Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Musiqi Kollecində Xan Şuşinskinin yubiley gecəsi

 

Dekabrın 2-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində görkəmli xanəndə, Azərbaycan Respublikasının xalq artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyinə həsr ounmuş yubiley gecəsi keçirilmişdir.

Tədbirdə kollecin müəllim və tələbələri ilə yanaşı, tanınmış musiqi xadimləri və muğam ustaları, Xan Şuşinskinin ailə üzvləri, KİV təmsilçiləri iştirak edirdilər.

Yubiley gecəsi Xan Şuşinskinin ürəkləri ovsunlayan ecazkar ifasının səslənməsi ilə açıldı.

Tədbirdə giriş sözü söyləyən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi,  professor Nazim Kazımov mərasim iştirakçılarını salamlayıb bu gün kollecin həyatında ən əlamətdar günlərdən biri olduğunu, Musiqi Kollecinin çoxlu möhtəşəm hadisələrə şahidlik etmiş böyük zalında Azərbaycanın böyük  sənətkarlarından birinin, misilsiz muğam ifaçısı, dünya azərbaycanlılarının sevimlisi Xan Şuşinskinin 110 illik yubileyini qeyd etməyə yığışdıqlarını,  dahi bəstəkar və musiqi xadimi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə əsası qoyulmuş Musiqi Kollecində Xan Şuşinskinin də vaxtilə dərs dediyini, çoxlu yetirmələrinə muğamlarımızın, xalq mahnılarımızın sirlərini öyrətdiyini, bu baxımdan onun yubileyini qeyd etməyin kollecin müəllim və tələbə kollektivi üçün böyük  şərəfli iş olduğunu bildirdi.

10 il öncə Xan Şuşinskinin 100 illik yubileyinin kollecin zalı olmadığından başqa təhsil ocaqlarında keçirmək məcburiyyətində qaldıqlarını deyən N.Kazımov, bu gün sənətkarın 110 illiyini öz tədris ocaqlarında keçirmələrindən məmnunluq duyduğunu söylədi, kollecləri üçün yaradılmış bu şəraitə, son illər burada aparılmış yüksək səviyyəli təmir və yenidənqurma işlərinə görə Azərbaycan dövlətinin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə, Azərbaycan musiqisinin, muğamlarımızın böyük himayəçisi, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi, Xan Şuşinskinin 120 illik yubileyinin Şuşada keçirilməsini arzu etdi.

Sonra Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva çıxış edərək atasının xatirəsinə göstərdikləri sayğıya, Azərbaycana böyük sənətkarlar bəxş etmiş bu qədim musiqi məbədində onun 110 illik yubileyini keçirdiklərinə görə kollecin rəhbərliyinə minnətdarlığını çatdırıb, böyük Cavanşirlər sülaləsinin layiqli davamçısı, daşıdığı Xan adını həm səsi, həm sənəti, həm də şəxsiyyəti ilə doğruldan, Azərbaycan mədəniyyətində müstəsna xidmətləri olmuş Xan Şuşinskinin yubiley tədbirinə gələnlərə "xoşgəldin" edib, dərin təşəkkürünü bildirdi.

Sənətşünaslıq namizədi, dosent Xatirə Həsənzadə Xan Şuşinskinin həyatı və yaradıcılığı haqqında məruzə etdi. Məruzəçi Xan Şuşinskinin öz səsi və sənəti ilə nəinki doğulduğu Qarabağda, Azərbaycanda, bütün yaxın Şərq ölkələrində tanındığını və sevildiyini, Azərbaycan musiqisini hər yerdə böyük məhəbbətlə təbliğ etdiyini bildirdi.

Yubiley gecəsində çıxış edən Azərbaycan Respublikasının xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Mənsum İbrahimov və tanınmış xanəndə Süleyman Abdullayev müxtəlif illərdə Xan Şuşinski ilə birlikdə çalışdıqları, onunla yaxından təmasda olduqları üçün özlərini xoşbəxt hesab etdiklərini, böyük sənətkar kimi qiymətləndirdikləri Xan Şuşinskinin gözəl səsə və avaza, dərin musiqi duyumuna malik olduğunu, muğamlarımızı gözəl bildiyini, onları yeni xallarla daha da zənginləşdirdiyini, yüksək insani keyfiyyətlər daşıyıcısı olduğunu söylədilər, onunla bağlı xatirələrdən, Xan əminin duzlu-məzəli lətifələrindən, zarafatlarından söz açdılar.

Yubiley gecəsində Musiqi Kollecinin məzunları və tələbələri maraqlı konsert proqramı ilə çıxış etdilər.

Musiqi Kollecinin xalq çalğı alətləri ansamblının ifa etdiyi Vasif Adıgözəlovun "Bayram süitası", tələbələrdən Zeynəb Quliyevanın, Nuranə Şıxəliyevanın, Ayxan Hacıəhmədovun, "Muğam-2011" müsabiqəsinin laureatları tələbə Nigar Rəhimovanın, kollecin məzunu Elsevər Muradovun, "Beynəlxalq muğam müsabiqəsi - 2011"in laureatı, IV kurs tələbəsi  Nişanə Baxışovanın və başqalarının ifa etdikləri Emin Sabitoğlunun "Dərələr", Əlibaba Məmmədovun "Mənim Azərbaycanım" mahnıları, "Dilkəş təsnifi", "Qarabağ şikəstəsi", "Sarı gəlin", "Şuşanın dağları" və s. mahnılar yubiley iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Tədbirin sonunda söz alan Xan Şuşinskinin oğlu Aslan Cavanşirov yubiley gecəsinə, habelə keçirilən silsilə tədbirlərə görə kollecin kollektivinə və musiqi ictimaiyyətinə öz minnətdarlığını bildirdi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov