Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Məktəbdə qızıl payızla bağlı tədbir keçirilib

 

Bakıdakı  8 nömrəli tam orta məktəbdə  qızıl payıza  həsr olunan  tədbir keçirilib. Tədbirin təşkilatçısı  ibtidai sinif müəllimi  Ofelya  Babayeva öz yetirmələrinə  payız fəsli haqqında  ətraflı məlumat verib.  O,  yağışlı-yağmurlu payız fəslinin torpağa nur, bərəkət gətirdiyindən, şairlərin bu fəsilə həsr etdikləri şeirlərdən,  müdrik kəlamlardan bəhs edib.

Sonra uşaqların  payızın gözəlliklərini əks etdirən əl işlərinə, ekspozisiyalara baxış keçirilib. İstedadlı şagirdlərin ifasında əsrarəngiz, füsunkar payız görüntülərini  təsvir edən şeirlər, bayatılar, yanıltmaclar dinlənilib,  mahnılar oxunub, milli geyimlərdə rəqslər, səhnəciklər, kompozisiyalar nümayiş olunub. Təbiətin bu gözəlliyini seyr edən dördüncülər  tərəvəz və  meyvələrin becərilməsi haqqında  topladıqları maraqlı məlumatlara  əsasən  insanların  zəhmətini qiymətləndirməyi də unutmayıblar, zəhmətkeş insanlara  xorla "çox sağ olun" deyiblər. Tədbirin  özəlliyi bir də onunla diqqətçəkən idi ki, dördüncülərlə birlikdə ətraf, qonşu ərazidə fəaliyyət göstərən  uşaq bağçalarından olan balaca fidanlar da burada iştirak edib,  payız fəsli  haqqında öz təsəvvürlərini artırıblar. 

Sonda  məktəbin direktoru Aytən Baxşıyeva, müavinlər Sevinc Əliyeva və  Səfurə İbrahimli   keçirilən tədbirdən məmnun qaldıqlarını ifadə ediblər. Çıxışlarda vurğulanıb ki, belə  kompozisiyaları, gecələri  vaxtaşırı təşkil etməklə  uşaqlara   payız və başqa fəsillər haqqında dərin bilgilər aşılamaq olar.  

 Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov