Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Azərbaycan Texniki Universitetinin tələbələri ABŞ-ın Berkli Kaliforniya Universitetində təhsil ala biləcəklər

 

Son illər Azərbaycan dövlətinin və ölkə başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olan sahələrdən biri də təhsilin səviyyəsinin artırılması, kadrların peşə hazırlığının optimal yüksəldilməsidir. Bu ölkəmizin genişlənən beynəlxalq əməkdaşlıq istiqamətlərindən biri olan və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş tələbə mübadiləsində mühüm rol oynayır.

Son illər bu istiqamətdə bir sıra addımlar atılmış, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" müvafiq sərəncamı gənclərimizin xaricdə təhsil alması, ölkənin elmi-texniki potensialının möhkəmlənməsi prosesində yaxından iştirak etməsi, ən müasir modern texnologiyalara birbaşa çıxışını təmin etmək məqsədini reallaşdırmağa geniş imkan yaratmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" öz növbəsində istedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasına təkan vermişdir.

Müasir dövr regionda şəksiz iqtisadi lider kimi tanınan, inkişaf templərinə görə ən optimist proqnozları belə üstələyən Azərbaycanda xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına mükəmməl yiyələnmiş yüksək hazırlıqlı mütəxəssislərə artan tələbatın ödənilməsini zərurətə çevirmişdir. Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni inkişaf mərhələsində olduğu bir zamanda dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması prioritet məsələlərdən biridir. Ölkəmizdə texniki kadrların hazırlanması sahəsində zəngin təcrübəsi, dünyanın bır sıra nüfuzlu universitetləri ilə geniş beynəlxalq əməkdaşlıq əlaqələri olan Azərbaycan Texniki Universitetinin təkcə ABŞ-da deyil, bütövlükdə  dünyada ən aktual elmi problemlərin tədqiqi sahəsində yüksək göstəriciləri ilə seçilən Berkli Kaliforniya Universiteti ilə bu il sentyabrın 22-də imzaladığı müqavilə bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir.

Müqavilənin bağlanması təşəbbüsü bu ilin mayında Azərbaycan  Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki Universitetinin rəhbər işçiləri və əməkdaşlarından ibarət nümayəndə heyətinin  ABŞ-ın Kaliforniya ştatındakı  Berkli  Universitetinə  səfəri   zamanı   irəli   sürülmüşdür.

Mayın 21-də universitetdə keçirilən görüşdə Azərbaycan  Respublikası tərəfindən rabitə və informasiya texnologiyaları naziri, AMEA-nin həqiqi üzvü, professor Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, RİTN-in əməkdaşları İspəndiyar Əliyev, Ayaz Bayramov, AzTU-nun dosenti Şahnaz Şahbazova və Berkli Kaliforniya Universiteti tərəfindən dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadə, Berkli Kaliforniya Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-kansleri Ron Qronski və universitetin elektrik mühəndisliyi və kompüter bilikləri fakültəsinin dekanı, professor Şankar Sastry arasında dünyanın perspektivli gələcəyi, qitələr, xalqlar və dövlətlər arasında əməkdaşlığın və ünsiyyətin daha da yaxşılaşdırılmasında, habelə qarşılıqlı  anlaşmanın ali prinsiplərinə müvafiq olaraq münasibətlərin elm və təhsil sahəsində   hərtərəfli inkişafi üçün danışıqlar, faydalı və konstruktiv məcrada müzakirələr aparılmışdır. Həmin danışıqlar sentyabrın 22-də Berkli Kaliforniya Universiteti ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və  Azərbaycan Texniki Universiteti  arasında üçtərəfli müqavilənin imzalanması ilə nəticələnmişdir.

Müqavilədə universitetlər arasında fakültə tədqiqatçıları, elmi dərəcəli magistr və tələbələrin təhsili, mədəniyyət və elm mübadiləsinin artırılması üçün formal münasibətlərin yaradılması nəzərdə tutulmuşdur. Bütün xərclər göndərən universitetlər tərəfindən ödəniləcəkdir. Müqavilə 5 il müddətinə bağlanmışdır. Müqaviləyə əsasən mübadilə olunan tələbə iki semestr müddətinə göndərilə bilər. Magistrlər, doktorantlar, gənc alimlər, müəllim  - professor heyəti və tədqiqatçı - vizitorların Berkli Kaliforniya Universitetində ixtisaslaşmaları  Azərbaycanın beynəlxalq səviyyədə təhsil və elm sahələrində yaratdığı əməkdaşlıq tellərində, ələlxüsus da tələbə mübadiləsi prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Məlumat üçün onu da bildirək ki, Azərbaycan Texniki Universiteti Berkli Kaliforniya Universitetinin rəsmi saytında qeyd olunmuş yeganə Cənubi Qafqaz universitetidir. 

Şahnaz ŞAHBAZOVA,
Azərbaycan Texniki Universitetinin dosenti,
Azərbaycan Respublikası Lütfi Zadə adına
Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov