Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Azərbaycanın təhsil nazirləri

Musa İsgəndər oğlu Ağayev

 

Musa İsgəndər oğlu Ağayev 1914-cü ildə Şuşa şəhərində anadan olub.

Atası Ağayev İsgəndər Məlik oğlu əslən Xəlfəli kəndindən olub. Öz torpağı olmadığına görə çobanlıq edib. Anası Ağayeva Natəvan evdar qadın olub. 1916-cı ildə ailəsi Bərdəyə köçərək, Lənbəran kəndində məskunlaşıb.

1917-ci ildə hər iki valideyni rəhmətə gedib. Onların ölümündən sonra 3 yaşlı Musanı qardaşı tərbiyə edib. 1924-cü ilə qədər təsərrüfat işlərində qardaşına kömək edib. 1924-cü ildən təhsil almağa başlayıb. İlk təhsilini Bərdədə alıb. 1930-cu ildə təhsilini davam etdirmək məqsədilə Bakıya gəlib, Stalin adına fəhlə fakültəsinə daxil olub. Təhsilini başa vurana qədər dövlət təqaüdü alıb və yataqxanada yaşayıb. 1933-cü ildə fəhlə fakültəsini bitirib, Məşədi Əzizbəyov adına Azərbaycan Qırmızı Bayraqlı Sənaye İnstitutunun neft mədəni fakültəsinə qəbul olub. İnstitut illərində də dövlət təqaüdü alıb.

1938-ci ildə neftci-mühəndis ixtisası üzrə neft sənayesi sahəsində əmək fəaliyyətinə başlayıb. O, əvvəlcə neftçıxarma ustası, quyuların tədqiqi və işlədilməsi üzrə mühəndis, sonra isə "Azneft" Birliyi normativ-tədqiqat qrupunun baş mühəndisi vəzifələrində işləyib. Böyük Vətən müharibəsi illərində Qazaxıstan SSR-in neft sənayesində çalışıb.

1946-cı ildən 1961-ci ilədək rəhbər partiya işində çalışmış Musa Ağayev əvvəlcə Bakı Şəhər Partiya Komitəsi Aparatında işləyib, 1957-ci ildə Azərbaycan KP Kirov Rayon Komitəsinin birinci katibi seçilib.

1961-1964-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinə başçılıq edib. Texniki peşə təhsili sisteminin inkişafı və təkmilləşdirilməsi, kadrların təhsili və tərbiyəsi ilə əlaqədar vəzifələri uğurla yerinə yetirib.

Vətən qarşısındakı xidmətlərinə görə "Şərəf nişanı" ordeni, "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalı ilə təltif olunub. O, Azərbaycan SSR Ali Soveti və Bakı Şəhər Sovetinə deputat, Bakı Partiya Komitəsinə üzv seçilib.

Musa Ağayev 1965-ci ilin avqustunda dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.

***

1964-1965-ci illərdə Respublika Texniki Peşə Təhsili Komitəsinin sədrini Həsən Salman oğlu Ağayev əvəz edib. O, qısa müddət bu vəzifədə çalışmasına baxmayaraq, texniki peşə təhsilinin inkişafı üçün səy və bacarığını əsirgəməyib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov