Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

ADU-da Çinşünaslıq ixtisası açılacaq

 

Dekabrın 9-da ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Çin Xalq Respublikasının  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Yannyan ilə görüşüb. O, diplomatik missiyasını başa çatdıran səfirin  Azərbaycan-Çin münasibətlərinin inkişafında  rolunu yüksək qiymətləndirdi. Rektor Səməd Seyidov Çin universitetləri ilə Azərbaycan Dillər Universitetinin çox səmərəli əməkdaşlıq etdiyini bildirdi. Rektor növbəti tədris ilindən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Çinşünaslıq ixtisasının açılmasının nəzərdə tutulduğunu deyərək fakültədə Çin dilinin tədris olunacağını bildirdi. Bu məqsədlə Çindən mütəxəssis müəllimlərin dəvət olunmasını istisna etmədi. Bu istiqamətdə universitetlərinin Çinin bir sıra mədəniyyət mərkəzləri, institutları ilə əməkdaşlıqda, birgə əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirdi. ADU-da dünyanın aparıcı ölkələrinin dil və mədəniyyət mərkəzlərinin olduğunu deyən Səməd Seyidov  ali təhsil ocağında Çin mərkəzinin açılacağını da vurğuladı.

Səfir Çjan Yannyan ADU ilə Çin universitetləri arasında əlaqələrdən danışaraq universitetlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. Bu əlaqələrin davam və inkişaf etdirilməsinə inamını ifadə etdi. O, yeni səfirin də bu istiqamətdə fəaliyyət göstərəcəyinə ümid etdiyini söylədi. Vətəninə qayıtdıqdan sonra Çinin nüfuzlu universitetlərindən birində mühazirə oxuyacağını bildirən səfir Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığı davam etdirmək arzusunu da dilə gətirdi.

Görüşün sonunda səfir Çjan Yannyan ADU-ya xatirə hədiyyəsi təqdim etdi.   

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov