Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

İnformatika fənni üzrə təhsil standartlarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edildi

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informatika fənni üzrə respublika ümumtəhsil məktəblərinin V-IX sinifləri üçün "Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi"nə dair fənn müəllimləri üçün müvafiq təlimatların hazırlanmasını təmin etmək məqsədilə təhsil naziri tərəfindən yaradılmış işçi qrupunun növbəti iclası keçirildi. İclasda informatika fənni üzrə V sinif üçün qiymətləndirmə standartlarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər haqqında məlumat verildi.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev informatika üzrə təhsil standartlarının təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin, xüsusən də YUNESKO-nun tövsiyə etdiyi standartların öyrənilməsi və tətbiqi məsələlərinin önəmliliyini vurğuladı. Alim XXI əsrin innovativ təfəkkürə malik müəllimlərində müasir informasiya və digər elmtutumlu mütərəqqi texnologiyalardan istifadə etməklə informasiya-texnoloji mədəniyyətin formalaşmasının mühüm amil olduğunu bildirdi. Bu mədəniyyətin müəllimlərin peşəkar pedaqoji hazırlığı prosesində özünü daha effektiv büruzə verməsinə, onların peşəkar fəaliyyətində yaradıcılıq potensialını reallaşdırmağa imkan verdiyini söylədi. Təkcə müəllimlərdə deyil, həm də gənc kadrlarda informasiya-texnoloji bilik və bacarıqların, təfəkkür və dünyagörüşünün formalaşmasının mühüm şərtlərdən olduğunu qeyd etdi.

Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov şagirdlərin bilik və bacarığının aşkarlanması, xüsusən də şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün innovativ təhsil standartlarının təkmilləşdirilməsinin bu gün təhsil sisteminin qarşısına qoyulmuş başlıca hədəflərdən olduğunu bildirdi. Şöbə müdiri informatika fənni üzrə V sinif üçün təyin olunmuş qiymətləndirmə standartlarının təkmilləşdirilməsi istiqamətində işçi qrupu tərəfindən aparılmış işlər haqqında məlumat verdi.

V sinif dərsliyində "İnformasiya və informasiya prosesləri", "Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma", "Cəmiyyətin informasiyalaşdırılması" bölmələri üzrə təhsil standartlarında edilmiş dəyişikliklər müzakirə olundu, fikir və tövsiyələr səsləndirildi. Yekun olaraq təkmilləşdirilmiş təhsil standartlarının Təhsil Nazirliyinə təqdim olunmasına dair qərar verildi.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov