Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması Əmrində dəyişikliklərin edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Elektron tədris resurslarının qiymətləndirilməsi şurası əmrində edilən dəyişikliklərin nəzərə alınması məqsədi ilə 

ƏMR EDİRƏM: 

Nazirliyin 1421 nömrəli, 21 dekabr 2009-cu il tarixli Əmri ilə təsdiq edilmiş "Elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması barədə" Əmrində edilən dəyişikliklər nəzərə alınsın  

1. Qiymətləndirməyə təqdim olunmuş elektron tədris resurslarının təhsil sisteminin tələbləri baxımından təhsil müəssisələrində real tədris prosesində  sınaqdan keçirilməsi üçün aprobasiyası təşkil edilsin.

2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):

2.1. Elektron tədris resurslarının real tədris prosesində sınaqdan keçirilməsi və qiymətləndirilməsi  üçün təhsil müəssisələrini və aprobasiya prosesinin icraçılarının müəyyən edilməsi üçün müvafiq tədbirlər görsün.

2.2. Bütün aprobasiya iştirakçılarının fəaliyyətinin koordinasiyasını təmin etsin. Aprobasiya  iştirakçılarını aprobasiyanın keçirilməsi üçün lazım olan tədris-metodiki vəsaitlər və  zəruri  tədris proqramları ilə təmin etsin.

2.3. Aprobasiya olunacaq elektron tədris resurslarının siyahısını, aprobasiyanın mərhələlərini,  müddətini müəyyən etsin və aprobasiya olunan məhsul haqqında yekun rəyin hazırlanmasını təmin etsin.

3. Elektron  tədris resurslarının aprobasiyasının təşkili haqqında  Əsasnamə təsdiq  edilsin (1 saylı Əlavə). 

4. Elektron tədris resurslarının aprobasiyasının  metodikası təsdiq edilsin  (2 saylı Əlavə).

5. Elektron tədris resurslarının aprobasiyası haqqında icraçının yekun hesabatının ümumi forması təsdiq edilsin (3 saylı Əlavə).

6. Elektron  tədris resurslarının təhvil-təslim aktının forması təsdiq edilsin (4 saylı Əlavə).

7. Elektron tədris resurslarının mümkün formatları təsdiq edilsin (5 saylı Əlavə).

8. Elektron tədris resurslarının istifadəsi haqqında Lisenziya Razılaşmasının nümunəvi forması təsdiq edilsin (6 saylı Əlavə).

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını və Təhsil Nazirliyinin rəsmi  İnternet saytında yerləşdirilməsini təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 dekabr 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov