Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

"Fövqəladə hallarda özünü necə aparmalı"

 

Bakıdakı 229 nömrəli orta məktəbdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Fövqəladə hallarda  özünü necə aparmalı" mövzusunda  tədbir keçirildi.    Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, Bakı Regional Mərkəzinin məsul şəxsləri, şagird və müəllim kollektivi iştirak edirdilər.   

Məktəbin direktoru Fəridə Bağırova çıxış edərək keçirilən tədbirin məktəblilər üçün  böyük  əhəmiyyətindən söz açdı.

Çıxış üçün  ilk söz alan Bakı Regional Mərkəzinin  İstismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi Elgün Ələkbərov bildirdi ki, qurum   təhsil ocaqlarında hazırda silsilə tədbirlər keçirir. Sonra tanışlıq üçün Bakı Regional Mərkəzinin bir qrup əməkdaşı  bir-bir təqdim edildi.

Bakı Regional Mərkəzinin Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fərid Əzizov "Fövqəladə halların təsnifatı", Operativ məlumat şöbəsinin baş zabiti Vüsal Məmmədzadə "Kollektiv mühafizə qurğuları", Operativ məlumat şöbəsinin zabiti Ramil Səfərov "Təbii fövqəladə hallar zamanı nə etməli", İstismarda olan  binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi Elgün Ələkbərov "Yanğın- partlayış və nəqliyyat qəzası zamanı nə etməli", Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları "Qaz cihazlarından  istifadə zamanı təhlükəsizlik qaydaları", Mülki müdafiə işinin təşkili şöbəsinin baş  zabiti Rauf Məmmədov "Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli", Operativ məlumat  şöbəsinin baş zabiti Orxan Bağırov "Terror xarakterli fövqəladə hallar zamanı nə etməli" mövzularında maraqlı  təqdimatlar etdilər.

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat-təşkilat şöbəsinin müdiri Mənsur Piriyevin çıxışı məktəblilər tərəfindən  maraqla qarşılandı. Mənsur Piriyev dedi ki, isti yay günlərində sərinləmək həvəsi insanları daha çox çimərliklərə üz tutmağa vadar edir. Lakin çimərliyə gələn insanların heç də hamısı yaxşı üzə bilmir və yaxud  da üzməyi bacarmır. Bu da, öz növbəsində, arzuolunmaz hadisələrə gətirib çıxarır.

Təcrübə göstərir ki, çimərliklərdə istirahət edən insanların bir çoxu müvafiq tələblərə riayət etmədən istirahətlərini özləri başa düşdükləri kimi qurmağa çalışırlar.

Valideynlər tərəfindən uşaqların nəzarətsiz buraxılması, havanın küləkli olmasına məhəl qoyulmaması, xilasedicilərin tələblərinə laqeyd yanaşılması, səhhətində problem olan vətəndaşların çimərliklərə gəlməsi narahatçılıq doğuran əsas məsələlərdəndir. Bu gün biz məktəblilər arasında    bu məsələ ilə əlaqədar aparılan  maarifləndirmə işini daha da gücləndirməliyik.

Məktəbin direktoru Fəridə Bağırova belə bir maraqlı  tədbiri bu təhsil ocağında  keçirdikləri üçün Bakı Regional Mərkəzinin rəhbərliyinə  pedaqoji kollektiv adından öz təşəkkürünü bildirdi.

Sonda məktəblilər  Bakı Regional Mərkəzinin bir qrup zabit heyəti ilə  birgə xatirə şəkli  çəkdirdilər. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov