Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

"Açıq dərs"də interaktiv təlim metodlarından istifadə olundu

 

Ölkəmizdə   müəllimlərin  İKT sahəsində biliklərinin artırılması istər paytaxtda, istərsə də  əyalət təhsil ocaqlarında  tədrisin  keyfiyyətini yüksəldir. Artıq bu gün hər bir müəllim öz üzərində məsuliyyətlə  çalışır, dərs prosesində yaradıcılıq potensialını qarşıya qoyur. Tədris prosesini İKT-nin tətbiqi ilə quran, dərslərində interaktiv təlim metodlarından  və üsullardan səmərəli  istifadə edən yaradıcı müəllimlərdən  biri də Azərbaycan Milli Konservatoriyası  tərkibində  İncəsənət Gimnaziyasının ibtidai  sinif müəllimi  Leyla  Əsgərovadır.  Dekabrın 9-da 2-ci "b" sinfində onun keçirdiyi "açıq dərs" buna bariz nümunə idi.

2-ci "b" sinfində bütünlüklə  rus dilində aparılan dərsin mövzusu  "Mətn" (Tekst)  idi. Dərs prosesində  əqli  hücum, müqayisə, diskussiya  və s. üsullardan  məharətlə  istifadə olundu   və müəllim  dərsin ilk mərhələsində motivasiyanın yaradılmasına  üstünlük verdi. İKT-dən ustalıqla istifadə olunmaqla dərsin bütün  mərhələlərində müxtəlif mövzuları əhatə edən şəkillər, dialoqlar, cümlələr ikincilərə  elektron lövhədə təqdim olundu.

Leyla müəllim dərsdə iştirak edən 22 şagirdi  əvvəlcə  üç qrupa -"Sünbül","Buğda dənəcikləri" və "Məhsul" qruplarına  böldü. Sonra o, bu gün təhlil olunacaq  mətn barədə  ümumi anlayış yaratmaqla  mətnin hərfi və leksik mənasını uşaqlara anlatdı. Sol və sağ  sırada   qurulan cümlələr müqayisə olundu. İkincilər müəllimin təqdim etdiyi sözlərdə buraxılmış hərfləri  çətinlik çəkmədən tapdılar. Sonra həmin sözləri cümlələrdə işlətdilər. "Cırtdan" nağılının  personajları  əsasında  ikincilər tapşırıq hazırladılar. "Sünbül" qrupunun rəhbəri Gülay Hacılı  çörəyi necə bişirmək  qaydaları barədə danışdı və  sinifdə qoyulan rəmzi təndirə  çörəyi necə yapmağın vacib olduğunu əyani surətdə nümayiş etdirdi. O, müxtəlif çeşidli  undan  hazırlanan   çörək növlərinin  və məmulatlarının adlarını da sadaladı.  Sonra  mövzu ətrafında diskussiya  başlandı.  Sünbüldən buğda alınması, buğdadan unun, undan xəmirin, xəmirdən isə çörəyin ərsəyə gəlməsi barədə sual-cavab şəraitində  məlumatlar  verildi. Lövhədə slaydlar vasitəsilə "Şərikli çörək" filmindən fraqmentlər göstərildi. Leyla müəllimin  məqsədi bu mövzunu qabartmaqla  ikincilərə  çörəyin müqəddəsliyi, onun həyat üçün ən vacib nemət olduğu barədə məlumat vermək idi. "Çörək bol olarsa, basılmaz vətən, çörək ruzidir, bərəkətdir. Hamının borcu bu neməti qorumaqdır", - deməklə  müəllim uşaqlara  çörəyi sevməyi, onu dəyərləndirməyi, qədrini bilməyi aşıladı. Uşaqlar da, öz növbələrində, çörək haqqında söylədikləri müdrik kəlamları səsləndirdilər.

"Buğda dənəcikləri" qrupunda isə  Nuray Quliyeva  x  hərfi ilə başlayan mətn haqqında topladığı  məlumatları təhlil etdi. O, Xarı bülbül haqqında ətraflı və geniş məlumat verdi.  Xarı bülbülün  harada, hansı coğrafi və iqlim şəraitində bitdiyi  və böyüdüyü  barədə danışdı. Sonra slaydlarla Şuşa dağlarında bitən, füsunkar və əsrarəngiz gözəlliyi ilə hamını heyran qoyan  Xarı bülbül  nümayiş olundu.  Bu gözəl çiçəyin vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan  Qarabağın, Şuşanın  rəmzi olduğu səsləndirildi. Dərs prosesində  x hərfi ilə başlanan şəhər və rayon adlarının yazılış qaydaları müzakirə olundu. Slaydda  bu dərsdə yeni öyrədilən x  hərfi ilə başlanan  söz birləşmələri verildi və mətndəki  hər cümləni bir uşaq oxudu, sonra isə  mətnə aid verilən suallar cavablandırıldı. İkincilər  onlara verilmiş sözlərin əks mənalarını  tapdılar.  Tapılan sözlərin  birinci hərfindən  vertikal şəkildə yeni bir söz alındı. Bu söz  insanın yaxşı keyfiyyətlərindən  biri idi. Leyla  Əsgərovanın  uşaqlara müraciətlə Xocalı şəhərini tanıyırsınızmı - sualına uşaqlar xorla cavab verdilər: - Bəli!  Lövhədə Xocalı hadisələri, o dəhşətli gün xatırlandı. "Qarabağ şikəstəsi" səsləndirildi.  Düşmən tapdağı altında qalan Qarabağ haqqında şeirlər, bayatılar söylənildi. Sonra isə simvolik olaraq Azərbaycanın gerbi  nümayiş olundu.

"Məhsul" qrupunda   "Auksion" oyunu  keçirildi. Uşaqlara "Çörək haqqında nə bilirsən?" adlı mətn verildi. Onlar çörək sözündə neçə  hərf, səs, heca, sait və neçə samit olduğunu öyrəndilər. Sözün mənasını öyrənmək üçün  müəllimin verdiyi  lüğətdən də  istifadə etdilər. Sonra  "Nənə təndirə çörək yapır" şəkli üzrə uşaqlara tapşırıqlar verildi. Şəkillərə baxıb  cümlələr qurdular. Maraqlı fikirlər irəli sürdülər. Cümlədə mübtəda və xəbəri ayırd etdilər. Uşaqlar yeni öyrəndikləri  bilikləri, əldə etdikləri informasiyanı  yaradıcı şəkildə  tətbiq etmək məqsədilə bir neçə   tapşırıq həll etdilər.

Leyla müəllim  dərsdə  qiymətləndirməni hər qrup üçün meyar cədvəlinə  əsasən   həyata keçirməklə dərsin bütün mərhələlərində  qiymətləndirmə apardı. Ən maraqlısı bu idi ki, bu prosesi də ikincilər özləri  həyata keçirirdilər. Bununla onlar biliyi  qiymətləndirmək  bacarığına  da yiyələnirdilər. Uşaqlar üçün özünüqiymətləndirmə əslində özünənəzarət  vasitəsi rolunu oynadı.  Dərs sona  çatdıqdan sonra müzakirələr başlandı.  Leyla müəllim  uşaqların fəallığını qiymətləndirdi.  Verilən tapşırıqların öhdəsindən bacarıqla gələn  "Buğda dənəcikləri" qrupu qalib adını qazandı.  Dərsi dinləyən məktəbin direktoru  Mahizər Şabanbəyova və müavinləri  Əlvan Səfərov, Sevinc Tahirova  Leyla Əsgərovanın  keçdiyi  "açıq dərs"i  yüksək dəyərləndirərək müəllimin  interaktiv təlim  metodlarından   ustalıqla istifadə etdiyini bildirdilər. Qeyd etdilər ki,  BİBÖ, Venn diaqramı, klaster, auksion,  söz assosiasiyası, rollu oyunlar və s. kimi yeni təlim  üsulları ilə keçilən  dərslər daha yaxşı qavranılır və şagirdlərin marağına səbəb olur. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov