Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

AMİ-nin Zaqatala filialında oxucular konfransı keçirilib

 

Noyabrın 30-da AMİ-nin Zaqatala filialında Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyi çərçivəsində oxucular konfransı keçirildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tovuz Eminli görkəmli sənətkar Mirzə İbrahimovun yubileyinin təntənəli şəkildə qeyd olunmasının əhəmiyyətindən və onun yaradıcılığına ümummilli liderimiz Heydər Əliyevin son dərəcə diqqət və qayğı göstərdiyindən danışmışdır.

Ölkəmizdə sənətə və sənətkara verilən qiymətin müstəqillik illərində möhtərəm Prezidentimizin gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilməsi məruzələrdə dönə-dönə vurğulanmışdır. Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həşim İsmayılov bənzərsiz sənətkarlıq məziyyətləri ilə ədəbiyyatımızın fövqündə duran yazıçını hələ sovet dönəmində dilimizin ölməz cəfakeşi kimi qiymətləndirmiş, yaradıcılığının və bioqrafiyasının bütün məqamlarına aydınlıq gətirmişdir.

Humanitar fənlər və tədrisi metodikası kafedrasının baş müəllimi, ədəbiyyatşünas-pedaqoq Sabir Qurbanovun "Nəsrimizin bayraqdar övladı" mövzusundakı məruzəsində böyük sənətə "Gələcək gün" kimi möhtəşəm əsərlə gələn M.İbrahimovun milyonların sevə-sevə tamaşa etdiyi "Böyük dayaq" kinofilmindən, çoxsaylı dram əsərlərindən, Cənub silsiləsindən olan məşhur hekayələrindən, habelə ustadın poeziya yaradıcılığından konkret epizodlarla söhbət açılmış, çoxlarının qibtə etdiyi unikal sənətkarlıq keyfiyyətlərinin bir yazıçıda birləşməsinin  möcüzə kimi qiymətləndirilməsinin iftixar doğurduğu bildirilmişdir. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Aygül Yusibova Mirzə İbrahimovu yüksək ziyalı, kamil pedaqoq, əsl tərcüməçi, şöhrətli akademik, tanınmış dövlət xadimi kimi səciyyələndirmişdir.

Tədbirin ikinci hissəsində tələbələr arasında "Ən yaxşı oxucu" müsabiqəsi keçirilmişdir. Ədibin "Böyük dayaq", "Pərvanə" romanları, "Kəndli qızı", "Madrid" pyesləri, "Közərən ocaqlar", "Azad" hekayələri, C.Məmmədquluzadə yaradıcılığına həsr olunmuş monoqrafiyası haqqında təəssüratlar dinlənilmişdir.Tələbələrdən Əhməd İsmayılov, Fərid Əzimov, Nahidə Məmmədzadə, Elnarə Manaflı, Rauf Verdiyev və b. müxtəlif həvəsləndirici yerləri tutmuşlar. I kurs tələbəsi Sevinc Məmmədovanın böyük sənətkara həsr etdiyi şeiri maraqla qarşılanmışdır.

Orijinal çıxışı, yazıçının roman yaradıcılığına fərdi münasibəti, "Böyük dayaq" romanından çıxan ideyaya yanaşma üsulu ilə III kurs tələbəsi Həyat Mahmudova müsabiqənin qalibi hesab olunmuşdur.

Tədbirin sonunda fərqlənənlərə müxtəlif növ mükafatlar təqdim olunmuşdur.  

Vüsalə  HƏMZƏYEVA,
AMİ-nin Zaqatala filialının tədris-tələbə şöbəsinin əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov