Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - 50

 

Əlavə təhsil günün tələbidir

 

Əsası 1929-cu ildə qoyulmuş Azərbaycan Müəllimlər İnstitutu ölkənin təhsil sistemində xüsusi yer tutur. Pedaqoji kadrların təkmilləşdirilməsi, ixtisasının artırılması və yenidənhazırlanması sahəsində özünəməxsus ənənələrə, zəngin təcrübəyə malik olan bu institutun müxtəlif adlar altında, müxtəlif ünvanlarda minlərlə rəhbər və pedaqoji işçinin peşəkarlıq səviyyəsinin nəzəri, elmi-metodiki və təcrübi qabiliyyətlərinin yüksəldilməsində əvəzsiz xidməti vardır.

Sovetlər dövründə müxtəlif respublikaların analoji ali məktəbləri ilə əlaqələr yaradan institutun dünya ölkələrinə çıxış imkanları, demək olar ki, yox idi.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin digər sahələrində olduğu kimi, təhsil sistemində də islahatlar dövrü başlandı. Sovet dövlətinin 70 illik təhsil sistemini dəyişmək, bu illər ərzində toplanmış müsbət təcrübəni müstəqil Azərbaycan dövlətinin təhsil siyasəti ilə əlaqələndirmək, xalqımızın  milli mənəvi dəyərlərini ümumbəşəri dəyərləri nəzərə almaqla təhsil sisteminə gətirmək, qloballaşan dünyada özünə yer seçməyi bacaran insan formalaşdırmaq vəzifəsi qarşıya qoyuldu. Təbii ki, bütün bu vəzifələri yerinə yetirmək üçün müasir dünyanın mütərəqqi təhsil sisteminə inteqrasiya olunmağı bacaran kadr potensialı formalaşdırmaq lazım idi.

Rəhbər və pedaqoji kadrların ilkin hazırlığı, ixtisasının artırılması və yenidənhazırlanması, təkmilləşdirilməsi  sahəsində görülən işləri əlaqələndirmək, mərkəzi və regional mühitdə əlavə təhsili həyata keçirmək məqsədilə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun müxtəlif regionlarda 12 filialı yaradıldı. Sonralar  Naxçıvan filialı müstəqil instituta çevrildi. Mərkəzi və regional şəraitdə kadr hazırlığı, əlavə təhsil üçün yaradılan bu hüquqi bazadan ilk dövrlərdə lazımınca istifadə olunmadı. AMİ və filiallar arasında səmərəli əməkdaşlıq əvəzinə qarşıdurma, fəaliyyətsizlik yarandı. Mövcud maddi-texniki baza zənginləşmək əvəzinə dağılmağa başladı.  İxtisasartırma təhsilinə laqeyd münasibət formalaşdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə institutun rəhbərliyinin dəyişdirilməsindən sonra AMİ-nin həyatında yeni dövr başlandı. İnstitutun maddi-texniki bazasını gücləndirmək, filiallarla əlaqələri tənzimləmək, qarşılıqlı əməkdaşlıq və cavabdehlik mühiti yaratmaq, kadr potensialını formalaşdırmaq, təhsil sistemində əlavə təhsil haqqında, xüsusilə ixtisasartırma təhsilinə formalaşmış mənfi rəyi dəyişmək kimi amillər dövrün vacib məsələsinə çevrildi.

İnstitutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı əlavə təhsilin müasirləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə təxirəsalınmaz tədbirlər müəyyənləşdirdi. İnstitutda əlavə təhsillə bağlı yeni qurumlar yaratdı. Yaradılmış qurumlara mütəxəssislər cəlb etdi və görülən hər bir işə diqqəti artırdı. Kurs kimi təşkil edilən ixtisasartırma təhsilinə, mahiyyəti və məzmunu dərk edilməyən, formal xarakter daşıyan təlimlərə son qoyuldu. Bütün yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması o qədər də asan başa gəlmədi. Belə ki, aşağıda sadalanan tədbirlərin həyata keçirilməsi tezliklə işin ahəngini dəyişdirdi:

* Əlavə təhsilin müasirləşdirilməsi və təlimə göndərilən pedaqoji işçilərin tələb və sifarişlərini öyrənmək üçün mexanizm müəyyənləşdirildi.

* Rusiya Federasiyası, Belarus, Gürcüstan, Qazaxıstan və digər MDB ölkələri ilə təcrübə mübadiləsi aparıldı. İngiltərə, Fransa, Almaniya, Avstraliya, Türkiyə ölkələrinin əlavə təhsillə bağlı strategiyaları öyrənildi.

* Əlavə təhsil sahəsində tədqiqatların və araşdırmaların daha da effektiv olması üçün institutda elektron şəbəkələr yaradıldı. Ən müasir texnologiyalar tətbiq edildi. Bu sahədə nəzəri və praktik əhəmiyyəti olan tədbirlər müəyyənləşdirildi.

* Respublika daxilində fəaliyyət göstərən əlavə təhsil müəssisələri ilə geniş əlaqələr yaradıldı. Əlavə təhsillə bağlı təcrübə mübadiləsi aparıldı.

* Hökumətin və Təhsil Nazirliyinin əlavə təhsillə bağlı qərar və ənənələrinin işlək mexanizmi hazırlandı. Həmin mexanizmlər institutun hər bir qurumunda müzakirə edildi. Nəticələr müəyyənləşdirildi.

Bu gün Azərbaycan Müəllimlər İnstitutu Azərbaycanda analoqu olmayan, təhsil ictimaiyyəti arasında nüfuz və hörmət qazanan, səmərəli beynəlxalq əlaqələrə malik olan təhsil müəssisəsinə çevrilmişdir. İnstitutun tədris korpusunda, yataqxanasında, maddi-texniki təchizat sistemində aparılan əsaslı dəyişikliklər, istilik təchizatı, günün tələbləri səviyyəsində müxtəlif xidmətlər (iaşə, yataqxana, səhiyyə, kitabxana, mədəni-kütləvi və s.) həm institut əməkdaşlarının, həm də əlavə təhsilə cəlb olunan dinləyicilərin səmərəli fəaliyyəti üçün yaradılmışdır. Hazırda institutda müasir İKT qurğuları ilə təchiz edilmiş müxtəlif məzmunlu təhsil mərkəzləri yaradılır.

Bu gün ixtisasartırma təhsili dövlətin təhsil sahəsində tələblərinə, dinləyicilərin maraq və tələbatına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə "Əlavə təhsilin məzmunu, təşkili və hər hansı bir istiqaməti üzrə təhsil almış şəxslərə sənədlərin verilməsi qaydaları" təsdiq edilmişdir. Respublikamızda ilk dəfə olaraq əlavə təhsilin 8 istiqaməti müəyyənləşdirilib.

Respublikamızda 52 ali məktəb, 60 orta ixtisas məktəbi, 113 peşə təhsili müəssisəsi, 4500-dən çox ümumtəhsil məktəbi və 1700-ə qədər məktəbəqədər təhsil müəssisəsində 170 minə qədər pedaqoji işçi təhsildə olan yenilikləri, inklüzivlik, yeni proqramlar (kurikulum), xarici dil, təhsilə İKT-nin tətbiqi və sair məsələlərə yalnız əlavə təhsil müəssisələrində ixtisasartırma təhsili yolu ilə nail ola bilərlər. İxtisasartırma təhsilinin kredit-modul sisteminə keçməsi işin ahəngini xeyli aktuallaşdırır. İndi Azərbaycan Müəllimlər İnstitutu yeni dərs ilində ixtisasartırma təhsilinin kredit-modul sisteminə keçməsini təmin etmək məqsədilə 16 adda, 3 modul üzrə dinləyicilərin tələbatına uyğun yeni tədris-tematik planları hazırlayır. Hər bir modulun nəticələrinin qiymətləndirilməsi üçün təkliflər hazırlayır. Konkret olaraq ənənəvi ixtisasartırma təhsilindən kənarlaşaraq müasir pedaqoji, psixoloji, metodiki və digər innovasiyaların tətbiqinə nail olmağa çalışırıq.

Əlavə təhsilin müasirləşdirilməsi və onun effektivliyinin təmin edilməsi üçün aşağıdakı vəzifələri təklif edirik.

* Yerli təhsil orqanlarının əlavə təhsilə yeni yanaşmaları və münasibətləri.

* Pedaqoji kadrların əlavə təhsil müəssisələrinə göndərilməsi zamanı aktivliyin təmin edilməsi.

* İxtisasartırma təhsilinə cəlb olunan pedaqoji işçilərin hesabatlarının dinlənilməsi və stimullaşdırılması.

* İxtisasartırma təhsilinə cəlb olunan pedaqoji işçilərin ezamiyyə haqqının vaxtında ödənilməsi.

* Digər ölkələrin təcrübəsindən istifadə edərək ixtisasartırma təhsilinə cəlb olunan pedaqoji işçilərin ezamiyyə haqqının ödənilməsinin əlavə təhsil müəssisəsi tərəfindən yerinə yetirilməsinin təmin edilməsi.

* Əlavə təhsillə bağlı bağlanmış müqavilə və öhdəliklərin yerinə yetirilməsi.

* Əlavə təhsil müəssisələri tərəfindən pedaqoji kadrların tələb və ehtiyaclarının müəyyənləşdirilməsi.

Aparılmış tədqiqatlar göstərir ki, yaxın gələcəkdə əlavə təhsilə olan ehtiyac daha da aktuallaşacaq. Hər ay Azərbaycan Müəllimlər İnstitutunda 4000-4500 nəfər müxtəlif kateqoriyalardan olan pedaqoji işçi arasında keçirilən anket sorğularından məlum olur ki, yeniləşən təhsilimizin nəbzini tutmaq üçün əlavə təhsilə böyük ehtiyac vardır.

Azərbaycan Müəllimlər İnstitutuna gələn dinləyici bilir ki, onu düşündürən problem və suallara cavab tapa biləcək, səmərəli fikir və təcrübə mübadiləsi aparacaq. İxtisasartırma təhsilinin sonunda dinləyici qabaqcıl müəllimlərin dərs və tədbirlərinin videolentlərini əldə edə bilir. Başqa sözlə, ixtisasartırma təhsili 5 ildə bir dəfə həyata keçirilən tədbir kimi yox, dinləyicinin maraq və meyilini, tələbatını təmin edən bir proses kimi qəbul olunur.

Azərbaycan Müəllimlər İnstitutunda müasir təhsil sistemində baş verən innovasiyaları bilən, yaradıcı dərs nümunələri qurmağı bacaran təlimçi korpusu yaradılmışdır. Tədris prosesində institutun professor-müəllim heyəti ilə yanaşı, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, AMEA-nın institutlarının, BDU, ADPU, ADNA və digər ali təhsil məktəblərinin  tanınmış professor-müəllimləri, BŞTİ-nin, Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun qabaqcıl məktəb rəhbərləri və müəllimləri çıxış edir.

Son 2 ildə institutda müasir təhsilin problemləri, inklüziv təhsil və s. məsələlərə həsr olunmuş respublika və beynəlxalq elmi-praktik konfranslar keçirilmişdir. Bu gün Azərbaycan Müəllimlər İnstitutunda Fransa, Amerika, İngiltərə, Rusiya, Türkiyə, Belarus, Gürcüstan ölkələrinin əlavə təhsil müəssisələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır və məqsədli ezamiyyələr təşkil edilir.

Azərbaycan Müəllimlər İnstitutu təkcə mərkəzi-baza institutunda deyil, müxtəlif regionlardakı filiallarında da əlavə təhsilin müasir tələblər səviyyəsində qurulmasına çalışır. İndi Şəki, Mingəçevir, Cəlilabad və digər filiallarda müasir tələblərə cavab verən maddi-texniki baza yaradılmış, təcrübəli kadr potensialı formalaşmışdır. Baza institutu ilə filiallar arasında yaradılmış səmərəli əməkdaşlıq mühitinin nəticəsidir ki, yerli təhsil orqanları öz kadrlarını həvəslə həmin müəssisələrə göndərirlər. Hazırda institutda növbəti tədris ilində  əlavə  təhsilin kredit-modul sisteminə keçilməsi ilə əlaqədar geniş hazırlıq işləri aparılır. 

Rahim ƏZİZOV,
Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov