Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Altı yaşlı Mələyin fərdi rəsm sərgisi

 

Dekabrın 15-də Abşeron rəsm qalereyasında  6 yaşlı  Mələk Şəfiyevanın "Mənim rəngli dünyam" adlı fərdi rəsm sərgisi  keçirildi. Tədbiri giriş sözü ilə  Nizami rayon  Uşaq- Gənclər  Yaradıcılıq Mərkəzinin direktoru  Lalə  Qəti açaraq qeyd etdi ki, mərkəzin başlıca vəzifəsi dərin  və hərtərəfli biliyə, bacarığa  malik olan, onu daim inkişaf etdirən, müstəqil və  yaradıcı düşünən, yüksək əxlaqi  və mənəvi keyfiyyətləri özündə əks etdirən  insan yetişdirməkdir. Vurğulandı ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması həmişə diqqətdə saxlanılır və bu istiqamətdə  mərkəzdə  mütəmadi olaraq  işlər görülür, tədbirlər həyata keçirilir.  Mərkəzin üzvləri  rayon, şəhər, respublika və beynəlxalq  miqyaslı tədbirlərdə  fəal iştirak  edərək  böyük uğur  və nailiyyətlər qazanırlar. Bu gün  mərkəzin  6 yaşlı yetirməsi  olan Mələyin  fərdi sərgisi  hamımızı sevindirir.

Sonra  Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa  İbrahimov   nazir  Misir Mərdanovun  səmimi təbrikini  mərasim iştirakçılarına çatdırdı,  balaca rəssama  yaradıcılıq uğurları arzuladı.  Bildirdi ki, istedadlı və bacarıqlı  uşaqlar üçün  dövlətimiz  tərəfindən hər cür şərait yaradılıb. Sonra A.İbrahimov  balaca Mələyi Təhsil  Nazirliyinin diplomu ilə mükafatlandırdı.

Mələk Şəfiyeva  2005-ci ildə  Bakı şəhərində anadan olub. 249 nömrəli orta məktəbin I sinfində təhsil alır. Dərs əlaçısıdır. Hələ kiçik yaşlarından şəkil çəkməyə həvəsi onu  uşaq-gənclər yaradıcılıq mərkəzinə, rəsm dərnəyinə  gətirib. Artıq  2  ildir ki, dərnəkdə rəsm sənətinin sirlərini  müəllimi Nərminə Abdullayevadan öyrənir. Xüsusi bacarığı və qabiliyyəti ilə seçilən  Mələk özünü rənglərsiz təsəvvür edə bilmir, öz balaca dünyasına rənglərin gözü ilə baxır. Bu gün   mərkəzin fəxri olan qızcığaz İngiltərə, Çexiya, Polşa, Rusiya, Moldova, Ukrayna, Belarus və sair ölkələrdə  keçirilən beynəlxalq rəsm müsabiqələrində  Azərbaycanı layiqincə təmsil edərək diplomlara layiq  görülmüşdür. Azərbaycanın  dövlət müstəqilliyinin bərpasının  20-ci ildönümünə  həsr olunan  İctimai televiziyanın elan etdiyi rəsm müsabiqəsində  balaca rəssamın əl işləri  diploma layiq görülüb. Mələyin  ən böyük uğuru  isə  Çexiyada keçirilən  "Ledicse-2011"  beynəlxalq bədii incəsənət  müsabiqəsində  I yer qazanmasıdır.

İlk dəfə sərgisi keçirilən Mələyin 60-a yaxın əl işi nümayiş olundu. Onun heyvanlar aləmindən bəhs  edən  "Nağıl motivi", "Vəhşi pişik", "Məstan pişik, balaca pişik",  "Tovuz quşu", "Pəhləvan ayı", "Dovşan balaları", "Əlvan balıqlar,  təbiət  mövzusuna həsr olunan "Yay  gəldi",  "Gecə mənzərəsi", "Meyvələrlə", "Qız və çiçək", "Bacılar" "Şən yolka", "Payız", "Günəşli hava", "Səhra gəmisi"  və s. sulu boya ilə çəkdiyi rəsmlər göz oxşayırdı.

Həmin gün mərkəzin "Azəri inciləri"nin vokal qrupu, "Çiçəyim" uşaq teatr studiyasının üzvləri, "Dənizçilər" kolleksiyası, "Bal rəqsləri", milli rəqs qrupunun üzvləri  Mələyi  bu əlamətdar gün münasibətilə öz rəngarəng  proqramları ilə təbrik etdilər.

Tədbirin sonunda  balaca rəssamın valideynləri çıxış edərək qonaqlara, mərkəzin direktoru Lalə Qətiyə öz təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, uşaqlarının istedadının aşkara çıxarılmasında mərkəzin böyük rolu olub.

Bu tədbir bir də onunla əlamətdar və yaddaqalan  idi ki, mərkəz üzvlərinin  xarici ölkələrdə keçirilən  müsabiqələrə təqdim olunan yaradıcılıq nümunələrinə verilən qiymətlər məhz burada səsləndi. Necə deyərlər, sevinc  sevincə qarışdı.  

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov