkan, hətta zərurət yaranır ki, Heydər Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, tərəqqisi istiqamətində göstərdiyi xidmətlər təhsil alanlara çatdırılsın.

Bu metodik göstərişlər proqramlarda verilməsə də, azərbaycanlı olan, Vətənini, millətini, dilini, ağsaqqalını, rəhbərini sevən hər bir müəllim bu işi heç bir göstəriş gözləmədən şagird və tələbələrə çatdırmağı özünün vətənpərvərlik və şərəfli vəzifə borcu hesab etməlidir.

Müstəqil Azərbaycanımızın rəsmi dövlət dili olan, əsrlərin çətin sınağından keçərək inkişaf edən, müasir dünyamızın ən qüdrətli, zəngin, coğrafi baxımdan daha çox ərazilərdə yayılan Azərbaycan dilinin qayğısını çəkmək, onu qoruyub yaşatmaq hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Biz bu borcu təkcə dil haqqında dövlət qanunlarını öyrənmək, dilin qrammatik qayda-qanunlarını öyrəncilərə çatdırmaqla kifayətlənə bilmərik.

Bizim əsas vəzifələrimizdən biri də onu sevdirməyi bacarmaqdır. Heç şübhə yoxdur ki, öz dilini sevməyi bacarmayan vətəndaş onun sevdirilməsi haqqında düşünə də bilməz. Dili sevdirməyin isə ən gözəl üsulu və yolu o dildə aydın, anlaşıqlı, ifadəli, rabitəli nitqinlə başqalarına nümunə olmağı bacarmaqdır. Axı dili sevmək elə xalqı, Vətəni sevməkdir. Zərdabinin qeyd etdiyi kimi, "İnsanın şərəfinin bir dəlili də nitqdir. Lazımdır ki, hər kəs elə danışsın, elə yazsın ki, onu mümkün mərtəbədə avam da başa düşsün".

Belə ki, aydın, anlaşıqlı, kamil nitqi ilə nümunə olmağı bacarmaq təlimdə dili sevdirməyin əsasını təşkil edir. Bu baxımdan ana dili dərslərində ümummilli liderimiz Heydər Əliyevin nitqindəki aydınlığı, konkretliyi, rabitəliliyi, sərbəstliyi, şirinliyi, bir sözlə natiqliyi bariz nümunə kimi tədrisə cəlb etmək olar.

Bu keyfiyyəti öyrəncilərə həm xatırlatma, həm də əyani və texniki vasitələrin köməyi ilə aşılamaq imkanları genişdir.

Dil dərslərində əsas tələblərdən biri də Azərbaycan dilinin lüğət tərkibinin saflığını, təmizliyini və milliliyini qorumaqdır. Tədrisdə bu mövzuda söhbətlər gedərkən dilimizin sadiq keşikçisi olan Heydər Əliyevin Azərbaycan dilinin saflığı, zənginliyi, gözəlliyi haqqındakı fikirləri, hikmətli deyimləri xatırladılır, onlar müxtəlif növ təhlillərə cəlb edilirlər.

Azərbaycan dili dərslərində nəinki ümumi bəhslərin, hətta istənilən hər hansı bir konkret mövzunun tədrisində ulu öndər Heydər Əliyev irsindən istifadə etmək imkanları mövcuddur. Bu imkanlardan bəzi məqamlara diqqət yetirək.

Ana dili dərsliklərində linqvistik təhlillər aparılması üçün geniş imkanlar vardır. Belə təhlillərə Heydər Əliyevin məruzə və çıxışlarından seçilmiş nümunələri cəlb etmək təlim üçün böyük əhəmiyyət kəsb edir. Öyrəncilərdə yüksək insani keyfiyyətlər, humanist hisslər aşılamaq üçün "Bizim müstəqilliyimizi heç kəs sarsıda bilməz", "Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır", "Azərbaycan xalqı dərin mənəviyyata malik qəhrəman xalqdır" tipli cümlələr üzərində iş aparılır. Həmin cümlələr leksik, fonetik, morfoloji və ya sintaktik təhlil edilir.

Dövlət rəhbərinin nitqindən seçilmiş "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir" (müxtəsər cümlə); "Biz Bakı şəhəri - ölkəmizin paytaxtı ilə haqlı olaraq fəxr edirik" (əlavəsi olan cümlə); "Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır" (həmcins xəbərlər); "Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli" (xitablı cümlə) və s. kimi nümunələr müxtəlif məqsədlərlə təhlilə cəlb olunur.

Tabeli mürəkkəb cümlələr tədris edilərkən aşağıdakı tipli cümlələrdən istifadə olunması dərsin maraqlı keçməsini təmin etməklə bərabər, öyrəncilərin fəallığını da artırır. Yaxşı olar ki, onlar Heydər Əliyevin nitq və çıxışlarında cümlələri, dil vahidlərini özləri müstəqil seçməyi bacarsınlar.

1. Kim ki öz biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur (mübtəda budaq cümləsi).

2. Xalqımız bilməlidir ki, biz özümüzü qorumalıyıq, qüdrətimizi, qəhrəmanlığımızı göstərməliyik (tamamlıq budaq cümləsi).

3. Bizim qüdrətli, möhkəm ordumuz olmalıdır ki, müstəqil Azərbaycan dövləti daim qüdrətli olsun (məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə).

4. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur (zərflik budaq cümləsi) və s.

Ana dili dərslərində böyük Vətənimizə, ana dilimizə və onun müdrik rəhbərinə məhəbbət hissinin aşılanması yollarından biri də inşa yazıların aparılmasıdır. Bu məqsədlə aşağıdakı inşa mövzularından istifadə etmək olar:

"Heydər Əliyev və Azərbaycan", "Heydər Əliyev siyasəti beynəlxalq aləmdə", "Heydər Əliyevin müdrikliyi Azərbaycanın azadlıq və müstəqilliyinin qarantıdır", "Heydər Əliyev Azərbaycan dilinin ən etibarlı keşikçisi idi", "Respublikamızın tərəqqisi müdrik rəhbərin adı ilə bağlıdır", "Biz Azərbaycan dili ilə fəxr edirik", "Qoy, dünya tanısın ana dilimi" və s.

Öyrənciləri "Heydər Əliyev muzeyi"nə aparıb, oradakı rəngarəng eksponatlarla, dövlət sənədləri, haqqında yazılımış kitablarla tanış etdikdən sonra onların təəssüratları ilə bağlı şifahi və yazılı inşalar aparılması da faydalıdır.

Azərbaycan dili dərslərində ulu öndərin çıxışlarından istifadə etməklə doğma Vətənimizə - müstəqil Azərbaycan  Respublikasına və dilimizə məhəbbət hissləri aşılamaq imkanları genişdir. Bu imkanların bir qismini tezis şəklində həmkarlarımıza və oxucularımıza təqdim edirik.

* Vətənpərvərlik hissləri aşılaya bilən cümlə və mətnlərdən tədrisdə istifadə edilməsi;

* Azərbaycan Respublikası və onun Prezidenti ilə bağlı fotoalbomlar, dərs vəsaitləri və ədəbiyyatlarından dərslərdə istifadə olunması;

* Vətənə, ana dilimizə, onun rəhbərinə və insanlara məhəbbət hissi aşılamaq üçün bədii gecələr, disput, viktorina və ya digər tədbirlərin təşkili;

* Məktəbdə ulu rəhbərin fəaliyyəti ilə bağlı müasir, zəngin Azərbaycan dili kabinetlərinin yaradılması;

* Texniki vasitələrin geniş imkanları və köməyi ilə Heydər Əliyevlə bağlı sinifdənxaric tədbirlərin keçirilməsi;

* Azərbaycan dili dərslərinin Heydər Əliyev irsi vasitəsilə canlandırılması və maraqlı olmasını   təmin etmək;

* Yaradıcı insanların münsiflər heyətinə qatılması ilə Azərbaycan dilinə və doğma Vətənə, ulu öndərə aid müsabiqə və olimpiadaların keçirilməsi;

* Məktəblərdə, ali təhsil müəssisələrində görkəmli alim, dövlət xadimləri, şair, yazıçı, dilçi və hərbiçilərlə görüşlərin təşkili;

* İKT vasitəsilə çiçəklənən respublikamızın, dilimizin, ədəbiyyatımızın uğurlu nailiyyətlərini, gözəl mədəniyyət nümunələrini yayınlamaq və s.  

Elbəyi MAQSUDOV,
Naxçıvan Dövlət Universiteti
Fənlərin tədrisi metodikası
kafedrasının müdiri,
pedaqoji elmlər doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov