Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2225 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; elektron poçt ünvanı: [email protected]) cari ilin noyabrında 2225 müraciət daxil olub.

Müraciətlərdən 1971-i telefonla, 254-ü isə elektron poçt vasitəsilə qəbul edilib.

Müraciətlərin çoxu sorğu xarakterlidir. Daxil olan sorğular məktəbəqədər, ümumi təhsil, texniki peşə, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi, təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin digər qismi isə müəllimlərin dərs bölgüsü, dərs yükünün həcmi, əməkhaqqının hesablanması, dövlət sifarişi ilə və xaricdə dövlət proqramı çərçivəsində ali təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və başqa məsələlərə aid problemləri əhatə edib.

Bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali məktəblərdəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 76 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Ötən ay Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 6 şikayət daxil olub. Müraciətlərdə yeməklərin keyfiyyəti, uşaqların bağçaya qəbulu və bu kimi digər məsələlərə toxunulub.

Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı 63 müraciət edilib. Şikayət məzmunlu bu müraciətlərin Bakıdan 23, Mingəçevir, Gəncə və Sumqayıt şəhərlərinin hər birindən 1, Abşerondan 7, Şəkidən 4, Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 3, Cəlilabad, Masallı və Xaçmaz rayonlarının hər birindən 2, Füzuli, Ordubad, Yardımlı, Hacıqabul, Saatlı, Qubadlı, Quba, Zaqatala, Xocalı, Qazax, Tovuz, Daşkəsən, Şabran və Qəbələ rayonlarının hər birindən 1 müraciət daxil olub.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

Digər 7 müraciət isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi, diplomların verilməməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin müvafiq xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi məsələləri ilə bağlı olub.

"Qaynar xətt"ə daxil olan şikayətlər aidiyyəti struktur bölmələrə yönəldilib, bütün bu məsələlər vaxtında öz həllini tapıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov