Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Bakı Slavyan Universitetində "Bir günlük xəlifə"

 

Bakı Slavyan Universiteti 13 iyul 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Yaradılan ildən BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və təşkilatçılığı ilə bir çox maraqlı layihələr həyata keçirilmişdir. Bu layihələrdən biri də universitetdə təhsil alan, müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin tələbə özünüidarəçiliyinə, yəni "Bir günlük xəlifə" gününə cəlb olunmasıdır.

Bakı Slavyan Universiteti tələbələrinin müstəqil idarəçilik qabiliyyətinin inkişafına təkan vermək, intellektual səviyyələrini, işgüzar bacarıq və vərdişlərini yoxlamaq, onlar tərəfindən verilən uğurlu təklifləri təhlil edib həyata keçirmək  məqsədilə  bu maraqlı layihə ilk dəfə 2002-ci il dekabrın 13-də gerçəkləşmiş və həmin gün 14 rəhbər vəzifəyə tələbələrin namizədliyi irəli sürülmüşdür. Obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə seçkilər tamamilə tələbələrin öhdəsinə buraxılmış və heç bir rəhbər şəxsin müdaxiləsi olmamışdır. Növbəti "Xəlifə" günləri 2005-ci il 13 may, 2007-ci il 13 aprel,  2009-cu il 13 noyabr tarixlərində həyata keçirilmiş və həmin günlər tələbələrin yaddaşında unudulmaz xatirəyə çevrilmişdir.

Builki "Bir günlük xəlifə" özünüidarəetmə günü 2011-ci il 13 dekabr tarixinə təsadüf etdi. Sentyabr ayından etibarən başlanılan hazırlıqlar artıq başa çatmışdır. Rektorun əmri ilə seçkilərin keçirilmə vaxtı müəyyənləşdirilmiş və "Xəlifə" gününün keçirilməsində bütün  təşkilatçılıq keçmiş "xəlifə"lərdən təşkil olunmuş münsiflər heyəti, Kölgə Kabineti və Tələbə Gənclər Təşkilatına tapşırılmışdır. Tələbələr onlara verilən xüsusi blanka özləri haqqında məlumatı və namizədlik verdikləri vəzifələr haqqında bildiklərini yazmışlar. Buna uyğun olaraq tələbələrin reytinq cədvəli, yəni onların tələbələr arasında nüfuz dərəcəsi müəyyənləşdirilmişdir. Universitetin akt zalında 400-dən çox tələbənin iştirakı ilə seçkilər keçirilmiş və namizədlər müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, budəfəki "Xəlifə" günündə 21 vəzifəyə 153 nəfər tələbə namizədliyini irəli sürmüşdür. Sonra onlar öz aralarında debatlar keçirmiş, platformalarını təqdim etmişlər. Ən maraqlı təklif və ən dolğun platforma ilə çıxış edən 21 tələbə rəhbər icraçı vəzifəsinə seçilmişdir.

Təşkil olunmuş mətbuat konfransında digər "xəlifə"lərlə birlikdə jurnalistləri maraqlandıran suallara cavab verən builki "xəlifə"-rektor BSU-nun jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbəsi Murad Abitov bildirdi: "Bu gün tələbələr daha məsuliyyətli və diqqətli olmalıdırlar. Bu yaşda BSU kimi böyük bir təhsil ocağına rəhbərlik etmək nə qədər şərəfli olsa da, həm də olduqca böyük məsuliyyət tələb edir. Sözügedən layihə bizə bunu daha dərindən, əyani şəkildə dərk etməyə imkan verir. Xəlifəlik dövründə biz həmçinin platformamızda təklif etdiyimiz ideyaları gerçəkləşdirə bilərik və əsas məqsədimiz də elə bundan ibarətdir".

Universitetin tədris işləri, elmi işlər, beynəlxalq əlaqələr, tərbiyə işləri və inzibati işlər üzrə "prorektorları" Əli İsmayılov, Ceyhun Talıbov, Vüsal Əliyev, Nərgiz Kərimova və Elvin Sadıqov bildirdilər ki, məhz bu layihənin Azərbaycanda ilk dəfə olaraq BSU-da həyata keçirilməsi, tələbələrə göstərilən etimad universitetimizi digər universitetlərdən fərqləndirir və tələbələrin özünüidarəçilik qabiliyyətlərinin formalaşmasında mühüm rol oynayır. Gənclər onu da qeyd etdilər ki, biz bu etimadı doğruldacağıq və öz vəzifələrimizin öhdəsindən layiqincə gələcəyik. Qeyd etmək lazımdır ki, onlar iş gününə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət etmiş və ölməz rəhbərimizin BSU-da yerləşən büstü önünə əklillər qoymuşlar.

"Xəlifə" günü Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Pavloviç Mişşenko universitetdə yüksək səviyyədə təşkil olunmuş Ukrayna Dili və Mədəniyyəti Mərkəzində tələbələrlə görüşdü. Görüşdə çıxış edən səfir  bildirdi ki, "Ukrayna ilə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələr yüksək səviyyədə inkişaf edir". A.Mişşenko onu  da qeyd etdi ki, Ukrayna-Azərbaycan əlaqələrinin qurulmasında BSU xüsusi çəkiyə malikdir. "BSU həmişə məni maraqlı və mənalı layihələri ilə təəccübləndirib. Tələbələrinizə yaratdığınız şərait, onlara demokratik dəyərlərə söykənərək göstərdiyiniz etimad diqqətəlayiqdir. İnanıram ki, bu gün inamlı addım atan, müstəqil qərar qəbul etmək bacarığına malik olan bu xəlifələr gələcək işlərində də çətinliklərin öhdəsindən asanlıqla gələcəklər". Görüşün sonunda səfir tələbələrin suallarını cavablandırdı və xəlifələrlə xatirə şəkli  çəkdirdi.

"Xəlifə" günü çərçivəsində bir sıra maraqlı görüşlər də baş tutmuşdur. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşları, "İrəli" İctimai Birliyi və "AGAT" (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Mərkəzi) təşkilatının nümayəndələri ilə görüş tələbələrin xüsusi marağına səbəb olmuşdur. Ötən gün eyni zamanda yazıçı Mövlud Süleymanlı ilə tərcümənin müasir problemləri müzakirə olunub və  professor Rəhilə Qeybullayeva ilə "Arxitip, adaptasiya və plagiat" mövzusunda "dəyirmi masa" keçirilib. Layihə çərçivəsində həmçinin ilahiyyatçı Hacı Şahinlə keçirilən görüşdə müasir dövrdə düzgün dərk edilməyən dini anlayışlara açıqlıq gətirilib. Universitetin akt zalında isə TGT tərəfindən hazırlanmış BSU himninin təqdimat mərasimi də keçirilmişdir. Qeyd edək ki, universitetin foyesində pedaqoji fakültə tələbələrinin əl işlərindən ibarət sərgi hazırlanmış və tələbələrin yaradıcılığı nümayiş etdirilmişdir.

Universitetin II tədris binasında da "Xəlifə günü" maraqlı görüşlərlə yadda qalıb. Belə ki, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin I katibi Floran Potter filologiya fakültəsinin "dekanı" ilə görüşmüş, sonra isə almanşünas tələbələrə "İmmiqrasiya problemləri" mövzusunda mühazirə oxumuşdur.

Universitetin "Bir günlük xəlifə" günü rəhbər vəzifələri icra etmiş tələbələrə Moskva Dövlət Linqvistik Universitetində (Rusiya), Minsk Dövlət Pedaqoji Universitetində (Belarus), Poltava İqtisadiyyat və Ticarət Universitetində (Ukrayna) fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət mərkəzləri, Kiyev Milli Linqvistik Universitetinin TGT-si, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Qırmızı Aypara Cəmiyyəti və digər nüfuzlu müəssisə və təşkilatlar tərəfindən təbrik məktubları daxil olmuş və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik vurğulanmışdır.

Tələbələr "xəlifəlik" etdikləri bir gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilmiş və rəhbər vəzifələri icra edən 21 tələbə gün ərzində öz vəzifələrini məharətlə yerinə yetirməyə çalışmışlar. BSU-da keçirilən layihələrin ən maraqlı və vaciblərindən biri olan "Xəlifə" günü universitetdə gənclərə nə cür etimad göstərilməsindən xəbər verir.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov