Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

AMİ-də elmi-praktik konfrans

 

Dekabrın 8-də Azərbaycan Müəllimlər İnstitutunda tanınmış ədəbiyyatşünas alim, professor Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Tədris işləri üzrə prorektor Şamil Qasımlı öncə konfrans iştirakçılarını institutun rektoru, millət vəkili, professor A. Naxçıvanlının adından salamladı və bildirdi ki, bu gün yubileyi geniş miqyasda qeyd edilən Abbas Zamanova həsr olunmuş elmi məclisin Azərbaycan Müəllimlər İnstitutunda da keçirilməsi təbiidir. Qeyd edildi ki, Abbas Zamanov görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Türk Dili qurumunun müxbir üzvü, Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru idi. Ən başlıcası isə bütün həyatını xalqımızın tərəqqisinə, ədəbi-mədəni irsinin tədqiqinə və təbliğinə həsr etmiş, milli mənəvi dəyərlərimizi təcəssüm etdirən nadir şəxsiyyət, cəsarətli ictimai xadim idi. Tədbirdə geniş məruzə ilə çıxış edən Bilal Həsənli qeyd etdi ki, Abbas Zamanov elə şəxsiyyətlərdəndir ki, onun elmi, pedaqoji irsi yaşadığı dövrün qarşıya qoyduğu bir çox suallara cavab verməklə yanaşı, XXI əsrin ab-havası, müstəqillik dövrünün amalları, ictimai ideyaları ilə səsləşir. Abbas Zamanovun şəxsi ilə ictimai-pedaqoji, elmi fəaliyyəti, sözü ilə əməlləri arasında bağlılıq, vəhdət vardı, biri digərini üzvi şəkildə tamamlayırdı.

Tədbirdə dosent İsgəndər Orucov, uzun illər Abbas Zamanovla birlikdə çalışmış Bakı Dövlət Universitetinin professoru Qara Namazov və dosent Məhərrəm Vəliyev görkəmli alimin həyat və yaradıcılığından  söhbət açdılar, xoş xatirələrini bölüşdülər. Bildirildi ki, Abbas Zamanovun zəngin elmi irsi, pedaqoji görüşləri bu gün də aktuallığını saxlayır, müəllim və tələbələr, magistr və doktorantlar üçün ən dəyərli məxəz olaraq qalmaqdadır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov