Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə

 

Bu günlərdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli xüsusi internat-məktəbdə "İnkişaf və İnkluziya üçün idman" layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbir keçirildi.

Mərasim iştirakçılarını salamlayan məktəbin direktoru Tanrıverdi Əliyev qonaqları - Bakı Tennis Akademiyasının aparıcı idmançıları, dördqat Azərbaycan çempionu Kamilə Fərhadı, çempionatın ikincisi olan Ayxan Manaflını və onların məşqçisi İrakliy Uşanqişvilini, Britaniya mütəxəssisləri tərəfindən təlim keçmiş və bu layihənin aparıcı idman mütəxəssisləri Vəli Musayevi və Emil Qaybalıyevi uşaqlara təqdim etdi. O bildirdi ki, bu idman mütəxəssisləri 1 nömrəli internat-məktəbdən Nurəddin Tağıyev, Füzuli Rzayev və Bayram Allahverdiyev, 3 nömrəli internat-məktəbdən isə Günay Ağayeva, Vüsalə Həsənova, Gülnar Hüseynova və ümumilikdə 50 nəfər fiziki tərbiyə müəllimi və tərbiyəçilər üçün bir ildir ki, müasir təlim kursları keçiblər. Artıq onlar da hər iki məktəbdə aparıcı təlimçilər kimi çalışır və uşaqların cəmiyyətə qatılması üçün uğurlu fəaliyyət göstərirlər.

Sonra Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar üzrə mütəxəssisi Mehman Kərimov "İnkişaf və İnkluziya üçün idman" layihəsinin əhəmiyyətindən danışaraq bildirdi ki, idman yalnız əmək qabiliyyətli insanların deyil, eyni zamanda sağlamlıq imkanları məhdud olan insanların da inkişaf və inkluziya prosesinə töhfə verməsinə imkan yaradan nadir xüsusiyyətlərə malikdir.

Qeyd edildi ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi,  "İnkişaf naminə idman" İctimai Birliyinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını dəyişmək üçün idman, bədən tərbiyəsi və oyunların gücündən istifadə etmək məqsədi daşıyan "İnkişaf və İnkluziya üçün idman" layihəsi hazırlanıb. Odur ki, idman və bədən tərbiyəsini digər qeyri-idman bacarıqları - sosial bacarıqların inkişafı komponentləri ilə birləşdirərək bu layihə çərçivəsində nəzərdə tutulmuş Bakı şəhər 1 və 3 nömrəli xüsusi internat müəssisələrində uşaqların bacarıqlarını gücləndirmək, fərdi potensiallarını üzə çıxarmaq, o cümlədən onların cəmiyyətə inteqrasiya olunmaq imkanlarını genişləndirməyə çalışmaqdır.

Həmin gün Bakı Tennis Akademiyasının aparıcı idmançıları və onların məşqçiləri 1 və 3 nömrəli xüsusi internat-məktəblərin uşaqları üçün xüsusi ustad dərsi (tennis üzrə açıq dərs) keçdilər. Bu oyunun incəliklərini onlara başa saldılar. Tennisə maraq göstərən hər bir uşaqla oyun nümayiş etdirdilər.

Sonda 3 nömrəli internat-məktəbdə olduğu kimi, 1 nömrəli internat-məktəbdə də tennis dərnəyi yaradıldı və ən perspektivli 7 uşaq seçilərək dərnəyə üzv yazıldı. Həmin uşaqlarla sözugedən layihəyə əsasən gündəlik məşqlərdən əlavə aparıcı tennis mütəxəssisləri tərəfindən vaxtaşırı məşqlər aparılması nəzərdə tutulur. O da qeyd edildi ki, yazda 1 və 3 nömrəli internat-məktəbləri arasında tennis yarışları keçiriləcək, qalib komanda mükafatlandırılacaq. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov