Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin
20-ci ildönümü ilə bağlı tədbir keçirilib

 

Dekabrın 5-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla xanım Əliyeva tədbirdə iştirak etmişdir.

Universitetin Asiya və Afrika Ölkələrini Öyrənən İnstitutun dəyirmi zalında keçirilən tədbirdə əvvəlcə Rusiyadan olan tələbələr Azərbaycan dilində tanınmış şairlərimizin şeirlərini söyləmişlər.

Sonra ali təhsil müəssisəsinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından səhnələr göstərmişlər. Moskvanın Dərviş teatrının bədii rəhbəri və baş rejissoru, Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayevin hazırladığı səhnələr böyük maraqla qarşılanmışdır.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı tələbələrin "Arşın mal alan" musiqili komediyasından səhnələri Azərbaycan dilində ifa etmələrinin çox önəmli hadisə olduğunu bildirmişdir. Səfir bu nüfuzlu ali təhsil ocağında Azərbaycan mədəniyyətinin tərənnümünü müstəqilliyimizin 20 illiyinə böyük hədiyyə kimi qiymətləndirmişdir.

Universitetin Qafqaz ölkələri kafedrasının müdiri Jbekla Sızdıkova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın tədbirdə iştirakını xüsusi vurğulamış, tədbirin əhəmiyyətini qeyd etmişdir.

Tədbirdən sonra Leyla xanım Əliyeva Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələrini Öyrənən İnstitutunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Azərbaycan dili və ədəbiyyatı mərkəzi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, mərkəzdə Azərbaycan dili, mədəniyyəti və incəsənətini təbliğ edən müxtəlif dərsliklər və digər vəsaitlər vardır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı növbəti tədbirin Rusiyanın ən nüfuzlu universitetində keçirilməsi mədəniyyətimizin daha bir uğuru kimi səciyyələndirilmişdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov