Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Riyaziyyat aylığı çərçivəsində "açıq qapı"

 

Riyaziyyat aylığını yaddaqalan tədbirlərlə qeyd edən təhsil müəssisələrindən biri də 42 nömrəli tam orta məktəbdir. Məktəbdə keçirilən "açıq qapı" günündə Təhsil Nazirliyinin, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirin aparıcıları ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi misilsiz xidmətlərindən danışıblar.

Sonra qonaqlar rəsmxət, əmək təlimi fənləri ilə riyaziyyatın inteqrasiyasının nümayiş etdirildiyi sərgini izləyiblər. Sərgidə  şagirdlərin əl işlərindən ibarət  tikmələr, müxtəlif riyazi füqurlar, riyaziyyata aid divar qəzetləri  və rəsmlər nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları qruplara bölünərək riyaziyyat fənni üzrə VIII d sinfində Afaq Bağırova, IX a  sinfində Ləman Qaytaranova, IV d sinfində Nərgiz Nağıyeva, III ç sinfində Züleyxa Abdullayeva, XI ç sinfində Elnarə Abdullayeva, X d sinfində Gülnarə Xəlilova, II d sinfində Rəfiqə Hüseynova və IV ç sinfində Zülfiyyə Məmmədovanın "açıq dərs"lərini dinləyiblər. Dərslərdə müasir təlim metodlarından və İKT-dən geniş istifadə olunub.  "Açıq dərs"lərin müzakirəsində müəllimlərin işi, şagirdlərin fəallığı  yüksək qiymətləndirilib.

"Açıq qapı" günündə təşkil edilən gecədə məktəbin direktoru Firəngiz Həmidova "Riyaziyyat aylığı" çərçivəsində rəhbərlik etdiyi müəssisədə görülən işlərdən danışıb.

Gecədə  "Sizə salam gətirmişik" mahnısı ilə qonaqları salamlayan şagirdlər mahnının sözlərini mövzuya uyğunlaşdıraraq riyaziyyat fənninə olan sevgilərini ifadə ediblər. Elmlərin şahı olan riyaziyyata həsr olunan gecə əsl bilik nümayişinə, oyun yarışmasına çevrildi. Şagirdlər dühaların riyazi təfəkkür aləminə səyahət edib, şeirlərlə bu qədim elmin tarixi barədə iştirakçılara geniş məlumat veriblər. Sonra şagirdlər "Zəif bənd" oyunundan və qədim Hindistanda şahmatın yaranması ilə bağlı maraqlı səhnəciklər nümayiş etdirərək həmin günü unudulmaz xatirəyə çeviriblər.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov