Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Müsabiqə qalibləri mükafatlandırıldı

 

Dekabrın 8-də Respublika Texniki Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsinə yekun vuruldu. Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Respublika Texniki Yaradıcılıq Mərkəzinin direktoru Qorxmaz Əliyev, texniki yaradıcılıq mərkəzlərinin direktorları və dərnək rəhbərləri iştirak edirdilər. Müsabiqənin keçirilməsində məqsəd texniki yaradıcılıq mərkəzlərində məşgul olan məktəblilərin yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün stimulların yaradılması və dərnəklərə cəlb olunmuş uşaqlar arasında təcrübə mübadiləsinin təşkili idi. Qeyd edək ki, müsabiqə 2 mərhələdə - rayon (şəhər) və respublika mərhələsində keçirilib. Müsabiqəyə respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərindən 250 iş respublika mərhələsinə təqdim edilmişdir. Müsabiqə 4 nominasiya üzrə: yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi sənət və təbii materiallardan hazırlanmış işlər nominasiyaları üzrə 10-11 və 12-13 yaşlı uşaqlar arasında keçirilib.

Tədbiri giriş sözü ilə açan  Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov son illər respublikamızda aparılan təhsil islahatlarından söz açdı. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışan A.İbrahimov müsabiqənin hər bir şagirdin həyatında mühüm rol oynayacağını və gələcəkdə onların yaradıcılıq potensialının inkişafına təkan verəcəyini iştirakçıların nəzərinə çatdırdı. Qalibləri təhsil naziri Misir Mərdanovun adından təbrik edən A.İbrahimov onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III yerləri tutmuş qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı. Qaliblərlə xatirə şəkli çəkdirildi. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov