Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Bölgələrdən xəbərlər

 

Yüksək qayğıya görə minnətdarlıq edirlər 

Ağstafa RTŞ-dan bildirirlər ki, 2011-2012-ci dərs ilində dövlət vəsaiti hesabına rayonun Tatlı kənd tam orta məktəbi üçün 220 yerlik, Düzqışlaq kəndində isə 180 şagird yerlik məktəb binasının tikintisinə başlanılıb.

Müasir tələblərə cavab verəcək Tatlı kənd tam orta məktəbinin tikintisi  "Çinar" MMC, Düzqışlaq kənd tam orta məktəbinin binasının inşası isə "Fərid" MMC  tərəfindən aparılır. 

Hər iki binanın gələn il istifadəyə veriləcəyi nəzərdə tutulub.

Bundan əlavə, rayonda 105 yerlik körpələr evi-uşaq bağçasının da tikintisinə başlanılıb.

Hər üç təhsil müəssisəsinin pedaqoji kollektivi və kənd sakinləri bu yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.  

Elmi-praktik konfrans 

Yevlax ŞTŞ Metodmərkəzinin direktoru Xaləddin Niftəliyevin redaksiyamıza ünvanladığı məlumatda bildirilir ki, bu günlərdə təhsil şöbəsinin akt zalında "Təhsil dövlətin prioritet sahəsidir" adlı elmi-praktik konfrans keçirilib. 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi illiyinə həsr olunan konfransı Yevlax ŞTŞ-ın müdiri Raquf Mirzəyev giriş sözü ilə açaraq bu müddət ərzində ölkədə qazanılan möhtəşəm uğurlardan bəhs edib. Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən sənədli filmə tamaşa ediblər. Elmi-praktik konfransda şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Əmiraslan Bəşirov, Nemətabad kənd tam orta məktəbin tarix müəllimi Nuridə Fərzəliyeva, Aran qəsəbə 2 nömrəli tam orta məktəbin tarix müəllimi Eldəniz Tağıyev, Hacıselli kənd tam orta məktəbin müəllimi Sürmə Allahverdiyeva çıxış ediblər.

Elmi-praktik konfransın sonunda Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Q.Qaraşov yekun nitqi ilə çıxış edib.

Festivala yekun vurulub 

Mingəçevir Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ədalət Quliyevdən aldığımız məlumatda bildirilir ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Ümumrespublika Festivalında mərkəzin "Dram" dərnəyinin üzvləri də iştirak edib. İyul ayında start götürən festivalın məqsədi gənc və yetişməkdə olan nəslə Vətən sevgisi, ulu əcdadlarımızın bizə miras qoyub getdiyi ana torpağımızı göz bəbəyi kimi qorumağı, mübariz, vətənpərvər olmağı aşılamaq idi.

Layihəyə Bakı şəhərindən 8 və bölgələrdən 4 komanda qoşulmuşdu.

Kollektivlərin hazırladıqları tamaşalar 28-30 noyabr tarixlərində nümayiş etdirilib. Mingəçevir Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin "Dram" dərnəyinin üzvləri  festivalın "Ən yaxşı tamaşa" nominasiyasında III yerə layiq görülərək  diplom və mükafatla təltif olunublar. 

Zaqatalada məktəb tikintisi vüsət alıb 

Təhsil Nazirliyinin vəsaiti hesabına rayonun Zəyəm kəndində tam orta məktəb üçün yeni bina inşa edilir. Bu təhsil müəssisəsi 180 şagird yerlikdir.  Müasir tələblərə cavab verəcək  məktəbdə 9 sinif otağı, kimya və fizika laboratoriyası, kompüter otağı, idman zalı və bufet fəaliyyət göstərəcək.

Rayonun Muxax kəndində isə cari dərs ilində təməli qoyulan E.Feyziyev adına 3 nömrəli ümumi orta məktəbin binasının tikintisi başa çatmaq üzrədir. Yeni məktəb binası Zaqatala Rayon İcra Hakimiyyətinin xətti ilə tikilir. Bu təhsil müəssisəsi 80 şagird yerlikdir. Yeddi sinif otağı, kimya və fizika laboratoriyası, kompüter otağı, idman zalı olacaq məktəb ən yeni avadanlıqlarla təchiz ediləcək.

Eyni zamanda şəhərin yeni yaşayış massivində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 50 yerlik məktəbəqədər tərbiyə müəssisəsinin tikintisinə də başlanılıb. 

Hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov