Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

"Coğrafiya bir dünyadır"

 

 Orta məktəb şagirdlərinin ən çox sevdikləri fənlərdən biri coğrafiyadır. Uşaqlarda bu sevgi fənnin maraqlı olması ilə bərabər həm də yaşadığımız dünya, onun çeşid-çeşid ölkələri, dağları, meşələri, dənizləri haqqında bilik verməsi, onları qiyabi olaraq "dünya səyahəti"nə çıxara biməsi ilə bağlıdır. Dekabrın 2-də Bakıdakı 204 nömrəli tam orta məktəbdə coğrafiyadan keçirilən bilik yarışında bunun bir daha şahidi olduq. Yarış üçün maraqlı ad seçilmişdi: "Coğrafiya bir dünyadır". Bu dəfə həmin dünyaya baş vuranlar, bu fənni necə sevdiklərini, necə öyrəndiklərini nümayiş etdirənlər məktəbin VII sinif şagirdləri idi.

Məktəbdə fənlər üzrə müntəzəm keçirilən bilik olimpiadalarından növbəti yarışı bu tədris ocağının məzunu, istedadlı gənc coğrafiya müəllimi Aysel Süleymanova təşkil etmişdi. Yarış kompüterlə virtual formada aparılır, şagirdlər suallara  verdikləri cavabların düz olub-olmadığını əyani olaraq proyektor vasitəsi ilə ekranda görürdülər.

Yarışda məktəbdəki 5 VII sinfin hər birindən bir şagird iştirak edirdi. Onlar siniflər üzrə yarışmanın qalibləri idi. VII "a" sinfini Emil Şıxəliyev, VII "b" sinfini Həsən Qəhrəmanlı, VII "d" sinfini Aynur Osmanlı, VII "ç" sinfini Səidə Sadıqova, VII "c" sinfini isə Fidan Oruczadə təmsil edirdilər. Zalda əyləşən sinif yoldaşları əllərindəki plakatlarla onlara dəstək göstərir, qələbəyə ruhlandırırdılar. İştirakçı şagirdlər zalın önünə düzülmüş stolların arxasında öz yerlərini tutduqdan sonra yarış başlandı. Öncə aparıcı müəllim Aysel Süleymanova yarışın keçirilmə qaydası və şərtləri haqqında məlumat verərək onun 3 turdan ibarət olmasını, birinci iki turda şagirdlərə 15, son turda isə finala çıxmış iki iştirakçının hər birinə 10 sual təqdim olunacağını, daha az bal toplayanların mübarizəni dayandıracağını bildirdi.

Sonra yarışa start verildi. İlk turda iştirakçılara nisbətən asan, lakin dünyanın və Azərbaycanın fiziki coğrafiyasının ən müxtəlif mövzularına və məsələlərinə dair suallar verildi. 15 sualın hər birini cavablandırmaq üçün iştirakçılara 30 saniyə vaxt verilir, onların hər birinin cavabı qeyd olunurdu. I tur başa çatdıqdan sonra müəllim iştirakçıların topladıqları balları elan etdi və onlar ekranda nümayiş olundu. Yoldaşlarına nisbətən daha az bal toplamış Səidə oyunu tərk etməli oldu. II turda suallar bir qədər çətin idi. Bu turda da 150 mümkün baldan (15 sualdan hər birinin düzgün cavabına 10 bal verilirdi) digər iştirakçılardan az - 110  və 120 bal toplamış Həsən və Aynur mübarizəni dayandırmalı oldular.

Finalda Fidan və Emil mübarizə apardı. Onların hər biri 10 sualı cavablandırdı. Fidana nisbətən suallara daha tez və düzgün cavab verib 80 bal toplayan Emil yarışmanın qalibi oldu. Ona qlobus hədiyyə edildi. 

Tədbirin sonunda məktəbin direktoru Ziba Rzayeva çıxış edərək yarışın yaxşı təşkil olunduğunu və şagirdlərin yüksək bilik və hazırlıq nümayiş etdirdiyini bildirdi və Emili qələbə münasibəti ilə təbrik etdi.  Tədbirin təşkilatçısı və aparıcısı olan coğrafiya müəllimi Aysel Süleymanovanın məktəblərində fəal, bacarıqlı müəllim kimi tanındığını qeyd edən direktor onun hələ orta təhsil illərində coğrafiyaya böyük maraq göstərdiyini və onu yaxşı bildiyini, məhz bu səbəbdən də coğrafiya müəllimliyi ixtisasına yiyələndiyini vurğuladı, şagirdlərə öz müəllimlərindən nümunə götürməyi tövsiyə etdi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov