Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan teatr festivalı

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu kafedrasının müdiri, dosent Sevda Teymurova uzun illərdir ki, rejissor sənəti fakültəsində təhsil alan tələbələrə bu sənətin sirlərini öyrədir, onların  peşəkar aktyor  və rejissor  kimi püxtələşməsində əlindən gələni əsirgəmir. Bu günlərdə isə Sevda xanımın dərs keçdiyi auditoriya doğma divarlardan  kənarda, Xəzər rayonunun Şüvəlan qəsəbəsində idi. Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə S.Teymurova  buradakı gənclik düşərgəsində həvəskar festival iştirakçılarına ustad dərsləri keçəcəkdi. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Ümumrespublika Teatr Festivalında iştirak etmək üçün buraya toplanmış bədii özfəaliyyət kollektivləri təcrübəli pedaqoqla bu görüşü səbirsizliklə gözləyirdilər. Axı nə qədər həvəsli olsalar da, geniş tamaşaçı auditoriyası qarşısında, üstəlik də vətənpərvərlik devizi altında keçiriləcək festival tamaşaları göstərməyin öz çətinlikləri, məsuliyyəti var...

Sevda Teymurovanın rəhbərliyi altında aparılan gərgin məşqlər, onun gənc həvəskarların çıxışlarına tutduğu iradlar, verdiyi məsləhətlər, əyani ifalar,  festival öncəsi aparılan sənət söhbətləri öz  səmərəsini verdi. Zaqatala Xalq Teatrı, Mingəçevir Şəhər Uşaq Yaradıcılıq Mərkəzi, Bakı Slavyan    Universiteti, Bakıdakı 7 nömrəli məktəbi, Ucar və İsmayıllı rayonlarından festivala qatılmış kollektivlərin sonrakı  günlərdə tamaşaçılar qarşısında çıxışları böyük rəğbətlə qarşılandı.

Noyabrın 28-də Gənc Tamaşaçılar Teatrında  festivalın təntənəli açılışı oldu. Açılış mərasimində xalq artisti Amalya Pənahova, teatrşünas Aydın Talıbzadə, professor Məryəm Əlizadə, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, millət vəkilləri Fəzayıl Ağamalı, Gülər Əhmədova və Jalə Əliyeva, teleaparıcı Nərgiz Cəlilova iştirak edirdilər.

Festivalin devizinin  ruhuna uyğun seçilmiş kiçik tamaşalar, kompozisiya və digər populyar sənət nümunələri zalda əyləşənlərə  əsl bədii zövq verir, onları tez-tez iştirakçıları alqışlamağa sövq edirdi.

Dekabrın 1-də festivalın yekunu oldu. Münsiflər heyətinin nüfuzlu üzvlərinin yekdil rəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı  Azər Cəfərin "Qisasın rəngi" tamaşası I yerə layiq görüldü. Adıçəkilən tamaşada baş rolun ifaçısı rejissor sənəti fakültəsinin III kurs tələbəsi Vasif  Həsənov idi.

Bakı Slavyan Universiteti tələbələrinin tamaşaya qoyduqları "O an bizim gözümüzlə"  kompozisiyası isə II yeri tutdu.

III yerə isə Mingəçevir Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin dram qrupu layiq görüldü.

Yekun tədbirindən sonra həvəskar  aktyorlarla aparılan söhbətlərdən ən yaddaqalan  məqam o oldu ki, Milli Qəhrəmanımız Mübariz İbrahimovun  xatirəsinə həsr olunmuş festival onları professional  teatr təhsili  almağa ruhlandırıb və qarşıdakı illərdə  bu sənət üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müvafiq fakültələrində  təhsil almaq arzusundadırlar.  

İNTİQAM

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov