Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - 49

 

"Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda elmi konfrans

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi konfrans keçirilib. "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda elmi konfransda əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir. Tədbiri  giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli açaraq ulu öndər Heydər Əliyevin dünya siyasət tarixində nadir şəxsiyyətlərdən olduğunu vurğulamış, ulu öndərin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, beynəlxalq sferada tanınmasında misilsiz xidmətlərindən danışmışdır. Millət vəkili qeyd etmişdir ki, məhz bu dahi şəxsiyyətin parlaq siyasəti nəticəsində azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilmiş, milli ziyalılıq, milli birlik formalaşmışdır. Dahi öndər Azərbaycanı ən çətin zamanlarda məhv olmaq təhlükəsindən xilas etmiş, ölkənin hərtərəfli inkişafına nail olmuşdur. Heydər Əliyevin məqsədyönlü uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi vurğulandı.

Sonra beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Yusif Hüseynov "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti",  Sosial İdarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Qərib Allahverdiyev "Heydər Əliyev və azərbaycançılıq ideologiyası", Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru Teymur Abbasov "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", universitetin Elmi kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", universitet gənclər təşkilatının sədri, magistr Arzu Abdullayev "Heydər Əliyev və Azərbaycan gəncliyi"  mövzusunda məruzələr etmişlər. Məruzələrdə ümummilli liderin daxili və xarici siyasətinin uğurlarından, Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin tərəqqisindəki əvəzsiz rolundan danışılmışdır. Tədbirin sonunda Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin "Ömür yolu" simfonik poeması əsasında hazırlanmış film nümayiş etdirilmişdir.

M.SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov