Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Naxçıvan Dövlət Universitetində elmi konfrans

 

Naxçıvan Dövlət Universitetində xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqın böyük dayağı" adlı elmi konfrans keçirildi. Tədbiri giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq görkəmli yazıçı, tanınmış ictimai-siyasi xadim Mirzə İbrahimovun bədii irsi, ədəbiyyatşünaslıq fəaliyyəti barədə ətraflı məlumat verdi, Prezident İlham Əliyevin xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında 19 iyul 2011-ci il tarixli sərəncamını Azərbaycan ədəbiyyatına, elmi-ictimai fikrinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Qeyd olundu ki, sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən, şəxsiyyətə pərəstiş dövründən sonrakı milli ədəbiyyatın banilərindən biri olan Mirzə İbrahimov "Gələcək gün", "Böyük dayaq", "Həyat"  kimi mükəmməl bədii nəsr nümunələrinin, dəyərli elmi-ədəbi əsərlərin müəllifidir. 1945-ci ildən akademik kimi fəaliyyət göstərən xalq yazıçısı Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktor kimi dilçilik və ədəbiyyatşünaslıq elminin yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi müasir Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin inkişafında böyük rol oynamışdır. Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, SSRİ Ali Sovetinin deputatı və SSRİ xalq deputatı kimi ictimai-siyasi fəaliyyətində də ideoloji təzyiqlərə baxmayaraq milli mənafeyə xidmət etmiş, bir çox dövlət mükafatları, fəxri adlarla təltif olunmuşdur.

Tədbirin əsas təşkilatçılarından olan Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov "Mirzə İbrahimov dühasının işığı" mövzusunda məruzə edərək yazıçının XX əsr Azərbaycan və çoxmillətli sovet ədəbiyyatının parlaq nümayəndəsi kimi milli ideologiyamızın formalaşması uğrunda apardığı mübarizələrdən bəhs etdi. Qeyd olundu ki, süni surətdə sovetləşmə siyasəti aparıldığı bir dövrdə milli mənəvi dəyərləri qoruyan və təbliğ edən Mirzə İbrahimov da mənəvi repressiyalara məruz qalmış, "millətçi", "xalq düşməni" damğası ilə 1958-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmışdır. Bütün bunlara baxmayaraq, görkəmli ədib keçmiş sovetlər dövründə də, milli müstəqillik hərəkatı dövründə də Azərbaycançılıq ideologiyası, milli azadlıq uğrunda fəal mübarizə aparmışdır. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir.

Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid "Mirzə İbrahimovun həyat və yaradıcılığının Naxçıvan dövrü" adlı məruzəsində xalq yazıçısının 1933-35-ci illərdə Naxçıvan Sovet Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat" qəzeti və Naxçıvan Maşın Traktor Stansiyasının orqanı "Sürət" qəzetlərinin redaktoru kimi yaradıcı nəslin formalaşmasında böyük rol oynadığını, ədəbi gəncliyə rəhbərlik etdiyini, mövzusu Naxçıvan həyatından götürülmüş məşhur "Həyat" pyesini məhz burada qələmə aldığını, "Nəhənglər ölkəsi" və "Həyat naminə" kitablarını fəaliyyətinin Naxçıvan dövründə çapdan çıxardığını bildirdi.

Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrdən  Günay Babayeva "Mirzə İbrahimov və milli dilimiz",  Nərgiz Əliyeva "Mirzə İbrahimov və rus ədəbiyyatı" mövzusunda məruzə edərək onun ana dilinin qorunması, Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafındakı xidmətləri barədə məlumat verdilər.

Tədbirin sonunda tələbələrin ifasında rus və Azərbaycan dillərində yazıçının əsərlərindən parçalar səsləndirildi.

Konfransda xalq yazıçısı Mirzə İbrahimova həsr olunmuş film-slayd və kitab sərgisi nümayiş etdirilmişdir.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov