Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Təhsil müəssisələrində ulu öndərin xatirəsi yad edilib

 

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin xatirə günü ərəfəsində Bakının Yeni Yasamal yaşayış massivində yerləşən 286 nömrəli tam orta məktəbdə Heydər Əliyev muzeyi yaradılıb. Ulu öndərimizin zəngin həyat yolundan və fəaliyyətindən ayrı-ayrı fraqmentləri, xarici səfərlərindən məqamları əks etdirən fotoşəkillərindən ibarət stendlərin, digər eksponatların, eləcə də Heydər Əliyevin  büstünün nümayiş olunduğu muzey məktəbin veteran müəllimi, yaş senzinin tətbiqi ilə əlaqədar bu il işdən çıxmış Gülmirə Əliyevanın təşəbbüsü ilə açılıb. Muzeyin eksponatlarını da o öz şəxsi vəsaiti ilə əldə edib.

Dekabrın 9-da muzeyin rəsmi açılışı oldu. Bu münasibətlə keçirilən mərasimdə məktəbin müəllimləri ilə bərabər, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, yaxın məktəblərdən qonaqlar da iştirak edirdilər.

Məktəbin direktoru Mübariz Vəliyev muzeyin rəmzi açılışını bildirən qırmızı lenti kəsdikdən sonra bir qrup istedadlı şagird tədbir iştirakçılarını şeir və mahnılarla salamladı. Şagirdlər qısa və maraqlı çıxışlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açdılar. Sonra tədbir iştirakçıları muzeyin eksponatları ilə tanış oldular. Açılış mərasimində çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin direktor müavini Sitarə Məmmədova, Metodik Mərkəzin Yasamal, Səbail və Qaradağ bölməsinin baş metodisti Gülnarə Zeynalabdinova, Bakı şəhər 52 nömrəli tam orta məktəbin direktoru Elmira Ələsgərova, şair publisistlər Maşallah Məftun, Əli Həsən və başqaları çıxış edərək məktəbdə Heydər Əliyev muzeyinin açılmasını yüksək qiymətləndirdilər, bu münasibətlə təhsil ocağının kollektivini təbrik etdilər. Çıxışlarda muzeyin araya-ərsəyə gəlməsində böyük zəhməti olan Gülmirə Əliyevaya minnətdarlıq bildirildi, şagirdlərin ulu öndərimiz Heydər Əliyevin zəngin həyat və fəaliyyəti nümunəsində tərbiyəsində muzeyin mühüm rol oynayacağına inam ifadə olundu, Azərbaycanın müstəqilliyinin bərpa edilməsində və möhkəmləndirilməsində, ölkəmizin inkişafında, dünya dövlətləri tərəfindən tanınmasında ümummilli lider Heydər Əliyevin böyük rolundan söz açıldı.

***

Bakıdakı 54 nömrəli  tam orta məktəbdə ulu öndər Heydər Əliyevə həsr olunmuş "Müdriksən, ucasan, əbədisən qəlbimizdə" adlı anım mərasimi keçirildi. Əvvəlcə tədbir iştirakçıları ulu öndərə həsr olunmuş rəsm sərgisi ilə tanış oldular. Şagirdlərin ifasında Dövlət himni səsləndirildi. Dövlət bayrağı səhnəyə gətirildi. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Sahibə Abbasova açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz işlərdən söz açdı. Bildirdi ki, tarixi şəxsiyyətlər nəsillərin yaddaşında yaratdıqları və həyatda qoyub getdikləri izlərlə əbədiləşir. Ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.

Meydan istedadlı şagirdlərə verildi. Onlar ulu öndəri çox sevdiklərini və ömür boyu bu sevginin tükənməyəcəyini bildirdilər. Şagirdlər ümummilli liderə həsr olunan mahnılar və şeirlər söylədilər.

Çıxış edənlər ulu öndərin həyat yolu, misilsiz xidmətləri haqqında geniş məlumat verdilər.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş filmin nümayişi ilə başa çatdı.

***

Bakıdakı 308 nömrəli orta məktəbdə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım  mərasimi keçirildi. Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar  Teatrının aktyorları, Türkiyədən  gəlmiş bir qrup müəllim və digər qonaqlar  iştirak edirdilər.

Tədbirə başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla  yad edildi və ədəbi-bədii kompozisiya göstərildi.

Məktəbin direktoru  Təranə  Məmmədova  Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətindən danışdı. 

Şagirdlər ulu öndərə həsr olunmuş şeir  söyləyib  və mahnı oxudular. Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Zülfiyyə Alhüseynova, İradə Rəsulova, Aydın Dəmirov və başqaları çıxış etdilər.

Türkiyəli qonaqlardan Muammer Akkuş, Əkrəm Aytar, Yüksəl Sarıkaya və Farruk Seyitxanoğlu tədbirdə iştirak etmələrindən məmnun olduqlarını bildirib,  Azərbaycan dövlətinin  müstəqilliyinin qorunması və möhkəmləndirilməsində  misilsiz xidməti olan Heydər Əliyevin fəaliyyətini  qeyd etdilər.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid videoçarx nümayiş etdirildi.

***

Dekabrın 12-də Bakı Humanitar Kollecində Tələbə Gənclər təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilib. Tədbir kollecin müəllimi Zülfiyyə Dəvəliməhəmmədin ssenari müəllifi və rejissoru olduğu ədəbi kompozisiyası ilə başlayıb. Kollecin direktoru İ.Mahmudov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini  S. Süleymanova və həmin idarənin baş məsləhətçisi  E. Məmmədov   ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən  danışıblar.

Sonra  kollecin tələbələri çıxış edərək ulu öndərin azərbaycançılıq ideyalarına sadiqlik nümayiş etdiriblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən  videoçarx nümayiş etdirilib.

***

Dekabrın 12-də  Azərbaycanın  Milli Qəhrəmanı  E.Tağızadə adına  164 nömrəli tam orta məktəbdə  ulu öndər, dünya şöhrətli siyasətçi  Heydər Əliyevin anım günü keçirildi. Tədbiri giriş  sözü ilə açan məktəbin direktoru  Kəmalə Qədirova  qeyd etdi ki, Heydər Əliyevin  adı və şərəfli həyatı  öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə  xidmətin misilsiz nümunəsi kimi  əsrlər boyu yaşayacaq, Azərbaycanın  indiki və gələcək nəsilləri üçün  əbədi örnək olacaqdır.

Tədbirdə məktəbin tarix müəllimi  F.Nəbiyeva  "Heydər Əliyev müstəqil  Azərbaycanımızın qurucusu, memarıdır" mövzusunda çıxış etdi.

Mərasimdə  şagirdlər  "Heydər babamız", "Sən kökü üstündə bitən çinarsan", "Bir el sevindi" şeirlərini söylədilər.

Sonda Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olundu.

***

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində ulu öndərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Dekabrın 9-da tədris mərkəzinin mühəndis-pedaqoji kollektivi və şagirdlər Heydər Əliyev  guşəsinin önünə toplaşdılar. Mərkəzin direktoru çıxış edərək bildirdi ki, bəşər tarixində elə böyük şəxsiyyətlər var ki, onlar öz ideyaları ilə zamanı qabaqlayırlar. XX əsrdə ulu Tanrı Azərbaycan xalqına dünyanın qüdrətli siyasətçilərindən olan ümummilli liderimiz Heydər Əliyevi bəxş etmişdir.

Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra mərkəzin tədris-istehsalat işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək bildirdi ki, Heydər Əliyev irsi böyük bir məktəbdir, ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunə və örnəkdir. Bu irsi öyrənmək və gələcək nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur.

Tədris  mərkəzinin mühəndis - pedaqoji kollektivi  və şagirdləri ümumrayon tədbirinə qatılaraq Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.

***

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi Şamaxı rayonundakı Meysəri kənd tam orta məktəbində keçirilən  tədbirdə ehtiramla anılıb. Bu barədə məlumat verən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Müşfiq Hümbətov bildirib ki, ulu öndərin anım mərasimində Dövlət himni səsləndirildikdən sonra, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi toplantı iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən məktəbin direktoru Vidadı Hümbətov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq dünya siyasətində onun danılmaz  tarixi dəst-xəttini, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olduğunu, şərəfli ömrünü Vətənə və xalqa həsr etdiyini diqqətə çatdırıb.

Tədbirdə məktəbin tarix müəllimi Mübariz Ağayev "Heydər Əliyev Azərbaycan dövlətinin banisidir" mövzusunda məruzə ilə çıxış edib. O, Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü nəhəng işlərdən danışaraq dünya şöhrətli siyasətçinin layiqli davamçısı Prezident İlham Əliyevin bu yolu uğurla davam etdirərək Azərbaycanda siyasi, sosial- iqtisadi sahədə sürətli inkişafa nail olduğunu qeyd edib.

Sonra məktəbin müəllimləri- Söhbət Rəsulov "Heydər Əliyev və gənclər", Məhəmməd Xasayev "Heydər Əliyevin təhsilə qayğısı" mövzularında çıxış ediblər.

Sonda məktəbin şagirdləri ulu öndərə həsr edilmiş şeirlər söyləyiblər. 

 "Azərbaycan müəllimi"

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov