Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

"Məktəblinin frazeoloji lüğəti"

 

Bu yaxınlarda işıq üzü görmüş izahlı frazeoloji lüğətlərdən biri F.H.Hüseynov və B.B.Əhmədovun tərtib etdikləri "Məktəblinin frazeoloji lüğəti" kitabı Azərbaycan dili materialları əsasında məktəblilər üçün nəzərdə tutulmuş ilk vəsaitdir.

Əvvəla onu bildirək ki, bu lüğət müəlliflərin uzun illərdən bəri hazırladıqları çoxcildli frazeoloji lüğətin əlyazmasından götürülmüş müxtəsər variantıdır; yəni həmin ifadələrin içərisindən işlənmə tezliyi daha çox olan, şagirdlərin yaş və bilik səviyyələrinə uyğun frazemlərdir. Burada həyatla, mübarizə ilə, vətənpərvərlik və humanizmlə bağlı, insanda xoş əhvali-ruhiyyə yaradan frazeoloji vahidlər daha çoxluq təşkil edir. Bunlar da həmçinin xalqın adət-ənənəsi, məşğuliyyəti, yaşadığı mühitlə bağlı olub, onun dünyagörüşünün məhsuludur.

Lüğətə üç minə qədər frazeoloji vahid daxil edilmişdir (Qeyd edək ki, F.Hüseynovun ölümündən sonra bu lüğətin ərsəyə gəlməsində və işıq üzü görməsində BDU-nun professoru B.Əhmədovun zəhməti daha çoxdur).

Lüğətdə frazemlər ənənəvi olaraq əlifba sırası ilə verilmişdir. Həmin ifadələrin hər birinin mənası izah edilmiş, inandırıcı olaraq Azərbaycan ədəbiyyatından, dövri mətbuatdan cümlə nümunələri göstərilmişdir.

Dilindən asılı olmayaraq hər bir frazeoloji lüğətdə polemika doğuran faktlar olduğu üçün burada da bəzi bu cür hallara rast gəlmək olur. Belə hallar onunla bağlıdır ki, göstərilən misallarda məna çalarları həm yazıçının özünün fərdi üslubunda, həm də ümumxalq danışıq dilində yaranan ifadələrdə fərqli cəhətlər nəzərə çarpır. Burada, əlbəttə, xalq dili frazeologiyası öz zənginliyi ilə fərqlənir: dizə çıxmaq, dodaq büzmək, dizinə döymək, əlinin içindən gəlmək, göyə çəkilmək, göz olmaq, yeddi qatından keçmək və s.

Məlumdur ki, dilçilikdə, adətən, çoxmənalı və omonim frazeoloji vahidlərin bir-birindən fərqləndirilməsinin çətinliyi dəfələrlə qeyd edilmişdir. Bu lüğətdə həmin fərqlərin dəqiqliyinə çalışılmış, xüsusi işarələrlə əks etdirilmiş və ifadələrin müxtəlif variantlarına diqqət yetirilmişdir.

Kitabın əvvəlində lüğətin quruluşu haqqında qısa məlumat verilmiş, sonda isə frazemlərdə və onlara aid cümlələrdə işlənmiş çətin sözlərin izahı, əsərlərindən sitat gətirilmiş müəlliflərin adlarının ixtisarı qeyd edilmişdir.

Müxtəlif səpgidə tərtib olunmuş sözügedən lüğətdə somatik frazemlər üstünlük təşkil edir.

Güman edirik ki, "Məktəblinin frazeoloji lüğəti" nəinki məktəblilər, həmçinin frazeologiya ilə maraqlanan hər bir kəs üçün çox maraqlı və dəyərli vəsaitdir.  

Nəriman SEYİDƏLİYEV,
filologiya elmləri doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov