Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

Mərkəzləşdirilmiş buraxılış imtahanları tədrisin keyfiyyətini yüksəldir

 

Bir neçə ildir, IX və XI siniflərdə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir. Təhsil sahəsində ölkəmizdə aparılan islahatların tərkib hissəsi kimi keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanları  zamanın tələbidir və onun getdikcə daha da təkmilləşməsi, məzmun və formaca yeniləşməsi, təhsilin inkişafına müsbət təsiri zaman-zaman üzə çıxır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, eksperiment kimi bu prosesin Sumqayıtın təhsil sistemində öncədən tətbiqi şəhərimizə etimadın nəticəsidir. Təbii ki, hər bir yenilik müəyyən çətinliklər, problemlər yaradır, tənqid həvəskarlarını yeni "ideyalarla"  silahlandırır, problemin həlli yollarında müxtəlif ideyaları çarpazlaşdırır. Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanları da həmin yollardan keçərək bu günə gəlib çıxıb.  Mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının mütərəqqi cəhətləri çoxdur və onun dünya təcrübəsinə daha da uyğunlaşdırılması istiqamətində görülən işlər göz qabağındadır. Bu məqalədə biz daha çox mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının  davamlı təhsildə əhəmiyyətindən danışmaq istəyirik.

Mərkəzləşdirilmiş qaydada aparılan imtahanları hər şeydən əvvəl öyrənənlər üçün həm bilik, həm texniki sənədləşdirmə cəhətdən qəbul imtahanlarına ilkin hazırlıq mərhələsi saymaq olar. Bu imtahanlar öyrənənləri illərlə hər birimizin rastlaşdığı subyektiv münasibətin qeyri-obyektiv nəticələrindən xilas edir, imtahan verən hər bir şagirdin real biliyinin nəticələrini ortaya qoymağa şərait yaradır. Ən əsası da odur ki, istər IX, istərsə də XI sinif şagirdlərini dəfələrlə müxtəlif fənlərdən keçirilən imtahanların psixoloji stresindən xilas edir.

İlk zamanlarda müəyyən  qısqanclıqla qarşılanan mərkəzləşdirilmiş buraxılış imtahanları artıq bir neçə ildir respublikanın bütün məktəblərini əhatə edir; getdikcə təkmilləşir  və nəticə etibarı ilə özünü doğruldur.

Vahid qiymətləndirmə vasitələrindən istifadə bu sahədə uzun illər mövcud olan boşluğu, sistemsizliyi aradan qaldırdı. Test tapşırıqlarından istifadə şagirdin ayrı-ayrı fənlər üzrə aldığı bilikləri nə dərəcədə mənimsəməsini yoxlamaq üçün çox əlverişli vasitədir.

Bizim 27 nömrəli tam orta məktəbdə də 2005-2006-cı tədris ilindən mərkəzləşdirilmiş buraxılış imtahanları aparılmışdır. Məktəbimiz həmin ildən başlayaraq imtahan mərkəzi kimi bu prosesdə yaxından iştirak etmişdir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, şagird nailiyyətlərinin qiymətləndirilməsinin məhz mərkəzləşdirilmiş qaydada aparılması prinsipinə ictimaiyyətin, valideynlərin və müəllimlərin əksəriyyətinin fikri müsbətdir və imtahanların bu şəkildə keçirilməsi çox yüksək qiymətləndirilir. Yeni texnologiyalara cavab verən qiymətləndirmə vasitələrində müxtəliflik, rəngarənglik daha çoxdur, şagirdin məntiqi təfəkkürünü inkişaf etdirir, qısa vaxt kəsiyində öyrənənlərin bilik və bacarıqlarını üzə çıxarır. Müşahidələr göstərir ki, yeni qiymətləndirmə vasitələrinə şagirdlərin də münasibəti çox yaxşıdır; vaxt itkisinin  qarşısını alır, şagird müxtəlif günlərdə deyil, 1 gündə 8 fəndən imtahan verərək psixoloji  gərginlikdən, maddi, mənəvi əzablardan azad olur. Son illərdə istifadə olunan qiymətləndirmə vasitələrinin məzmununda və texnologiyasında beynəlxalq qiymətləndirmə təcrübəsindən yararlanmaq özünü açıq-aydın göstərir. Şübhə etmirik ki, bu müsbət  tendensiya Azərbaycanın müxtəlif beynəlxalq qiymətləndirmə proqramlarında iştirakının təhsilə verdiyi müsbət nəticəsidir.

Buraxılış imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələri aşağı siniflərdə qiymətləndirmə aparmaq üçün şablon, nümunə rolunu oynayır. Yeni qiymətləndirmə vasitələrinin yeni formasından məktəbimizdə diaqnostik, formativ, summativ qiymətləndirmədə ayrı-ayrı fənlərin tədris vəziyyətini yoxlamaq üçün də geniş istifadə  edirik, nəticə də çox yaxşıdır. Məsələ ondadır ki, cəmiyyətdə yeni qiymətləndirmə formalarına, mərkəzləşdirilmiş imtahanlara münasibət müsbət istiqamətdə getdikcə dəyişir. Müəllimlərin işi daha səmərəli, məzmunlu olmuşdur. Artıq hər bir öyrədən proqram materiallarına uyğun test tapşırıqları tərtib etməyi, ondan səmərəli şəkildə proqram materiallarını mənimsəmə mövqeyindən istifadə etməyi özünə borc bilir.

Vaxtı ilə test tapşırıqları haqqında heç bir məlumatı olmayan müəllimlər yeni qiymətləndirmə vasitələrinin tətbiqindən sonra artıq dərs prosesində, gündəlik fəaliyyətində, hər hansı bir mövzunu keçəndə məzmun standartlarına uyğun test tapşırıqlarından istifadə edir və yerindəcə yoxlayırlar. Mərkəzləşdirilmiş buraxılış imtahanlarına hazırlıq məqsədi ilə IX və XI siniflərə aid test bankı həm şagirdlərə, həm də fənn müəllimlərinə faydalı vəsait kimi çox köməklik göstərir. Biz bu test bankından da faydalanaraq yuxarı, xüsusən, buraxılış siniflərində tədris ilində bir neçə dəfə buraxılış və yoxlama imtahanlarına hazırlıq məqsədi ilə test yoxlamaları aparırıq. Bu hazırlığın və test yoxlamalarının nəticəsidir ki, məzunlarımızın 98-99%-i buraxılış imtahanlarını uğurla başa vurur.

Bir təklifimiz yəqin ki, təhsil ictimaiyyəti tərəfindən müsbət qarşılanar:  Yaxşı olardı ki, ildə bir dəfə buraxılış olmayan siniflərdə də Təhsil Nazirliyi yoxlama imtahanları keçirsin.

Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarına məktəbimiz öz fəaliyyətində məqsədyönlü şəkildə bəhrələnir. Məktəbimizdə zəngin test tapşırıqları bankı  yaradılıb və ondan səmərəli şəkildə istifadə edilir. Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada yeni qiymətləndirmə vasitələri ilə aparılması şagirdlərin məsuliyyətini xeyli artırıb, tədrisin keyfiyyətini yüksəldib. Son illər məktəbimizin nəticələri yüksələn xətlə inkişaf edir. Ali məktəbə qəbul nəticələri ildən-ilə artır. Hər il onlarla şagirdimiz 500-700 arası bal toplayır. Bütün bunların nəticəsidir ki, Sumqayıt şəhər 27 nömrəli  tam orta məktəb 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. 

Ə.MƏMMƏDOV,
Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov