Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Rusiya Federasiyası

 

MDU-da maliyyə müstəntiqləri hazırlanacaq 

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 2012-ci ildən unikal mütəxəssislər - maliyyə müstəntiqləri hazırlamağa başlayacaq. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin başçısı Aleksandr Bıstırıkin və MDU-nun rektoru Viktor Sadovniçi noyabrda müvafiq razılaşma imzalamışlar.

Müqavilə çərçivəsində MDU-nun fakültəsi - Dövlət auditi ali məktəbinin bazasında hüquqşünas bakalavr və magistrlər hazırlığı inteqrativ proqramının açılması planlaşdırılır. Həmin proqram üzrə təhsil alan bakalavr və magistrlər cinayət hüququnun əsaslarından əlavə maliyyə - budcə sahəsində də xüsusi bilik və vərdişlər alacaqlar. Bu cür təhsil mütəxəssislərə maliyyə sahəsindəki hüquq pozuntularını müvəffəqiyyətlə təhqiq etməyə imkan verəcək.

Tədris prosesini xüsusi yaradılmış və tərkibinə İstintaq Komitəsinin nümayəndələrinin daxil olduğu iqtisadi və maliyyə təhqiqatçıları kafedrası əlaqələndirəcək. Bu proqramı seçən tələbələr tədrisdə xüsusi texnika və kriminalistik avadanlıqlardan istifadə etmək imkanı qazanacaq, habelə RF İstintaq Komitəsi sistemində tədris və istehsalat təcrübəsi keçəcəklər. Onlardan ən yaxşıları təhsillərini başa vurduqdan sonra İstintaq Komitəsində xidmətə daxil ola biləcəklər. 

İnternetdə məktəblilər üçün audiokitabxana açılıb 

Rusiya məktəbliləri yeni "Audioxrestomatiya.rf" internet-resursda Rusiyanın tanınmış artistlərinin ifasında məktəb proqramlarından audiokitablara pulsuz qulaq asa biləcəklər. Bu barədə layihənin təşkilatçısı "Art-Piter" şirkətlər qrupunun baş direktoru Sergey Skomoroxov məlumat verib

Audiokitabxana "Ves-znaniya.rf" innovativ təhsil internet-portalı çərçivəsində açılıb və Rusiyanın Təhsil və Elm Nazirliyi tərəfindən dəstək alıb. Portalın ədəbiyyata həsr olunmuş hissəsi testləşmədən keçib və işçi rejimdə fəaliyyət göstərməyə başlayıb. Rus və xarici klassiklərin əsərləri Sergey Bezrukov, Yuri Qaltsev, Dmitri Naqiyev, Aleksandr Rozenbaum, Yelizaveta Boyarskaya, Alisa Qrebenşikova və digər səhnə ustalarının ifalarında səslənir. Audioxrestomatiyaya daxil olan bütün mətnlər A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən seçilib.

İndi saytda əsasən ibtidai məktəb üçün ədəbiyyat kursu üzrə 190 əsər yerləşdirilib. Hazırda layihə komandası yuxarı siniflər üçün materialların üzərində fəal iş aparmağa başlayıb. Audioxrestomatiyanın yaradıcıları ümid edirlər ki, kitablara qulaq asılması uşaqları sərbəst mütaliəyə sövq edəcək. Gələcəkdə  "Ves-znaniya.rf" portalında məktəb proqramlarından digər fənlər üzrə tanınmış alimlərin, idmançıların, iş adamlarının və məmurların apardıqları dərslər də yerləşdiriləcək. 

Evin yanındakı məktəbə getmək asan olacaq 

Evin yanındakı məktəbə daxil olmaq asan olacaq. Rusiya Federasiyası Prezidenti Dmitri Medvedev noyabrın əvvəlində bələdiyyə təhsil müəssisələrinin ərazi əlçatanlığının təmin olunmasına yönəlmiş Federal Qanunu imzalayıb. Qanun Dövlət Duması tərəfindən 2011-ci il oktyabrın 18-də qəbul olunub və oktyabrın 26-da Federasiya Şurasında bəyənilib. Xatırladaq ki, sənəd yerli özünüidarə orqanlarını məktəbə aid ərazinin müəyyənləşdirilməsi üzrə qanuni səlahiyyətlərlə təmin edir.

Valideynlər əvvəllərdə olduğu kimi öz uşaqları üçün təhsil müəssisələri seçməkdə məhdudiyyətlə üzləşməyəcəklər. Lakin məktəblər, ilk növbədə, ona aid edilmiş ərazidə yaşayanları qəbul etməlidirlər. Rusiya Federasiyasının "Təhsil haqqında" qanununun 16-cı və 31-ci maddələrinə müvafiq dəyişikliklər edilib. 

"Uçitelskaya qazeta"dan
hazırladı: Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov