Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Kollegiya qərarının icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Təhsil Nazirliyi kollegiyasının "2008-2011-ci  illərdə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin yekunları haqqında" 03.12.2011-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. "2008-2011-ci illərdə keçirilmi

ş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin yekunları haqqında" arayış və nazirliyin kollegiyasının müvafiq qərarı nəzərə alınsın.

2. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 4 sentyabr tarixli, 2373 nömrəli Sərəncamına uyğun olaraq, hər il ölkədə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin  keçirilməsi, müsabiqə qaliblərinin yüksək məbləğdə pul mükafatı ilə mükafatlandırılması Azərbaycan dövlətinin, bilavasitə dövlət başçısı cənab İlham Əliyevin təhsilə və təhsil işçilərinə müntəzəm diqqət və qayğısının real təzahürü kimi qiymətləndirilsin.

3. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ümumi təhsil sistemində yaradıcı fəaliyyətə, islahatyönümlü  tədbirlərin davamlı  və sistemli  surətdə həyata keçirilməsinə, təhsil innovasiyalarının səmərəli tətbiqinə geniş imkanlar açdığı qeyd edilsin.

4. Naxçıvan MR  Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrinin direktorları:

4.1. Bu əmri və əlavə olunmuş arayışı məktəb rəhbərlərinin, pedaqoji kollektivlərin diqqətinə çatdırsınlar, arayışdakı təhlilə əsasən, müvafiq tədbirlərin görülməsini təmin etsinlər.

4.2. Müsabiqə qaliblərinin iş təcrübəsinin öyrənilib yayılması, qalib adını qazanmış fənn müəllimlərinin və məktəblərin direktorlarının təqdimatlarının, nümunəvi dərslərinin təşkili, onların rəğbətləndirilməsi, əməyinin stimullaşdırılması üzrə əlavə tədbirlərin həyata keçirilməsi sahəsində ardıcıl iş aparsınlar.

4.3. Bir sıra məktəb və müəllimlərin aidiyyəti müsabiqədə  zəif iştiraklarının və uğursuzluqlarının səbəblərini ətraflı araşdırıb lazımi nəticə çıxarsınlar.

5. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) bu müsabiqələrin növbəti illərdə də səmərəli təşkili və yekunlaşdırılması istiqamətində zəruri tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsinlər.

6. Ümumi şöbə ( X.Fərəcov) əmrin əlavəsi ilə çoxaldılıb yerli təhsil orqanlarına çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 dekabr 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov