Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Xarici mətbuat səhifələrində

 

Avropa Birliyi təhsil proqramlarına iki milyard avro ayıracaq 

Avropa Birliyi qonşu ölkələrlə təhsil sahəsində əməkdaşlıq proqramlarının həyata keçirilməsinə 2 milyard avro ayırmaq niyyətindədir. Proqram 2014-2020-ci illəri əhatə edir. Bu barədə məlumat verən AB-nin təhsil, mədəniyyət, gənclər məsələləri üzrə komissarı Andrula Vassiliou qeyd edib ki, qurum ali təhsil sahəsində yeni nəsil proqramları tətbiq etməyi planlaşdırır.   Onun sözlərinə görə, proqramlarda beynəlxalq komponent üstünlük təşkil edəcək. Proqramda AB-nin Şərq və Cənub qonşuları olan ölkələr iştirak edəcəklər. 

Rusiya xarici ölkələrin ali məktəb diplomlarını tanıyır 

Rusiya xarici ölkələrin ali təhsil ocaqlarının verdiyi diplomları tanıyır. Bu barədə Dövlət Duması qanun qəbul edib. Xarici ölkələrdən olan müəllimlərin Rusiyada işə düzəlməsi də asanlaşacaq. Eləcə də xarici tələbələrin RF-də təhsil almaq imkanları genişlənəcək. Gələn il fevralın 1-dən qüvvəyə minəcək qanuna əsasən, xarici ölkələrdə verilmiş alimlik dərəcələri və təhsil sənədlərinin tanınması proseduru əhəmiyyətli dərəcədə sadələşəcək. 

Əgər əvvəllər xarici ölkədən olan alim Rusiya universitetində  işləməyə gəlmək üçün əvvəlcə elmi biliklərinin və elmi dərəcəsinin Rusiyanın verdiyi biliklər və elmi dərəcə ilə ekvivalent olduğunu sübut etməli idisə, indi bütün dünyada qəbul olunmuş müəyyən şərtlərə əməl etməklə  yalnız öz elmi xidmətlərini təsdiq etməlidir.

Bütün sənədlər leqallaşdırılmalı və rus dilinə tərcümə olunmalıdır. Alim təsdiq olunmuş sənədlərin əslinə görə 4 min rubl, surətinə görə isə 2 min rubl  dövlət rüsumu ödəməlidir.

Rusiyada təhsil almaq istəyən abituriyent və tələbələr üçün də güzəştlər edilib. Xarici təhsilin və Rusiya təhsilinin uyğunluğunu təsdiq etmək tələb olunmur. Kifayətdir ki, təhsil haqqında sənəd beynəlxalq qanunlara və Rusiya qanunvericiliyinin bəzi tələblərinə cavab versin. Əgər hansısa səbəbdən şərtlərə əməl olunmayıbsa, onda abituriyentin və ya tələbənin ərizəsi əsasında ekspertiza təyin olunur və həlledici qərar qəbul olunur. Müsbət cavab olduğu təqdirdə xarici ölkə vətəndaşına sənədinin tanınması barədə şəhadətnamə verilir və o, dövlət rüsumu ödəyir. Şəhadətnamə bakalavriat və ya magistratura proqramı üzrə Rusiyada təhsili davam etdirməyə imkan verir. Qanunda xüsusi bənd var ki, təhsil haqqında və elmi xidmətlər barədə sənədlərin tanınması üzrə bütün məsləhətlər pulsuzdur.

Qazaxıstanda müəllimlər psixoloji testdən keçəcək 

Qazaxıstanın Təhsil Nazirliyi müəllimlərin öz peşələrinə tam uyğunluğunu yoxlayacaq. Bu barədə təhsil naziri  Baxıtjan Jumaqulov bildirib. Kazakhstan Today saytının məlumatına görə, nazir qeyd edib ki, Qazaxıstanda müəllimlər psixoloji testdən keçiriləcək. Onun sözlərinə görə,  Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə bu məqsədlə xüsusi standart işləyib hazırlayır. "Müəllimlərin peşə inkişafı: ənənə və dəyişikliklər" elmi-praktik konfransda çıxış edən nazir keçmiş sovet dövrünün təcrübəsinə qayıtmağı təklif edib. Nazirə görə, sovet dövründə gələcək müəllim ali məktəbə qəbul olunmazdan əvvəl tam tibbi sağlamlıq yoxlamasından keçməli və tərbiyə işinə yararlı olmasına dair rəy almalı idi. Onun fikrincə, müəllimin psixoloji vəziyyətinə dair yerli poliklinikanın verdiyi sadə arayış kifayət deyil.  Müəllimin qeyri-adekvat davranışa meyilliyi  həm də test vasitəsi ilə üzə çıxarılmalıdır.  Nazir əlavə edib ki,  müəllimlərin psixoloji vəziyyəti problemi bütün dünyada çox sərt durur. "Uşaqlarımızı, nəvələrimizi pedaqoqa etibar etməklə biz onların psixoloji cəhətdən nə dərəcədə  sağlam olmasına niyə baxmamalıyıq",-deyə nazir bildirib. 

Belçikada məktəb islahatları 

Belçikada orta ümumtəhsil sistemində islahatlar başlayıb. Le Soir qəzetinin yazdığına görə, orta ümumtəhsil məktəbləri və həmkarlar təşkilatı şagirdlərin maksimum sayı barədə razılığa gəliblər. Bundan sonra ibtidai məktəblərdə 24-28-dək şagird təhsil ala bilər. Əldə olunmuş razılığa müvafiq olaraq növbəti dərs ilindən başlayaraq təhsilin bütün pillələri üzrə yeni normalar qüvvəyə minəcək. Xüsusən də ibtidai məktəblərdə birinci mərhələdə norma 20 nəfər təşkil edəcək. Onların maksimal sayı 24 nəfərə çata bilər. İkinci və üçüncü mərhələlərdə norma 24, maksimum isə 28 nəfər təşkil edir.

Orta məktəblərdə təhsilin tipindən asılı olaraq sinif şagirdlərinin sayı 19-29 nəfər arasında dəyişə bilər. Bəzi hallarda şagirdlərin maksimum sayı 32 nəfərə (təhsilin  3 mərhələsi üzrə) çata bilər. İslahatlar müəllimlərin əməkhaqlarına əlavə ödəmələrlə müşayiət olunacaq ki, bu da büdcəyə 4,6 milyon avroya başa gələcək. Söhbət yeni kadrların işə qəbulundan gedir.  

Çexiya tələbə çoxluğundan narahatdır 

Çexiyanın Təhsil Nazirliyi ölkənin ali təhsil müəssisələrində təhsil alan tələbələrin çoxluğundan narahatdır. Təhsil Nazirliyi hesab edir ki, tələbələrin sayı yaxın bir neçə illər ərzində azaldılmalıdır. Gələn il ali məktəblər 70 min əvəzinə 50 min tələbə qəbul edəcək. Yaxın 5-6 il ərzində tələbələrin sayı 2003-cü il səviyyəsinə qədər azaldılmalıdır. Nazirlik əsasən tələbələrin sayını məhdudlaşdırmaqla onların maliyyələşdirilməsi limitini müəyyən edir. Əgər ali məktəb daha çox tələbə qəbul etmək istəyirsə, onda onların maliyyələşdirilməsini öz hesabına həyata keçirməlidir.  Nazirliyin maliyyələşdirdiyi tələbələrin sayını rektorlar müəyyən edəcək. Daha sonrakı mərhələdə nazirlik eyni zamanda magistr olmaq istəyən bakalavrların sayını da azaltmağı nəzərdə tutub.  Bu cür tələbələr 80 faiz təşkil edir. Onların sayının 30 faizə qədər azaldılması gözlənilir. Qeyd edək ki, Çexiya Avropada ali təhsillilərin sayına görə ən aşağı göstəriciyə malikdir. Ekspertlərə görə,  Təhsil Nazirliyi tələbə sayını azaltmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq istəyir. Nazirlik heç də orta məktəb diplomu almış bütün məzunların ali məktəbdə oxumasını dəstəkləmir.   

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov