Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı

 

21-22 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Müəllimlər İnstitutunda doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı keçirildi.

Konfransın dekabrın 21-də keçirilən açılış mərasimində təhsil naziri Misir Mərdanov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı, respublikanın tanınmış alimləri, pedaqoqları və digər qonaqlar  adıçəkilən ali təhsil müəssisəsindəki Heydər Əliyev Mərkəzində oldular və ulu öndərin büstü önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla andılar. Sonra qonaqlar mərkəzdə  ümummilli lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin ayrı-ayrı məqamları ilə bağlı hazırlanmış xüsusi fotostendlərə, guşələrə tamaşa etdilər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra institutun akt zalında keçirilən konfransı təhsil naziri Misir Mərdanov açaraq tədbirin əhəmiyyətindən danışdı. Konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların elmi nailiyyətlərini müzakirə etmək və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyən nazir onun əlamətdar bir vaxta-Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci  ildönümünün qeyd olunduğu dövrə təsadüf etdiyini xüsusi vurğuladı. Nazir müstəqilliyimizin  20 ili ərzində respublikamızın keçdiyi tarixi inkişaf yolundan bəhs edərək bu illərdə bütün sahələrdə olduğu kimi, təhsil və elmdə də bir sıra yeniliklərin tətbiq olunduğunu, əsaslı işlərin aparıldığını və nailiyyətlərin əldə edildiyini  bildirdi.

Ulu öndər Heydər Əliyevin təhsilin və elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi diqqət və qayğıdan danışan təhsil naziri bu işlərin hazırda ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.

Sonra təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı barədə məlumat verərək ildən-ilə gənclərin konfransa marağının artdığını bildirdi.  Onu da qeyd etdi ki, ali məktəblərdə yerinə yetirilmiş işlərin nəticələrini elmi ictimaiyyətə çatdırmaqda elmi nəşrlərin rolunu nəzərə alaraq onların təsis edilməsinə və müntəzəm nəşrinə xüsusi fikir verilir, yeni elmi tədqiqat nəşrlərinin sayı artırılır. Bu gün respublikada nəşr olunan 400-ə yaxın elmi jurnal və məcmuə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilib. Onlardan 37-si Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin nəşrləridir. Bu jurnallardan ikisi beynəlxalq, biri isə elektron jurnaldır. Son illər elmi əsərlərin nüfuzlu mətbu orqanlarında çap edilməsinə diqqətin artırıldığını söyləyən təhsil naziri  bəzi ali təhsil müəssisələrində həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində  impakt-faktoru olan jurnallarda dərc olunan məqalələrin sayının 3 il ərzində 3 dəfə artdığını bildirdi. Qeyd olundu ki, hazırda respublikamızda 30041 nəfər elmi və elmi-pedaqoji kadr çalışır.  Onlardan 1918-i elmlər doktoru, 8976-sı isə fəlsəfə doktorudur (elmlər namizədi).  Bildirildi ki, 2010-cu ildən başlayaraq ölkəmizdə elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunmuşdur. Bu mexanizmi həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna son 2 ildə dövlət büdcəsindən xeyli vəsait ayrılır. 2010-2011-ci illərdə adıçəkilən fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri 22 qrant layihələrinin qalibi olmuşdur. 

Nazir daha sonra  qeyd etdi ki, konfrans öz işini  2 gün ərzində müxtəlif elm sahələri əhatə olunmaqla 19 bölmədə davam etdirəcəkdir. Konfransın bölmələrində 17 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından daxil olmuş 300-ə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.

Elmi konfransda  bölmələrə respublikanın tanınmış alim və pedaqoqlarının  rəhbərlik etdiyini deyən təhsil naziri  tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi. Nazir Misir Mərdanov çıxışının sonunda doktorantlara və gənc tədqiqatçılara bir sıra dəyərli tövsiyələr verərək onlara  müvəffəqiyyətlər arzuladı.

Mərasimdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı  ölkəmizdə elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan ətraflı söz açdı. Rektor keçirilən tədbirin əhəmiyyətinə toxunaraq belə bir nüfuzlu elmi konfransa ev sahibliyi etdiklərindən məmnunluq hissi keçirdiyini  dedi və  konfrans iştirakçılarına ən xoş istəklərini çatdırdı.

Bakı Dövlət Universitetinin doktorantı Rəşad Sadıqov çıxış edərək onların elmi, yaradıcılıq potensialının üzə çıxarılmasına, həmçinin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, elmi nailiyyətlərinin birlikdə müzakirə edilməsinə xidmət edən belə konfransların keçirilməsinin təqdirəlayiq olduğunu söylədi, respublikamızda gənclər üçün yaradılan hərtərəfli imkan və şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə gənclər adından minnətdarlıq etdi.

Onu da qeyd edək ki, iki gün davam edən  elmi konfransın sonunda elmi işinin aktuallığı, yeniliyi və mövzusunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən məruzəçilərə Təhsil Nazirliyinin sertifikatları təqdim olundu.  Konfransın materiallarının hər il olduğu kimi bu il də kitab şəklində çap olunaraq iştirakçılara verilməsi qərara alındı. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov