Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Azərbaycan Müəllimlər İnstitutunda  görüş

 

Azərbaycan Müəllimlər İnstitutu bu gün  respublikamızın  öndə gedən  ali təhsil ocaqlarından biridir. Burada son illər  institutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlının  gərgin səyi nəticəsində  ciddi yenidənqurma işləri  görülmüş, təhsil sahəsində xeyli  uğurlar əldə edilmişdir. Bu ali təhsil ocağında  tələbələrin dünyagörüşlərinin artırılması məqsədilə  mütəmadi olaraq  tanınmış ziyalılar, sənət adamları ilə görüşlər keçirilib.

Belə görüşlərdən biri  dekabrın 6-da  institut tələbələrinin  sevimli yazıçısı  Elxan Elatlı ilə baş tutdu. Tədbiri giriş sözü ilə açan  tərbiyə işləri üzrə  prorektor Tünzalə Yusifova  qonağa institutun rektoru Aqiyə  Naxçıvanlının adından  hədiyyə və gül dəstəsi təqdim etdi. Yazıçının ədəbi  yaradıcılığı barədə danışan  T.Yusifova   qeyd etdi ki, ədəbiyyata 2001-ci ildən  3 ardıcıl şeir kitabı  ilə gələn  Elxan Elatlı  sonradan öz oxucularına  "Xəyanət",  "Qan ləkəsi",  "Bakıdan gələn xəfiyyə", "Görünməyən izlər", "Arxalı canavar", "Cəhənnəmdən gələn səs", "Ələkeçməz yaquar" və digər bir-birindən  maraqlı detektiv romanlar hədiyyə etmişdir. Xüsusilə yazıçının  Milli Qəhrəman  Mübariz  İbrahimova  həsr etdiyi  "Qisas  gecəsi" romanı hər bir Azərbaycan vətəndaşının qəlbində  vətənpərvər duyğular  oyatmağa qadirdir.

İnstitutun Azərbaycan dili və ədəbiyyat kafedrasının  müdiri, professor  Ramil Əliyev, qonaqlardan Yayım assosiasiyasının  prezidenti  Yaşar Zeynalov, "Yeni nəşrlər" jurnalının redaktoru Fazil Kərimli  öz çıxışlarında  yazıçının ünvanına  xoş sözlər söylədilər. Elxan Elatlı gələcəyin müəllimləri  olacaq  tələbələrə öz dəyərli  məsləhətlərini verdi, onlara həyatda  və seçdikləri şərəfli yolda  uğurlar arzuladı. Qonaq daha sonra  tələbələrin  çoxsaylı suallarını  cavablandırdı.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov