Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Astara Pedaqoji Kollecində valideynlərlə görüş

 

Astara Pedaqoji Kollecində bu il qəbul olunmuş tələbələrin valideynləri ilə görüş keçirildi. Kollecin akt zalında keçirilən yığıncaqda respublikanın 30-dan artıq şəhər və rayonundan gəlmiş 200-ə yaxın valideyn iştirak edirdi. Kollecin direktoru, əməkdar müəllim, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının təhsil sisteminin inkişafında misilsiz rolu, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində apardığı böyük işlər, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin ölkə təhsilinin tərəqqisinə verdiyi töhfələr haqqında valideynlərə geniş məlumat verdi. Kollecin keçdiyi yol barədə danışan Ə.Həmzəyev vurğuladı ki, müstəqilliyimizin yaşıdı olan Astara Pedaqoji Kollecinin məzunları respublikamızın əksər rayonlarında, xüsusən, cənub bölgəsində ümumtəhsil məktəblərində çalışırlar. Kollecin rəhbərliyi valideynlərlə əməkdaşlığa böyük əhəmiyyət verir. Bunun nəticəsidir ki, kollecə daxil olmaq üçün sənəd verən abituriyentlərin sayı ildən-ilə artır. Natiq çıxışında tələbələrin dərsə davamiyyətindən, milli adət və ənənələrimizə uyğun geyim formasından, yüksək mədəni davranışdan, böyüklərə hörmət və kiçiklərə qayğıdan, elmi-kütləvi, mədəni tədbirlərdə iştirakdan, müntəzəm olaraq bilik səviyyələrini artırmaqdan, verilmiş proqram materiallarının, tapşırıqlarının yerinə yetirilməsindən, dərsliklər, əlavə ədəbiyyat və metodik nəşrlərdən, qəzet və jurnallardan istifadədən, yeni pedaqoji təlim üsullarından, qiymətləndirmədən, informasiya-kommunikasiya texnologiyalarından və digər müasir dövrün problemlərindən söhbət açdı.

Çıxış edən valideynlər də öz növbələrində söylədilər ki, belə görüşlərin keçirilməsinin övladlarının gələcək taleyində önəmli rolu və böyük əhəmiyyəti vardır. Təsadüfi deyil ki, burada valideynləri də narahat edən bütün problemlərdən danışılıb. Valideynlərdən Əlibaba Məmmədov, İqrar Cəfərov, Pərviz Zeynallı və digərləri çıxış edərək bildirdilər ki, əgər biz övladlarımızın xoşbəxt gələcəyini istəyiriksə, onda  kollec rəhbərliyi və pedaqoji kollektivlə birgə və daha əməli surətdə fəaliyyət göstərməliyik.

Qeyd edilmişdir ki, belə tədbirlər valideynlərin və ictimaiyyətin maarifləndirilməsi istiqamətində ölkədə aparılan mühüm işlərin davamıdır. Gələcəkdə də belə yığıncaqların müntəzəm olaraq keçirilməsi qərara alınmışdır.

Yekunda kollecin direktoru  Əlihəsən Həmzəyev valideynləri gənc nəslin tərbiyəsi və onların intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində pedaqoji kollektivlə daha sıx əlaqə saxlamağa və bu prosesdə daha yaxından iştirak etməyə çağırdı. 

Azad ABDULLAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov