Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Xarici mətbuat səhifələrində

 

Böyük Britaniyada 3 milyondan çox uşaq kitab oxumur 

Böyük Britaniyada 3,8 milyon uşaq ümumiyyətlə kitab nədir, bilmir. Bu barədə  yaşı 8-16 arasında olan 18 min uşaq arasında keçirilmiş anket sorğusunun nəticələri deməyə əsas verir.  Araşdırmalar göstərib ki, qızlar   oğlanlara nisbətən daha çox kitab oxuyur.  Bir həqiqət təsdiqini tapıb ki, hansı ailədə kitab var, orada uşaqlar kitab oxuyur və daha yaxşı biliklər əldə edirlər. Araşdırmalar nəticəsində məlum olub ki, yeniyetmələrin 19 faizi heç vaxt kitab hədiyyə almayıb, 12 faiz kitab mağazasına getməyib,  7 faiz isə  kitabxanada olmayıb. Böyük  Britaniya yazıçıları və jurnalistlər anket-sorğunun nəticələrini faciə adlandırıblar.  Onlar qeyd ediblər ki, uşaqlar özlərini həyatda ən maraqlı olan məşğuliyyətdən məhrum edirlər.  

 


İsveçli uşaqlar riyazi tapşırıqların öhdəsindən pis gəlirlər 

İsveçdə az savadlı ailələrin uşaqları riyaziyyatdan tapşırıqların öhdəsindən pis gəlir. Bu barədə İsveçdə aparılmış sorğular deməyə əsas verir. Ölkədə  üçüncü sinif şagirdləri arasında keçirilmiş milli testlərin nəticələri göstərib ki, az təhsilli valideynlərin uşaqları, valideynləri ali təhsil almış uşaqlara nisbətən aşağı təhsil göstəricilərinə malikdir. İsveç Təhsil Nazirliyinin açıqlamasına görə, bu fakt riyaziyyat üzrə testlərin nəticələrində özünü daha qabarıq göstərir. Valideynləri orta təhsilə (9 sinif) malik uşaqların 50 faizi  riyaziyyat üzrə tapşırıqların öhdəsindən pis gəlib. Əksinə, valideynləri  gimnaziya və ya ali təhsil almış uşaqların 80 faizi bütün riyazi testləri uğurla  həll edə bilib. 


Belarus Boloniya prosesinə hazırlaşır 

Belarus Avropa ali təhsil məkanına qəbula hazırdır. Bu barədə Boloniya katibliyinin hazırladığı hesabatda qeyd olunur. Bir sıra ekspertlərin və ictimai təşkilatların nümayəndələrinin təmsil olunduğu katiblik hesab edir ki, Boloniya prosesinə daxil olmazdan əvvəl bu ölkədə təhsil islahatları həyata keçirilməlidir. Beləliklə də gələn il aprelin 26-27-də Boloniya bəyannaməsini imzalamış 47 ölkənin təhsil nazirlərinin sammitində Belarusun Avropa  təhsil məkanına inteqrasiyasına dair qərar qəbul olunmalıdır.  Belarus Təhsil Nazirliyi artıq noyabrın 29-da ölkənin Boloniya prosesinə qəbulu üçün tələb olunan rəsmi sənədləri katibliyə göndərib. Belarus təhsil nazirinin müavini Aleksandr Juk hesab edir ki, ölkənin Boloniya prosesinə qoşulması  üçün tələb olunan bütün şərait var. Ölkədə ikipilləli təhsil sistemi mövcuddur. Lakin katiblikdə Belarusun Boloniya prosesinə qəbulu üzrə birmənalı fikir yoxdur. Qeyd olunur ki,  Boloniya prosesinə qoşulmaq üçün Belarus təhsil sistemində struktur dəyişiklikləri həyata keçirilməlidir. Yalnız bundan sonra təhsil nazirlərinin 2015-ci ildə keçiriləcək sammitində bu məsələyə dair müsbət qərar qəbul oluna bilər.   


Ukraynada orta təhsilin yeni standartları hazırlanır 

Bu barədə ölkənin təhsil və elm, gənclər və idman naziri Dmitri Tabaçnik bildirib. Nazir qeyd edib ki, orta təhsilin yeni standartları Ukrayna cəmiyyətinə olduqca çox vacibdir. Tabaçnikə görə, mövcud olan məktəb təhsili standartları 10 ildir ki, qüvvədədir.   "Təbii ki, onlar artıq köhnəlib, buna görə də biz indi yeni standartların yaradılmasına diqqət ayırmışıq" deyən nazir ibtidai məktəblər üçün yeni standartların işlənib hazırlandığını və bu standartlarda bir sıra inqilabi innovasiyaların tətbiq olunduğunu vurğulayıb.  

İnnovasiyalar arasında birinci sinifdən xarici dillərin, ikinci sinifdən isə informatikanın tədrisini göstərmək olar.  Baza və ali məktəblər üçün standartlar üzərində iş davam edir. Nazir yeni təhsil standartlarının ilin sonuna kimi hazır olacağını bildirib. İkinci mərhələdə isə yeni dərsliklər yaradılacaq ki, bu proses 2 il davam edəcək.  


Çində məktəblilər üçün gecə astronomiya dərsi 

Çinin paytaxtı Pekində və Honkonqda yerli məktəblər gecə astronomiya dərsi keçmək qərarına gəliblər. Müəllimlər bununla şagirdləri unikal Ay tutulması ilə daha yaxından tanış etməyə çalışıblar.  Pekin və Honkonqda şagirdlər üçün gecə astronomiya dərsi əsl bayrama çevrilib. Qeyd edək ki, Ay tutulması başa vurmaqda olduğumuz ildə ikinci dəfədir ki, baş verir. Ay tutulması Hindistan, Avstraliya və Şimali Amerikada da müşahidə olunub. İnsanlar bütün gecəni küçə və meydanlarda keçirərək teleskop və binokllar vasitəsi ilə bu təbiət hadisəsini izləyiblər. Qeyd edək ki, növbəti Ay tutulması gələn ilin mayında olacaq.  


İlk uşaq universiteti 

Rusiyanın Kazan şəhərində ilk uşaq universiteti açılıb. Universitet Kazan Volqaboyu Federal Universitetinin təşkilatçılığı ilə yaradılıb. Artıq 8-12 yaşlı 500-ə yaxın tələbə universitetdə təhsil alır.  Bu unikal layihənin əsas məqsədi ilk vaxtlardan uşaqları  yeni şəraitdə həyata hazırlamaq, onlara biliklər verməkdir. Məşğələlər məktəb tətilləri vaxtı bazar günləri keçiriləcək. Uşaqlara pulsuz olaraq mədəniyyət, tarix, filologiya, musiqi, incəsənət, mülki hüquq, arxeologiya və psixologiyanın əsasları öyrədiləcək. Mühazirələri professorlar, siyasət və incəsənət xadimləri oxuyacaq. "Gənc tələbə"lərə tələbə bileti və digər tədris vəsaitləri veriləcək. 

Qeyd edək ki, ilk uşaq universiteti 2002-ci ildə Almaniyanın Tyubingen şəhərində açılıb. Hazırda Almaniya və Hollandiyada  80 şəhərdə uşaq ali məktəbləri fəaliyyət göstərir. Rusiyada bundan əvvəl ilk uşaq universiteti Volqoqrad Dövlət Universiteti nəzdində yaradıılb. 


YouTube yeni təhsil meydançası açıb 

Ötən həftə genişmiqyaslı dizayn tərtibatı həyata keçirən YouTube yeni təhsil meydançası yaradıb. Burada universitetlər və məktəblər üçün 450 mindən artıq təhsil çarxları cəmləşib. YouTube-nin təhsil proqramının rəhbəri Angela Lin qeyd edib ki, YouTube for Schools 3 kateqoriyadan - "İbtidai və orta təhsil", "Fasiləsiz təhsil" və "Universitetlər"dən ibarətdir. Təhsilalanlar yalnız "təhsil" seqmentinə daxil ola bilərlər.  Müəllimlər yuxarıda adıçəkilən kateqoriyalarda öz tədris metodikaları ilə çıxış edə və bütün dünyadan olan həmkarları ilə təcrübə mübadiləsi apara bilərlər.   

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov