Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Tanınmış riyaziyyatçı alim və şair Hamlet İsaxanlı ilə görüş

 

Dekabrın 13-də Bakıdakı 264 nömrəli tam orta məktəbdə Azərbaycanın çağdaş riyaziyyat məktəbinin tanınmış nümayəndəsi, fizika-riyaziyyat elmləri doktoru, professor, ölkəmizdə ilk ingilisdilli Xəzər Universitetinin təsisçisi, istedadlı şair Hamlet İsaxanlı ilə görüş keçirilmişdir. İlk baxışdan  bir-biri ilə o qədər də  uyuşmayan iki fəaliyyət sahəsini - riyaziyyat və poeziyanı özünə həyat yolu seçmiş, hər iki sahə üzrə kamil yaradıcılıq nümunələri ortaya qoymuş alim-şairlə canlı təmasdan faydalanmaq üçün tədbirdə məktəbin müəllim və şagirdləri ilə yanaşı, çoxlu qonaq, o cümlədən Xəzər Universitetinin rektoru Con Rayder, İctimai Əlaqələr üzrə Departamentinin rəhbəri Əlövsət Əmirbəyli, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Pənah İmanov, Əbülfət Piriyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, idarənin metodmərkəzinin Xətai-Suraxanı metodik bölməsinin müdiri Firduz Əhmədov, Xətai rayonunda yerləşən bir sıra ümumtəhsil müəssisələrinin rəhbərləri və b. iştirak edirdilər.

Görüş məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Cabbarovanın, H.İsaxanlının fəlsəfi-lirik bir şeirini ifa etməsi ilə başladı. Məktəbin direktoru Sevda Qocayeva qonaqları salamlayıb onları öz təhsil ocaqlarında görməsindən məmnunluq duyduğunu bildirdi və tədbirin məramı, proqramı haqqında məlumat verdi. Qeyd etdi ki, cari ilin dekabr ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın ümumtəhsil müəssisələrində "riyaziyyat aylığı" elan olunub. Aylıq çərçivəsində digər təhsil ocaqlarında olduğu kimi, 264 nömrəli tam orta məktəbdə də indiyədək çoxlu "açıq dərs", müxtəlif mövzularda tədbirlər keçirilib. İdarənin təklifi ilə aylıq ərzində təşkil olunacaq tədbirlərin sırasına riyaziyyatçı alimlərlə görüşlərin də daxil edildiyini vurğulayan direktor, riyazi və poetik təfəkkürünün işığına yığışdıqları Hamlet İsaxanlının Azərbaycan riyaziyyat elminə böyük töhfələr vermiş alim, incə rübablı şair və ilk özəl ali məktəblərdən birinin yaradıcısı kimi tanındığını bildirdi. S.Qocayeva alim-şairlə görüşün hər bir iştirakçının yaddaşına yazılacağına, şagirdlərin tərbiyəsinə güclü təsir edəcək bir hadisəyə çevriləcəyinə əmin olduğunu söylədi.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov da qonaqları rayon rəhbərliyi adından salamlayıb belə görüşlərin böyük tərbiyəvi əhəmiyyət daşıdığını dedi və tədbirin təşkilatçılarına minnətdarlığını çatdırdı.

P.İmanov çıxışında Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğıdan, rayonda təhsil sahəsində əldə olunan uğurlardan danışaraq bildirdi ki, məzunların ali məktəblərə qəbulolma faizinə və bir sıra digər göstəricilərə görə Xətai rayonu nəinki paytaxt, habelə ölkə üzrə ən öndə gedən rayonlardan biridir. Ali məktəblərə qəbul imtahanlarında topladıqları yüksək ballara görə bu il Prezident təqaüdünə layiq görülən 102 gəncdən 10-u Xətai rayonundandır. Builki qəbul imtahanlarında ən yüksək - 700 bal toplamış 4 abituriyentdən 2-si bu rayonun orta məktəblərini bitirib.

Sonra görüşdə Hamlet İsaxanlının həyat və fəaliyyətindən bəhs edən "Bizim Hamlet" adlı qısametrajlı film nümayiş olundu. Filmdə H.İsaxanlının həm riyaziyyatçı alim, həm şair, həm də təhsil təşkilatçısı kimi fəaliyyətindən söz açıldı. Bildirildi ki, H.İsaxanlı 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1970-73-cü illərdə MDU-nun aspiranturasında oxuyub, riyaziyyatın ən müasir sahələri, xüsusən də çoxparametrli spektral nəzəriyyə üzrə tədqiqatlar aparıb, riyaziyyata dair çoxlu sayda elmi əsərin müəllifidir.

Görüşün ən maraqlı anları isə təbii ki, Hamlet İsaxanlının çıxışı oldu. Öncə dəvət üçün məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə təşəkkür edən H.İsaxanlı həyat yolundan, çoxşaxəli elmi, bədii yaradıcılığının bəzi məqamlarından, Xəzər Universitetinin yaradılması yönündəki fəaliyyətindən, riyaziyyat sahəsində apardığı tədqiqat işlərindən, bədii yaradıcılığın xüsusiyyətlərindən danışdı, qloballaşan dünyada riyaziyyatın yeri və rolu, riyaziyyatın tətbiq sahələri, riyaziyyatla poeziyanın əlaqəsi, yaradıcılıq prosesinin bəzi mühüm məqamları, yaradıcılıq sevinci və s. kimi məsələlər barədə öz fikir və qənaətlərini görüş iştirakçıları ilə bölüşdü.

Görüşdə məktəbin istedadlı şagirdləri H.İsaxanlının şeirlərindən ibarət kompozisiya nümayiş etdirdilər.

Sonra professor Hamlet İsaxanlı görüş iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırdı.

Görüşdə daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov çıxış edərək məktəbin çağırışına sayğı ilə yanaşıb görüşə gəldiyinə görə Hamlet İsaxanlıya təşəkkürünü bildirdi. Tədbirin maraqlı olduğunu söyləyərək onu hazırlayanlara minnətdarlıq etdi, belə görüşlərin məktəblilərin tərbiyəsində dərin iz buraxdığını vurğuladı.

Hamlet İsaxanlı görüşün sonunda öz şeirlərini oxudu. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov