Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Xarici mətbuat səhifələrində

 

Qeyri-adi şagird

Çində qeyri-adi şagird birinci sinfə gedib. Xarici mətbuatın yazdığına görə, 102 yaşlı nənə "oxumaq heç vaxt gec deyil" deyərək məktəbə yollanıb. Uzunömürlü Ma Ksiuksian bütün həyatı boyu ibtidai təhsil belə  almayıb. 13 yaşında ikən tekstil fabrikində işləməyə başlayıb, 18 yaşında isə ailə qurub.  Ma Ksiuksian 9 uşaq anasıdır. Onların hamısı universitet təhsili alıb. Onun böyük oğlu 58 yaşlı Pi Ksiuksian anasına görə çox sevinir.  Oğlu anasının təhsil   almaq təşəbbüsünü tam dəstəkləyir.


Böyük Britaniyada hər 10 məktəbdən biri bağlana bilər

Böyük Britaniyada hər 10 məktəbdən biri şagirdlərinin aşağı müvəffəqiyyət dərəcəsinə görə bağlana bilər. Bu barədə ölkənin Təhsil Nazirliyinin məlumatında bildirilir.   Açıqlamada qeyd olunur ki, yaşı 5-11 olan uşaqların təhsil aldıqları 1300 ibtidai məktəb təhsil standartlarına cavab vermir. Uşaqlar pis oxuyur və sadə riyazi tapşırıqların öhdəsindən gələ bilmirlər. Baxmayaraq ki Böyük Britaniya universitetləri nüfuzlu siyasətçilər,  iqtisadçıları və artistləri ilə ciddi təhsil müəssisələri kimi ad qazanıblar, orta təhsil müəssisələri öz təhsil nailiyyətləri ilə öyünə bilmirlər.

11 yaşlı uşaqlar arasında keçirilmiş ingilis dili və riyaziyyat üzrə test-sınaq imtahanları olduqca ağır mənzərəni üzə çıxarıb. Məlum olub ki,  hər 3 şagirddən biri orta təhsil səviyyəsinə belə çata bilmir. Təhsil Nazirliyinin mütəxəssisləri  bütün şagirdlərinin mütəmadi olaraq imtahan verə bilmədikləri 200 məktəbi müəyyən ediblər. İndi bu məktəblər yerli hakimiyyət orqanlarının nəzarətindən çıxarılacaq və onlara yeni rəhbərlik təyin olunacaq.

Ekspertlər hesab edir ki, uşaqların pis oxumasına görə çox vaxt məktəblər özləri günahkardır. Bunu son illərin məlumatlarının təhlili  göstərib. 7 yaşlı uşaqların çoxu sınaq-yoxlama imtahanlarında əla nəticələr göstəriblər. 11 yaşda isə həmin uşaqlar imtahanlardan keçə bilməyiblər. Beləliklə məlum olub ki, məktəblər istedadlı uşaqlarda biliklərin səviyyəsini və motivasiyanı qoruyub saxlaya bilməyiblər.


Dünyanın ən yaxşı biznes məktəbləri

Quacquarelli Symonds (QS) şirkəti dünyanın ən yaxşı biznes məktəblərinin reytinq cədvəlini tərtib edib. Cədvəldə Şimali Amerikanın 82, Avropanın 67, Asiya-Sakit okeanı regionunun 36, Latın Amerikasının 10, Afrika və Yaxın Şərqin  5 məktəbi yer alıb. QS Global 200 Business Schools-un məqsədi MBA təhsili almış tələbələrin ali məktəbi bitirdikdən sonra  işə düzəlmə göstəricilərinin qiymətləndirilməsidir. QS bir göstərici - regionlar və ixtisaslar üzrə  MBA təhsil proqramı üzrə təhsil nəticələrini əsas götürür.

Reytinq tərtibçiləri hesab edir ki, başlıca diqqətin əsasən işəgötürənlərə yönəldilməsi biznes məktəblərin buraxdığı mütəxəssislərin işə götürülməsi barədə qiymətli məlumatların əldə edilməsinə imkan yaradır. Reytinq cədvəli mütəxəssisləri işə götürməyə hazır olduqlarını bildirən işəgötürənlərin səslərinə əsasən tərtib olunub. Bir maraqlı məqam odur ki, yalnız öz ölkələrinin vətəndaşlarını işə götürməyə üstünlük verən biznes məktəbləri reytinq araşdırmasına cəlb olunmayıblar.


Təhsillilər üçün elektron pasport

Avropa Komissiyası ali təhsillilər üçün elektron pasportların tətbiq olunması təcrübəsini bəyənib. Qeyd olunur ki, ümumavropa sənədinin qəbul olunması Avropa Birliyinə daxil olan ölkələrdə peşəkar təhsilin tanınması yolundakı əngəlləri azaltmağa imkan verəcək.  AB təhsil ekspertlərinin hazırladığı elektron pasport hər hansı işçinin ümumtəhsil səviyyəsini təsdiqləyir.  Xarici mətbuatın yazdığına görə,  bu cür ümumavropa sənədinin tətbiq olunması Avropada işçi qüvvəsinin mobilliyini artıracaq.   Elektron peşəkar pasport işçinin peşəkarlıq səviyyəsini işəgötürənlərə çatdırmaq üçün nəzərdə tutulub. AB komissiyasının layihəsində qeyd olunur ki, elektron pasport işçi üçün onun ali təhsil diplomunun Avropa məkanında tanınmasını sürətləndirəcək və bu prosesi  daha şəffaf edəcək. 


Amerika məktəblərinin yarısı təhsil kriteriyalarına cavab vermir

Bu il Amerikada dövlət tərəfindən maliyyələşdirilən məktəblər onlar üçün müəyyən edilmiş təhsil göstəricilərinə nail ola bilməyiblər. Bu barədə ABŞ-ın Təhsil Siyasəti Mərkəzinin hazırladığı hesabatda qeyd olunur.  Dövlət himayəsində olan məktəblərin 48-də təhsil göstəriciləri lazımı dərəcədə deyil.  Ölkənin 5 ştatında - Florida, Missuri, Nyu-York, Massaçusets, Cənubi Karolina, eləcə də Mərkəzi Kolumbiya əyalətində məktəblərin dörddə biri tələb olunan təhsil səviyyəsini təmin edə bilməyib. Xüsusən də Florida ştatında bu göstərici 89 faiz təşkil edib. Qeyd edək ki, ötən il ölkə məktəblərinin 39 faizi tələb olunan təhsil kriteriyalarına cavab verməyib. Məktəb təhsilinin qiymət göstəriciləri ştatlar səviyyəsində müəyyən edilir.


Rusiya ali məktəblərində apelyasiya komissiyası yaradılır

Rusiya ali təhsil müəssisələrində müstəqil apelyasiya komissiyaları  yaradılır.  "Uçitelskaya qazeta"nın məlumatına görə, bu barədə  Rusiyanın təhsil və elm naziri Andrey Fursenko bildirib.  Onun sözlərinə görə, ali məktəblərdə korrupsiya halları ilə mübarizə çərçivəsində yaradılan komissiyalar tələbələrin imtahanların nəticələri ilə bağlı şikayətlərini araşdıracaq. Nazir qeyd edib ki, komissiyaların tərkibinə həm müəllimlər, həm də tələbə özünüidarə qurumlarının nümayəndələri daxildir. Ali məktəblərin tələbələrin təhsil ocaqlarından kənarlaşdırılmasında maraqlı olmadığını deyən nazir əlavə edib ki, demoqrafik böhran üzündən bir çox universitetlərdə tələbələr  onsuz da çatışmır.   Fursenko deyib ki, bir sıra tələbələr oxumağa heç də həvəs göstərmir və bəzi hallarda imtahan verə bilmədiklərinə görə rüşvətə əl atırlar. Beləliklə də nazirin sözlərinə görə, təkcə müəllimlər tərəfindən rüşvətalma problemi deyil, həm də əks problem, tələbələrin özlərinin müəllimlərə pul təklif etməsi cəhdləri mövcuddur. Nazir hər iki halın eyni dərəcədə təhlükəli olduğunu bildirib. O, ali məktəblərdə korrupsiya halları ilə bağlı çoxsaylı şikayətlər aldıqlarını söyləyib.


Almaniyalı şagirdlərin uğurları

Almaniyalı şagirdlərin uğurları onların valideynlərinin rifahından asılıdır.  Almaniyanın "Ştern" qəzetinin yazdığına görə, İsveçrə və Almaniya təhsil müəssisələrinin mütəxəssisləri şagirdlərin müvəffəqiyyət dərəcəsini təhlil edərək əldə olunmuş nəticələri onların valideynlərinin maddi durumu ilə müqayisə ediblər.

 Nəticələr heç də qaneedici deyil: valideynlərin gəlirləri nə qədər azdırsa, onların uşaqlarının gimnaziyaya daxil olmaq üçün göndəriş əldə etməsi şansı bir o qədər azdır. Ekspertlərin rəyinə görə, məktəb  tərəfindən gimnaziyaya daxil olmaq üçün verilmiş iki tövsiyədən yalnız biri şagirdin faktiki uğurlarına uyğundur. Məlum olub ki, müəllimlər də fəhlə və miqrantların uşaqlarından daha çox ali təhsilli valideynlərin uşaqlarına etibar edir.  Bundan əlavə, imkanlı ailələrdən olan uşaqların qiymətləri çox vaxt şişirdilmiş olur, fəhlə və miqrantların uşaqları isə müəllimlər tərəfindən özlərinə qarşı formalaşmış yanlış rəyin təsirini hiss edirlər. 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov