Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Naxçıvanın turizminə həsr olunan ilk kitab

 

Ölkəmizdə turizmin inkişaf etdirilməsi, onun iqtisadi-sosial və mədəni həyatdakı rolunun öyrənilməsi müasir dövr reallıqları baxımından mühüm əhəmiyyət kəsb edir. Turizmin ayrı-ayrı regionların iqtisadi inkişafındakı rolu bir çox inkişaf etmiş ölkələrin təcrübəsində öz təsdiqini tapmış, bu barədə çoxlu məqalələr, elmi əsərlər yazılmışdır.

Azərbaycanın zəngin turizm ehtiyatları, milli qonaqpərvərliyi və genişlənən turizm infrastrukturu ölkəmizin bütün regionlarında turizm sənayesinin inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradır. Bu baxımdan turizmə dair nəzəri məsələlərlə yanaşı, onun inkişaf etdirilə biləcəyi hər bir regionun özünəməxsus xüsusiyyətlərinin də nəzərə alınması ilə tədqiqatlar aparılması 2011-ci "Turizm ili"ndə qarşıya qoyulmuş mühüm məsələlərdəndir. Naxçıvan Dövlət Universitetinin əməkdaşları, Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının həqiqi üzvləri, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev və iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun bu il Rusiyanın Novosibirsk şəhərində işıq üzü görmüş "Turizm i sovremennost:  Naxçıvanskaya Avtonomnaya Respublika, Azerbaydjan" adlı kitabı istər ölkəmiz, istərsə də rusdilli oxucular arasında maraqla qarşılanmışdır. 

Kitab dörd bölmədən ibarətdir. Birinci bölmə Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu, etnik turizmin bu baxımdan əhəmiyyəti, Azərbaycanla Rusiyanın müasir iqtisadi-mədəni əlaqələri, ikinci bölmə turizm və humanitar inkişafa dair olub, gəncliyin inkişafı və muxtar respublikada dini turizmin inkişafı, üçüncü bölmə turizm və regional inkişafa həsr olunub, ölkəmizin regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mineral və müalicə turizminin inkişafına və qeyri-neft sektorunda turizmin rolu məsələlərinə həsr olunmuşdur. Kitabın dördüncü bölməsində Azərbaycan Respublikasının Turizm Qanunu  və Ümumdünya Turizm Təşkilatının dünya turizminin inkişafına dair qəbul etdiyi mühüm sənədlər verilmişdir.

Kitabda qələmə alınmış mövzulara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatlarının fotoşəkillərindən ibarət illüstrasiyalar da verilmişdir.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov