Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Təhsil naziri valideyn-müəllim assosiasiyalarının üzvləri ilə görüşüb

 

Dekabrın 17-də təhsil naziri Misir Mərdanov valideyn, müəllim və ictimaiyyət nümayəndələri ilə görüşüb. "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Təhsil Nazirliyində keçirilən görüşdə Bakı, İsmayıllı, Lənkəran və digər bölgələrdən olan 200-dək VMA üzvü valideyn, müəllim, məktəb rəhbəri və ictimaiyyət nümayəndəsi iştirak edirdi.

Məqsədi valideynlərlə müəllimlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına və təhsillə bağlı bəzi problemlərin həllinə dəstək vermək olan görüşü təhsil naziri Misir Mərdanov açaraq   zala toplaşanları salamladı, qarşıdan gələn bayramlar - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə onları təbrik etdi.  Son iki ildə VMA üzvləri ilə vaxtaşırı keçirilən görüşlərin faydalı olduğunu söyləyən təhsil naziri cəmiyyətin, valideynlərin təhsildə və tərbiyədə həlledici amil sayıldığını, bu baxımdan ölkədə təhsil siyasətinin düzgün aparılmasında onların fikirlərinin, arzu və təkliflərinin nəzərə alınmasının vacibliyini vurğuladı. Bildirdi ki,  2011-ci ildə ölkə üzrə keçirilmiş Milli qiymətləndirmə zamanı valideynlərin fikirlərini öyrənmək üçün onlarla sorğular aparılmışdır. Lakin təhsil naziri bu işi daha da genişləndirməyin zəruri olduğunu bildirdi. Qeyd etdi ki, təhsilin müəyyən səviyyələri və pillələrində həyata keçirilən işlər, xüsusən də dərsliklərin vəziyyəti, müəllim hazırlığı və digər məsələlərlə bağlı valideynlərin, ictimaiyyət nümayəndələrinin fikirlərinin öyrənilməsi üçün müxtəlif sorğuların keçirilməsi və onların nəticələrinin təhlili əsasında təhsil sistemində bəzi korreksiya işlərinin aparılması faydalı olardı.

Sonra təhsil naziri Misir Mərdanov ictimaiyyət tərəfindən təhsil sahəsi ilə bağlı qaldırılan və Azərbaycan Milli VMA-da ümumiləşdirilərək ona təqdim edilən məsələlərə münasibətini bildirdi. Həmin  məsələlərin 6 sualdan ibarət olduğunu diqqətə çatdıran nazir onların hər biri üzərində ayrıca dayandı.

Öncə kurikulumların  çox mürəkkəb olması ilə bağlı birinci məsələyə münasibətini bildirən nazir bu fikirdə həqiqət olduğunu, kurikulumlarda müvafiq sadələşdirmə və təkmilləşdirmə işlərinin aparılması üçün artıq müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırdı. Təhsil naziri kurikulumların mürəkkəbliyinin səbəblərindən danışarkən bunu, ilk növbədə, təhsilimizdə yeni anlayış olması ilə əlaqələndirdi. Bildirdi ki, son illər aparılan müvafiq izahat, öyrədici tədbirlər nəticəsində bir neçə il öncə, hətta tələffüz edilməsi belə çətinlik törədən kurikulum anlayışının mahiyyəti hazırda təhsil sistemində çalışanların demək olar ki, hamısı tərəfindən düzgün başa düşülür. Bununla yanaşı, nazir təkcə kurikulumlarda deyil, ümumiyyətlə təhsilin məzmununda, xüsusən də yuxarı siniflərin dərsliklərində xeyli mürəkkəbliyin və lüzumsuz ağırlaşdırmaların hələ qaldığını, bunların aradan qaldırılması üçün müvafiq işlərin aparıldığını söylədi.

Təhsil naziri ona təqdim olunmuş sualların ikincisinə - valideynlərin kurikulum prosesi haqqında az məlumatlı olmasına münasibət bildirərək bunu da müəyyən mənada təbii hal saydığını dedi. Qeyd etdi ki, bu da, ilk növbədə, kurikulumların yeni olması ilə bağlıdır. Son 4 ildə əsas diqqət ibtidai siniflərin hər birində işləyən təxminən 10 min müəllimin kurikulum sənədi və onun məzmunu ilə tanış edilməsinə yönəldilib, bu məqsədlə təlim kursları təşkil olunub. Həmin müəllimlərin artıq kurikulumları bildiyini deyən nazir valideynlərin bu barədə kifayət qədər məlumatının olmamasını təəssüf doğuran hal saydı və bunun bir səbəbinin valideynlərin məktəblə zəif əlaqə saxlamasında gördüyünü söylədi. Nazir bildirdi ki, valideynlərin kurikulum haqqında zəruri bilik və məlumatlar ala bilməsi üçün təkcə məktəb müəllimlərinin gücü kifayət deyil. Bunun üçün xüsusi televiziya kanalının açılmasına, İnternet vasitəsi ilə maarifləndirici məlumatların yayılmasına ehtiyac vardır. Bu məsələ üzərində düşündüklərini  deyən təhsil naziri həmin məqsədlə tez-tez valideynlərlə görüşlərin keçirilməsini də məqbul hesab etdiyini bildirdi.

Milli VMA tərəfindən təklif olunmuş digər bir məsələ buraxılış imtahanlarında fənn sayının çox olması ilə bağlı idi. Təhsil naziri bu fikirlə də razı olduqlarını və bu barədə düşündüklərini, gələcək illərdə bu istiqamətdə çox ciddi addımlar atmağa hazırlaşdıqlarını, lakin hələlik bunun mümkün olmadığını, imtahanlara salınmış 8 fənnin hamısının təlimdə vacib sayıldığını bildirdi. Nazir onu da diqqətə çatdırdı ki, gələcəkdə tam orta təhsilin təmayüllər üzrə təşkilinə keçirildikdən sonra bu istiqamətdə addımlar atmaq, riyaziyyat və ana dilindən imtahanları bütün siniflərdə saxlamaqla digər imtahan fənlərini təmayül fənlərindən seçmək imkanına baxıla bilər.

Dərs vəsaitləri və komplektləşdirici hissələrinin çox olması ilə bağlı növbəti suala aydınlıq gətirən nazir burda söhbətin əsasən şagirdlər üçün iş dəftərindən getdiyini, bu məsələnin onları da çoxdan maraqlandırdığını bildirdi.  Diqqətə çatdırdı ki, yerlərdən edilən çoxsaylı müraciətlər, valideynlərin arzusu nəzərə alınaraq iş dəftərlərinin materiallarının əsasən dərsliklərə keçirilməsi qərara alınıb. Bu il çap olunan dərsliklərdə bu nəzərə alınacaq. Eyni zamanda iş dəftərləri də olacaq və kimin imkanı varsa onları alacaq. Lakin əsas məzmun dərsliklərə keçiriləcək.

Təhsil naziri ona təqdim olunan məsələlər sırasında yer almış növbəti məsələyə - məktəb bufetlərində isti yeməklərin verilməsinə münasibət bildirərək qeyd etdi ki, onun fikrincə, bufetdə isti yemək verilməsi anlayışı düzgün deyildir. İsti yemək yeməkxanalarda verilir. Hazırda isə heç də məktəblərin hamısı yeməkxanaya malik deyil. Onlar əsasən iri, birtipli layihə ilə tikilmiş məktəblərdə mövcuddur. Bu səbəbdən, habelə isti yemək təşkili çox məsuliyyətli, şagirdlərin sağlamlığı, gigiyena  ilə sıx bağlı  bir məsələ olduğundan bu barədə qəti qərar qəbul etmək çətindir. Lakin hər halda bu, müzakirə olunmalı məsələdir.

Nazir giriş sözünün sonunda valideyn məsuliyyəti, şagirdlər tərəfindən buraxılış imtahanlarına mobil telefonların gətirilməsi məsələlərinə də toxunub, bununla bağlı valideynlər, şagirdlər arasında müvafiq maarifləndirmə, məlumatlandırma işlərinin aparılmasını vacib saydı.

Görüşdə çıxış edən Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova rəhbərlik etdiyi qeyri-hökumət təşkilatına göstərdiyi diqqətə, VMA üzvləri ilə görüşlərə vaxt ayırdığına görə təhsil nazirinə minnətdarlıq etdi. Bildirdi ki, son üç il ərzində hər rübün sonunda təhsil naziri VMA nümayəndələri ilə görüşür və hər dəfə daha məlumatlı, təhsilə maraqlı valideynlər bu işə qoşulurlar. T.Şərifova belə görüşləri daha geniş auditoriyada təşkil etməyə hazır olduqlarını söylədi. Qeyd etdi ki, hazırda görüşdə səslənən məsələlər öz təşkilatlarında VMA-ların prezidentləri ilə müzakirə olunmuş və onların təklifləri əsasında təhsil naziri ilə görüşün gündəliyinə salınmışdır.

İcraçı direktor görüşdə deyilənlərə münasibət bildirərək məktəblərdə şagirdlərin davamiyyəti məsələsinin onu da narahat etdiyini, nəinki məktəblərdə, hətta uşaq bağçalarında da davamiyyətin problemə çevrildiyini, bağça müdirlərinin buna qarşı mübarizədə çətinliklərlə rastlaşdıqlarını diqqətə çatdırdı.

Onu narahat edən digər bir məsələnin xaricdə təhsil almağa gedən bəzi gənclərin ölkəyə dəyişərək, bizə yad olan vərdişlərlə qayıtması olduğunu deyən T.Şərifova xaricdə təhsilin dəstəklənməsi ilə yanaşı bu problemə də diqqət yetirilməsini zəruri saydı.

T.Şərifova məktəblərdəki bir problemə də diqqət çəkdi. Bildirdi ki, hazırda bəzi məktəblərin rus bölmələrində belə bir vəziyyət yaranıb: heç bir üzvü rus dilini bilməyən ailələr öz uşaqlarını rus bölməsinə qoyurlar. Bu da həmin siniflərdə işləyən ibtidai sinif müəllimlərinin işini xeyli çətinləşdirir. Əksəriyyət şagirdləri rus dilini bilən, bir-ikisi isə bilməyən siniflə işləmək onlar üçün əsl problemə çevrilir. T.Şərifovaya görə, valideynlər məktəbi, təhsil dilini seçməkdə azad olsalar da, seçim edərkən öz potensiallarını da bilməli və nəzərə almalıdırlar.

Çıxışında valideyn məsuliyyətinə də toxunan VMA rəhbəri artıq 3 ildir ki, valideynlərin sınaq və buraxılış imtahanlarında iştirak etdiklərini, onların hər bir qeydinə, xahişinə Təhsil Nazirliyinin operativ reaksiya verdiyini söyləyib buna şərait yaratdığına görə təhsil nazirinə minnətdarlıq etdi və bütün bunların valideyn məsuliyyətini artırmaqda az rol oynamadığını bildirdi. T.Şərifova çıxışında habelə şagirdlərin buraxılış imtahanlarına mobil telefonlarla gəlməsində valideynlərin böyük günahı olduğunu qeyd edib. "Təhsil haqqında" Qanuna valideynlərin məsuliyyətinin daha da artırılması ilə əlaqədar müvafiq dəyişiklik və əlavələr edilməsini zəruri saydı və bu təklifin valideynlərlə, müəllimlərlə keçirilən görüşlərdə irəli sürüldüyünü bildirdi.

Sonra söz VMA rəhbəri və üzvü olan valideynlərə, müəllimlərə, ictimaiyyət nümayəndələrinə verildi.

"Dan" İctimai Birliyinin sədri, Azərbaycan Texniki Universitetinin müəllimi Gülarə Teymurova, Uşaq hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin sədri, Bakıdakı 167 nömrəli tam orta məktəbin valideyni Nazir Quliyev, İsmayıllı rayonu Qalınqaç kənd tam orta məktəbinin direktoru Xalid Seyidov, Bakıdakı 46 nömrəli məktəbin direktor müavini, VMA-nın vitse-prezidenti Gülüstan Ağazadə, "Müşfiq" Əlillərə Yardım Mərkəzinin rəhbəri Validə Abbasova, "Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri, Bakıdakı 299 nömrəli tam orta məktəbin VMA üzvü İlham Qayıbov, ADPU-nun kafedra müdiri, professor, "Zəngi" liseyinin VMA üzvü Fərrux Rüstəmov, Bakıdakı 276 nömrəli tam orta məktəbin VMA prezidenti Qəmzə Yusifova, Bakıdakı 9 nömrəli tam orta məktəbin VMA prezidenti Həmzət Əmirbəyov, Lənkəran rayonu Haftoni qəsəbə tam orta məktəbinin direktoru Akif Xalıqov və başqaları görüşdə çıxış edərək təmsil etdikləri VMA-ların fəaliyyətindən, valideynlərin vəzifələrindən, məsuliyyətindən, onların məktəblərlə  daha sıx əlaqə saxlamasının vacibliyindən söz açdılar, təhsillə bağlı rastlaşdıqları bir sıra problemləri, valideynləri və müəllimləri olduqları məktəblərin çətinlik və ehtiyaclarını diqqətə çatdırdılar, VMA üzvləri ilə vaxtaşırı keçirilən belə görüşlərin əhəmiyyətini qeyd etdilər, onların qaldırdıqları bütün problemlərin həllinə kömək göstərən Təhsil Nazirliyinə minnətdarlıqlarını çatdırdılar, təkliflərini irəli sürdülər.

Çıxışlarda ali məktəblərdə də VMA-ların yaradılması, Təhsil Nazirliyinin rəhbərliyi ilə virtual məkanda görüşlərin təşkil olunması, əlil, valideyn himayəsindən məhrum uşaqlarla iş aparan qeyri-hökumət təşkilatlarının xətti ilə təhsil almağa xarici ölkələrə göndərilən gənclərlə bağlı sənədləşmə işlərinə kömək göstərilməsi, VMA iclaslarında müzakirə olunan məsələlər və irəli sürülən təkliflər haqqında Təhsil Nazirliyinə məlumat verilməsi üçün həmin iclasların protokollarının nazirliyə göndərilməsi, təhsildə baş verən yeniliklər, valideynlərin məsuliyyəti, onların öhdəsinə düşən vəzifələr və s. ilə bağlı məlumatlandırma, maarifləndirmə işlərinin aparılması, bu məqsədlə ayrıca bir televiziya kanalının açılması, bu mümkün deyilsə, mövcud kanalların imkanlarından istifadə olunmasına yardım edilməsi, digər maarifləndirmə tədbirlərinin təşkili, ali məktəblərdə ödənişli yolla təhsil alan bəzi internat-məktəb məzunlarının təhsil haqqından azad edilmələrinə, yay düşərgələrinin təşkilinə, müvafiq maddi bazası, xüsusən də idman, akt zalları olmayan məktəblər üçün belə zalların, şagird sıxlığı çox olan ümumtəhsil müəssisələri üçün əlavə tədris korpuslarının inşa olunmasına, təmirə ehtiyacı olanların təmirinə kömək göstərilməsi, valideynlərin məsuliyyətini artırmaq üçün onlarla məktəb arasında müqavilələrin bağlanması, Bakı şəhərinin ümumtəhsil məktəblərində olduğu kimi bölgələrdə də vahid məktəbli formasının tətbiqi və s. məzmunda arzu və təkliflər səsləndirildi.

Görüşü yekunlaşdıran təhsil naziri Misir Mərdanov VMA üzvləri tərəfindən toxunulan məsələlərə, qaldırılan problemlərə, irəli sürülən təkliflərə Təhsil Nazirliyində diqqətlə yanaşılıb həllinə kömək göstərilməsinə çalışılacağını bildirdi və müzakirələrdə fəal iştiraklarına görə VMA təmsilçilərinə təşəkkür etdi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov