Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - 50

 

İki məktəb arasında telekörpü

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarına əsasən dekabr ayı Bakı məktəblərində "Riyaziyyat aylığı" kimi qeyd olunur. Təhsil müəssisələrində bu qəbildən olan maraqlı tədbirlərdən biri də 183 nömrəli orta məktəbdə keçirilib. Məktəb Mərdəkan qəsəbəsindəki başqa bir təhsil müəssisəsi - 123 nömrəli orta məktəblə dostluq körpüsü yaradaraq İKT-dən istifadə imkanlarını sərgiləyib. Ümumi tanışlıqdan sonra telekörpü 183 nömrəli orta məktəbin veb saytının təqdimatı ilə davam edib. Məktəbin XI a sinif şagirdləri Fərid Hətəmli "Texnologiyanın yüksək inkişafının zərərli tərəfləri", Mirzəağa Səlimov "İKT-dən riyaziyyat dərslərində istifadə" mövzusunda təqdimatla çıxış ediblər. 123 nömrəli orta məktəbin şagirdləri Məhəmməd Əsgərov, Ruqiyyə Əlizadə, Aysel Ağamirova və Xəyalə Məmmədovanın çıxışları dinlənildikdən sonra İKT-nin tətbiqi ilə bağlı Dövlət Proqramları barədə məlumat verilib. 

Şagirdlər telekörpünü krossvord həlli, dünya şöhrətli riyaziyyatçılar Lütfi Zadə və Stiven haqqında məlumatlarla davam etdiriblər. Yüksək səviyyədə təşkil edilən telekörpüdə çıxış edən 183 nömrəli orta məktəbin direktoru Rəhilə Abbasova müəssisədə hər ayın bir fənnə həsr edilməsi təcrübəsinin yayıldığını bildirib: "Noyabr ayı məktəb daxilində "riyaziyyat ayı" elan edilmişdi. BŞTİ-nin dekabrın "Riyaziyyat ayı" elan edilməsi ilə bağlı qərarı bu fənnin tədrisinin daha da təkmilləşdirilməsi işinə müsbət təsirini göstərdi". Bu il Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilən məktəbin məhz telekörpü keçirmək istəyini isə direktor belə açıqlayıb: "Körpü salmaq xeyirxah işdir. Araz çayı üzərində Azərbaycanı bir-birindən ayıran bir körpü var, amma bizim saldığımız körpü ayrılıq körpüsü deyil, bu körpü bizi birləşdirir". İşğal olunmuş Azərbaycan torpaqlarındakı məktəblərlə telekörpü yaratmaq arzusunu dilə gətirən R.Abbasova məktəbin uğurları barədə də məlumat verib. Onun sözlərinə görə, əgər 3 il əvvəl ali məktəblərə qəbul faizi 28 idisə, hazırda bu rəqəm 46-ya çatdırılb.

123 nömrəli orta məktəbin direktor müavini Gülnarə Əzimova layihə iştirakçısı kimi məhz təmsil etdiyi müəssisəni seçdiklərinə görə təşəkkürünü bildirib.

183 nömrəli orta məktəbdə "Riyaziyyat aylığı" çərçivəsində həmçinin fizika gecəsi keçirilib. Fənlərarası inteqrasiyaya yer ayrılan gecədə şagirdlərin əyləncəli çıxışları alqışlarla qarşılanıb. Tədbirdə çıxış edən Xəzər rayonu üzrə işçi qrupunun üzvləri, məktəb direktorları telekörpü layihəsinin uğurlu icrasına görə müəssisənin rəhbərliyinə, tədbirin təşkilatçıları Elminur Hacıyeva, Səadət Qasımova və Təranə Süleymanovaya təşəkkürlərini bildirərək bu təcrübənin yayılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, tədbir çərçivəsində VIII a sinfində Həyatxanım Babayevanın "İxtiyari qabarıq çoxbucaqlının sahəsinin tapılması" mövzusunda "açıq dərs"i də dinlənilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov