Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Naxçıvan Müəllimlər İnstitutunda Mirzə İbrahimovun yubileyi qeyd edilib

 

Naxçıvan Müəllimlər İnstitutunda görkəmli yazıçı, publisist, ictimai-siyasi xadim Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açmışdır. Filologiya elmləri doktoru Sədaqət Həsənova çıxış edərək bildirmişdir ki, müasir Azərbaycan ədəbiyyatının təşəkkülündə və inkişafında Mirzə İbrahimovun xidmətləri misilsizdir. Mirzə İbrahimov klassik Azərbaycan ədəbiyyatının ənənələrinə, yaradıcılıq amalına arxalanaraq XX yüzilliyin 60 illik bir dövründə qələm çalan, romanlar, povestlər, hekayələr, dram əsərləri yaradan, fundamental elmi araşdırmalar aparan, Azərbaycanın milli-mədəni inkişafına töhfələr verən dəyərli bir şəxsiyyətdir.

Görkəmli ədibin "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" romanları, "Böyük demokrat", "Böyük şairimiz Sabir" kimi elmi məqalələri, "Pərvizin həyatı", "Mədinənin ürəyi" və sair əsərləri bu gün də bədii-estetik, eləcə də məfkurəvi mahiyyətini qoruyub saxlamaqdadır.

N.Çernışevskinin "Nə etməli?", V.Şekspirin "Kral Lir", "On ikinci gecə və yaxud hər nə istəsəniz", A.Ostrovskinin "Quduz pullar", A.Çexovun "Üç bacı", J.B.Molyerin "Don Juan" kimi dünya şöhrətli, tamaşaçı zövqünün üfüqlərini genişləndirən dahiyanə əsərlərini Azərbaycan dilinə çevirmişdi. Mirzə İbrahimovun həm yaradıcılığı, həm də yetkin şəxsiyyəti Azərbaycan xalqının mənəvi-mədəni sərvətidir.

Sonra ali təhsil ocağının müəllimi Akif İmanlı çıxışında görkəmli ədibin  həyat və yaradıcılığı haqqında, eləcə də onun Azərbaycan ədəbi fikrinin formalaşmasındakı rolundan bəhs etdi. 

Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat xidməti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov